Azərbaycan vətəndaşlarına koronavirus "pasportu" verilə bilər

Tarix: 13-01-2021, 16:30 / Oxunub: 313
 
 


 

Azərbaycan vətəndaşının xarici ölkəyə səfəri zamanı ehtiyac yaranarsa, peyvəndlənməsinə dair ona təsdiqedici sənəd veriləcək.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, peyvənd olunmuş şəxslərin cari qeydiyyatı elektron qaydada aparılacaq.

"Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq", məlumatda bildirilib.


Axtarış
Xəbər lenti
Reklam