"Həmin ərazidə çox sərt döngələr var və burda ehtiyac olan sürət həddi qoyulmalıdır"

Tarix: 14-02-2020, 10:00 / Oxunub: 32

 


 
Xəbər veriyimiz kimi 2017-ci il avqustun 2-də ölkə başçısı İlham Əliyev tərəfindən açılışı olan Pirşağı-Novxanı dənizkənarı yolunun heç bir hissəsində sürət həddini göstərən yol nişanı yoxdur. Yolda bir yerdə radar qurulub və sürət həddini müəyyənləşdirə bilməyən sürücülər tez-tez radara düşərək cərimə ödəməli olurlar. 
Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, adı çəkilən yolda sürət həddini göstərən yol nişanının vurulması vacibdir, çünki yol həm də yaşayış məntəqəsindən keçir:
“Əslində yol boyu sıx məskunlaşma var. İlk öncə ərazidə yaşayış məntəqəsinin olmasını sürücülərə bildirmək üçün 5.22 yol nişanı tətbiq olunmalıdır. Bununla yanaşı, yaşayış məntəqəsindən çıxdıqdan sonra 5.23 yol nişanını qoyurlar ki, sürücülər yaşayış məntəqəsindən çıxdıqlarını bilsinlər. Əraziyə uyğun olaraq yol nişanları vurulmalıdır ki, sürücülər sürət həddini nizamlaya bilsinlər. Həmin ərazidə çox sərt döngələr də var və burda da ehtiyac olan sürət həddi qoyulmalıdır. Çünki həmin yolda tez-tez yol-nəqliyyat hadisələri də baş verir və buna da səbəb yüksək sürətdir”.


Axtarış
Xəbər lenti
Reklam