Azərbaycanda 482 664 nəfər peyvənd olunub
20.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12 283 nəfər vaksinasiya olunub.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Cəlil Xəlilov: "Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir”

 

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb.

 

Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

"Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur.

 

Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir.

 

Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”.

Lənkəranda bayram axşamı şəhidlər unudulmadı - VİDEO
Lənkəranda bayram axşamı Şəhidlər xiyabanı ziyarət olunub.
 
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
 
Vətən müharibəsində şəhid olanların yaxınları, doğmaları onların məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyub, xatirələrini yad ediblər.
 

 

Cəmiyyət
Oxunub: 453
14 Mar 2021 | 16:49
Azərbaycanda vaksin olunanların sayı 453 mini keçib
Ötən gün Azərbaycan Respublikasında 5 942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
 
Hazırkı dövrədək ölkəmizdə 453 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
 
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.
DSX-nın Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.
 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub.
 
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
 
İmtahanlar saat 12:00-da başlayıb və 90 dəqiqə ərzində aparılıb.
 
İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 sual olmaqla, ümumilikdə 60 qapalı tipli tapşırıq təqdim edilib.
 
İmtahan nəticələrinin sabah günün ikinci yarısında DİM-in saytı vasitəsilə elan olunması nəzərdə tutulur.
 
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.
Zaqatalada xəzinə tapılıb? - AMEA-dan açıqlama - VİDEO
Zaqatalada xəzinə tapılması barədə Gürcüstanın yaydığı məlumat reallıqdan uzaqdır.
Bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, arxeoloq Nəcəf Müseyibli deyib.
 
O bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Gürcüstanın iddia etdiyi ərazidə heç bir arxeoloji qazıntı aparmayıb:
 
"Biz bu informasiyanı mətbuatdan əldə etdik. Sözügedən əraziyə yaxın vaxtlarda institutumuz tərəfindən heç bir ekspedisiya göndərilməyib və heç bir arxeoloji qazıntı aparılmayıb. 
Bundan başqa, sərhədlər daxilində baş verən bütün proseslər Azərbaycana aiddir. Bunun heç bir qonşu ölkəyə, o cümlədən Gürcüstana aidiyyəti yoxdur.
 
Nəcəf Museyibli həm də qeyd edib ki, Gürcüstanın və digər ölkələrin ayrı-ayrı tarixi şəxsiyyətlərinin xəzinəsinin Azərbaycanda olması barədə səsləndirilən iddialar öz təsdiqini tapmayıb:
 
"Tarixdə bir çox şəxsiyyətlər barədə bu cür şayiələr yayılıb. Guya onların xəzinələri Azərbaycan və ya Qafqazın digər hissələrində basdırılıb. Bunlar isə uydurma məlumatlardır və elmdə heç biri öz təsdiqini tapmayıb”.
 

 


Xərçəng yaradan viruslar - Siyahı
Rusiyalı tibb elmləri doktoru, professor Vladimir Qurtseviç xərçəng yaranmasına səbəb olacaq virusların adlarını açıqlayıb.
 
 
 
 
 
 
smartbee.az
Modern.az xəbər verir ki, bu barədə o, AiF-ə verdiyi müsahibədə deyib.
 
"Günümüzdə 7 virusun müəyyən şərtlər daxilində onkoloji xəstəliklərə səbəb ola biləcəyi məlumdur. Çox vaxt bunlar bizim təbii soydaşlarımızdır, əksər insanların orqanizmində mövcuddurlar. Bir qayda olaraq, insan bütün ömrü boyu onlarla birlikdə yaşayır və bunlar hər hansı bir bədxassəli xəstəlik yaratmır. Bu viruslar yalnız müəyyən şərtlərdə xərçəngə səbəb olur”, - deyə Qurtseviç bildirib.
 
Mütəxəssisin sözlərinə görə, aşağıdakı viruslar müəyyən xərçəng növlərinə səbəb ola bilər:
 
- Hepatit B virusu - qaraciyər xərçəngi;
 
- Hepatit C virusu - qaraciyər xərçəngi;
 
- Epstein-Barr virusu - Hodgkin lenfoma, qeyri-Hodgkin lenfoması, nazofarenks xərçəngi;
 
- İnsan papillomavirusları - bu virusların bəzi növləri uşaqlıq boynu, ağız, udlaq xərçənginə səbəb olur;
 
- Herpes virusunun 8-ci tipi - Kaposi sarkoması, bəzi lenfomalar;
 
- T-limfotrop virusu - T hüceyrəli leykoz, T hüceyrəli lenfoma;
 
- Merkel hüceyrə poliomavirusu - Merkel sarkoması.
 
Onkoloq vurğulayıb ki, xəstədə bədxassəli şiş virusa yoluxduqdan dərhal sonra deyil, 3-5 və 15-20 il davam edə biləcək uzun inkubasiya müddətindən sonra meydana gəlir.

Vətən müharibəmizin növbəti şəhid qəhrəmanlarından biri də əgər Qənbərov Əli Mahir oğludur.
 
Qeyd edək ki, biz Moderator.az saytı olaraq şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik.
 
Bu dəfə sizə şəhid Əli Qənbərovun döyüş yolundan bəhs edən yazını təqdim edirik.
 
Əməkdaşımız Cəlilabad rayonunda şəhidimizin ata evində qonaq olub və atasıyla söhbət edib:
 
Bizi şəhidimizin atası Mahir bəy qarşıladı. Evə dəvət olunduq. Otaqda şəhidimizin fotolarında ibarət biz masa var. Elə onun ətrafında söhbətimizə başladıq. Şəhidimizin atası deyir ki, Əli evin sonbeşiyi olub:
 
"Üç oğlum var, Əli evin sonbeşiyi idi. Özüm bənna işləyirəm, Əli də əsgərlikdən qabaq mənim yanımda işləyirdi. Elə Əli şəhid olanda mən Bakıda işləyirdim, zəng vurub bu acı xəbəri mənə deyəndən sonra evə gəldim. Əlini aprelin 5-də əsgər yola saldıq. Füzulidə xidmət etməyə başladı. Xidmət etdiyi vaxtda bir dəfə yanına getdik, daha sonra pandemiya olduğu üçün ona baş çəkə bilmədik. Ancaq telefonla əlaqə saxlayırdıq. 
 
Sentyabrın 27-də isə döyüşlər başladı. Əlidən narahat olmağa başladıq. Amma vaxt etdikcə, Əli zəng vurub bizimlə danışırdı. Sonuncu dəfə onunla oktyabrın 2-də danışdıq və sonra onunla əlaqə yarada bilmədik. Oktyabrın 7-də isə Əlinin şəhid xəbərini aldıq. Onun nəşini gətirib böyük izdihamla dəfn etdik. Onda komandiri ilə danışdıq və bildirdi ki, Əli okyabrın 6-da şəhid olub. 
 
Əli döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən müharibəsində Əliylə birlikdə qardaşımın iki oğlu, bacımın bir oğlu və əmimin iki nəvəsi iştirak edirdi. 
 
Bu gün şəhid atası kimi mənə rayonda həmişə hörmətlə yanaşırlar. Əlinin döyüş yolu sizin kimi fədakar jurnalistlərimiz tərəfindən işıqlandırılır. Allah hamıdan razı olsun”. 
 
Sonda şəhidimizin ailəsinə başsağlığı verib, ordan ayrıldıq. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn
Fotolar müəllifindir.
 
 
 

Tağıyevin bir-birindən xəbərsiz nəvə-nəticəsi harada tanış oldu? - VİDEO
AzTV-də yayımlanan "Yüz ilin adamları” layihəsinin növbəti buraxılışı milyonçu Hacı Zeynalabdin Tağıyevə həsr olunub. 
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, verilişdə nəcibliyi və mərhəməti ilə digər kapitalistlərdən fərqlənən, xeyirxahlığından hələ də bəhrələndiyimiz Tağıyev haqqında çox adamın xəbərsiz olduğu məqamlar açıqlanacaq.
 
Layihə komandası Tağıyevlə bağlı buraxılışı hazırlayan zaman onun Peterburqda yaşayan nəvəsi Oleq Sarayev, Parisdə yaşayan nəticəsi Alban Klod və Bakıda yaşayan digər nəticəsi Nazim Abdullayevlə görüşüb. "Yüz ilin adamları”nın kollektivi hətta bir-birindən xəbərsiz bu ailə üzvlərini tanış edib, onların onlayn görüşünü təşkil ediblər.
 
"Yüz ilin adamları” bu gün –martın 14-ü saat 22:00-da AzTV-də yayımlanacaq.
 

 


Azərbaycan şəhərlərində çörək qalıqları üçün ayrıca qutular qoyulması niyə kütləviləşmədi?..
Görəsən, bunun edildiyi qonşu Dağıstandan Azərbaycan hökumətinin pulu azdır, yoxsa?..
 
Son onilliklərdə Bakıda, eləcə də digər şəhər və rayon mərkəzlərində zibil yığınları ilə birgə  xalqımızın müqəddəs saydığı çörək qalıqlarını da görmək adi hala çevrilib. Bəzən sakinlər özləri çörək qalıqlarını digər tullantılarla bir yerdə qoymasalar da, əksər zibilxanalarda qalaq-qalaq çörəyə rast gəlinir.
 
"Mahaçqalada zibil yığmaq üçün konteyner meydançalarında çörək və digər un məmulatları üçün ayrıca qablar qoyulacaqdır. Bu barədə Dağıstan paytaxtının meri Salman Dadayev məlumat verib”. 
 
Moderator.az əməkdaşı Dağıstan paytaxtında çörək qalıqları üçün ayrıca konteynerlər qoyilması haqda bu xəbəri oxuduqdan sonra Azərbaycan şəhərlərində də belə bir işin görülməsi təşəbbüsləri ilə bağlı kiçik bir araşdırma aparıb.
 
Məlum olub ki, belə bir təşəbbüs  hələ 2013-cü ildə Xırdalan şəhərində irəli sürülüb və bunun üçün ilk addımlar da atılıb. Şəhərin Həzi Aslanov küçəsində pultla idarə olunan konteynerlər qoyulub və Azərbaycanda ilk dəfə olaraq çörəyin atılması üçün ayrıca çörək qabları da quraşdırılıb. Lakin təəssüf ki, həmin təşəbbüs kütləviləşməyib və paytaxtımızdakı məhəllələrdə çox nadir hallarda çörək qalıqları üçün ayrıca qablara rast gəlinir. Digər şəhər və qəsəbələrimizdə isə bu haqda  heç danışmağa dəyməz... Çox vaxt sakinlər zibil meydançalarında özləri kustar üsulla kiçik həcmli qutular düzəldirlər. Lakin əksər yerlərdə ehtiyacı olanlar bütöv və ya parça çörəkləri zibil qutularını eşələyib digər qida qalıqlarına, çirkaba bulaşmış vəziyyətdə, yaxud da yerdən toplamalı olurlar...  
 
Bəs görəsən, buna səbəb nədir?  Müstəqil Azərbaycan hökumətinin Rusiyanın tabeliyində yaşayan qonşu Dağıstandan pulu azdır, yoxsa dağıstan müsəlmanları çörəyə bizlərdən daha çox hörmət bəsləyirlər?..
 
İş günü olmadığı üçün müvafiq qurumlarla əlaqə yarada bilmədik.
Axtarış
Xəbər lenti
Reklam