Hesablama Palatasının sədr müavini və üç auditorunun işdən çıxma səbəbi məlum olub
"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Hazırda ölkəmizin qarşısında yenilənmək, inkişaf etməklə bağlı vəzifələr dayanır. Biz də həmin çağırışlara qoşulmaq üçün bu addımı atmışıq. Burada qeyri-adi heç nə yoxdur”.
 
Bunu "Report”a açıqlamasında Hesablama Palatasının işdən çıxmaqla bağlı ərizə yazan auditoru Mehriban Alışanova deyib.
 
"Bizim hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəsilə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”, - o əlavə edib.
 
Qeyd edək ki, Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Şəhid mayorun doğum günüdür: Yaşasaydı 35 yaşı olacaqdı - FOTO
Bu gün həm də Vətən müharibəsinin unudulmaz şəhid qəhrəmanlarından biri mayor Budaqov Rəşad Ramiz oğlunun doğum günüdür. 
 
1986-cı ildə Yevlax şəhərində anadan olan şəhidimiz Azərbaycan ordusu sıralarında tankçı zabit kimi xidmətə başlayıb. Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor R.Budaqov İkinci Qarabağ müharibəsi başlayandan ön cəbhədə vuruşub.
 
Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan mayor R.Budaqovun Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub. 
 
Sözügedən istiqamətdə bir dəfə yaralanan mayor R.Budaqov növbəti dəfə ağır yaralandıqdan sonra şəhid olub. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə R.Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. 
 
Şəhidimizdən Vətənə əmanət iki qız övladı qalıb. 
 
Qeyd edək ki, bu gün həm də Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun da doğum günüdür.

Azərbaycanda vaksin olunanların sayı 450 mini keçib
Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 9 221 nəfər vaksinasiya olunub.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 450 316 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.

Parlament Jurnalistləri Birliyindən intiharlarla bağlı ölkə mediasına ÇAĞIRIŞ
Son günlər ölkə mediasının gündəmini intiharlarla bağlı xəbərlər zəbt edib. Bəzən sosial şəbəkələrdə, hətta saytlarda 10-20 il əvvəl baş vermiş intiharların səbəbləri bu günlə əlaqələndirilir. Bu isə insanlarda qıcıq doğurur. Bütün bunlarla əlaqədar Parlament Jurnalistləri Birliyi (PJB) ölkə mediasına çağırış edib.
 
Çağırışı olduğu kimi təqdim edirik:
 
"Azərbaycanda intiharların sayının artması, xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti olduğu kimi KİV və jurnalist təşkilatlarını da narahat edir.  Qabaqcıl dünya təcrübəsi və aparılan tədqiqatlar göstərir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri bütün cəmiyyət tərəfindən dəstəkləndikdə təsirli olur.
 
Maarifçilik və məlumatlandırma  profilkatik tədbirlərin əsas komponentlərindən  biri kimi çıxış edir. KİV, jurnalistlər, blogerlər, ictimai rəy liderləri bu fəaliyyətlərin əsas subyektləri kimi nəzərdə tutulur. Mütəxəssislərin ortaq fikirinə görə,  KİV-də, sosial şəbəkələrdə, geniş auditoriyaya xitab edən audio-vizual məhsullarda  intihar halları barədə  xəbərlərin , xüsusən sensasiya üslubunda məlumatların tez-tez verilməsi, bu qəbil məlumatların qabardılması mənfi  fəsadlara yol açır. Mütəxəssislər qeyd edirlər ki, xəbərlərin tez-tez yayılması və qabardılması intihara meyilli şəxslər, həm də ən sadə problemlə qarşılaşan insanları intihara sövq edə bilər. Bir çox mütəxəssislər isə bu cür halları intihara meyl yaradan təbliğat kimi də dəyərləndirirlər.
 
Bu məsələlərlə bağlı fərqli yanaşmalar olsa da, intihara meyl yarada biləcək amillər, xüsusların qarşısının alınması üçün KİV və jurnalistləri hər bir halda öz töhfələrini verməyə çağırırıq. İntihar hallarına qarşı mübarizə və profilkatik tədbirlərə dəstək verilməsi məqsədilə mütəxəssislərin rəylərinə əsaslanaraq, KİV və jurnalistləri intihar hallarının, onlarla əlaqədar şəxslərin, xüsusatlar barədə məlumatların mümkün qədər az ışıqlandırılmasını, xüsusi olaraq qabardılmamasını cəmiyyət qarşısında mənəvi və əxlaqi öhdəlik kimi nəzərdən keçirməyə çağırırıq.
 
Bu Bəyanat heç bir halda senzura, yaxud özünüsenzuraya çağırış kimi dəyərləndirilməməlidir. Bu Bəyanat Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına, bu Qaydaların 3.11.-cü maddəsinə istinad edərək yalnız və yalnız  KİV, jurnalistləri intihar hallarına qarşı mübarizə və profilkatik tədbirlərinə dəstək verməyə çağırmaqdan başqa niyyət güdmür”.

Koronavirus xəstəsi olan iki qadın ictimai yerlərdə saxlanılıb
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinidən verilən məlumata görə, Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
 
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
 
N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139.1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
 
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir.
 
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

Qənirə Paşayeva qəhrəman şəhid mayorumuz Elçin Alıyevin ailəsi ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, mayor Elçin Bayram oğlu Alıyevin anası Adilə Cəlil qızı Alıyeva, həyat yoldaşı Təzəgül Alıyeva və qəhrəman şəhidimizin qardaşı ilə görüşüb.
Peşəkar hərbçinin döyüş yolu ilə maraqlanan Komitə sədri, şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşüb:  
 
"Əziz anam, 
əziz bacım, 
əziz qardaşım,
işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Elçin Bayram oğlu Alıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı mərdliklə döyüşüb, Şuşada şəhid olub. Şəhid mayor II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Alıyev Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. O, həmçinin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Elçin Alıyev kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk! Şəhid mayorumuzun ömrü övladlarında yaşasın"!
Qəhrəman şəhidimizin ailəsinə Komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Ceyhun Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.
Deputat gizli toy edənlərə haqq qazandırdı:
"Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan yox...”
 
Azərbaycanda həm koronavirusa yoluxanların, həm də virusdan ölənlərin  sayı artıb. Ekspertlər qeyd edirdilər ki, gün ərzində yoluxma sayı 400-500 nəfəri keçdiyi təqdirdə, karantin rejiminin sərtləşdirilməsinə ehtiyac duyular. Son günlərin statistikası isə  onu deməyə əsas verir ki, sərt karantin rejiminin tətbiqi artıq reallaşacaq.
 
Digər tərəfdən, yoluxmanın artmasının əsas səbəbi kimi gizli keçirilən toylar və yas mərasimləri göstərilir. Yoluxmanın artmasına səbəb həqiqətən də budurmu? Bəs görəsən, sərt karantin qaydaları tətbiq edilərsə, insanların sosial təminatı nəzərə alınacaqmı?
 
Deputat Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq. Buna yol vermək olmaz, çünki yoxsullaşmaq ziyandir, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan "sağalmaq” olmur".
 
Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: "Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərətslikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməldir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".

DİM xəbərdarlıq edib
Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.
 
Mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən "Tələbə-məzun”, "Şagird-məzun”, "Musiqi məktəbi-məzun” sistemi, "Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
 
Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

 
Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasi dirçəliş fonduna əlavə vəsait köçürüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 11 mart 2021-ci il tarixdə keçirilən İcraiyyə Komitəsinin iclasında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilindən və xaricindən sərmayələrin cəlb edilməsi məqsədilə yaradılmış «Qarabağa Dirçəliş Fondu»na əlavə olaraq 500 min manat məbləğində vəsaitin köçürülməsi barədə qərar qəbul edilmişdir.


İcraiyyə Komitəsinin iclasında AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev ölkə prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra azad edilmiş Qarabağda həyata keçiriləcək tikinti-quraşdırma və bərpa işləri haqqında iclas iştirakçılarını məlumatlandırdı.

AHİK sədri göstərdi ki, ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyasına sadiq qalan və onu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 illik prezidentliyi dövründə iqtisadi və ordu quruculuğu sahəsindəki həyata keçirdiyi islahatlar öz nəticəsini verdi.

4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü təsdiqlədi. Həmin döyüşlərədək Ermənistan siyasi recimi tərəfindən yaradılan məğlubedilməzlik mifinin Aprel döyüşlərində sadəcə mif olduğu sübuta yetirildi.

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərinə növbəti hücumu artıq səbir kasasını daşırdı. Ölkə prezidenti, Ali Baş Komandan cənab İ.Əliyev əks-hücum əməliyyatı başlanması barədə qərar verdi.

Sentyabrın 27-dən etibarən başlayan «Dəmir yumruq» əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirdi. Ölkəmizin Silahlı Qüvvələrinin müzəffər Ail Baş Komandanı İ.Əliyevin rəhbərliyi altında cəmi 44 gün davam edən Vətən müharibəsində erməni ordusu haqqında uydurulan illüziyaları yerlə yeksan edildi.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi. Nikol Paşinyanın noyabrın 10-da üçtərəfli bəyanatı imzalamaqla işğala son qoyuldu.

AHİK sədri iclas iştirakçılarına məlumat verdi ki, hazırda işğaldan azad olunmuş Qarabağ ərazisində tikinti, quraşdırma və bərpa işləri uğurla davam etdirilir.

Əhmədbəyli-Fizuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun olaraq tikintisi davam edir. Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində «Ağıllı kənd» layihələrinə start verilmiş, Laçın rayonunun Güləbir kəndində qısa müddət ərzində elektrik stansiyası bərpa edilərək istifadəyə verilmiş, Fizuli rayonunda aeroportun inşasının, Horadiz-Ağbənd dəmiryolu xəttinin təmələri qoyulmuş, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri içməli su, elektrik enercisi, qazla təmin edilmiş və tikini quraşdırma işlərinə start verilmişdir. Bir sözlə işğaldan azad olunmuş ərazilərin əksəriyyətində infrastruktur layihələrin işlənilməsi barədə ölkə rəhbərliyi tərəfindən göstərişlər uğurla yerinə yetirilməkdədir. Hazırda bu işlər davam etdirilir. Prezient İlham Əliyev Laçın rayonuna səfəri zamanı bir daha bəyan edərək Qarabağın cənnətə çevriləcəyini demişdir: «Mən demişəm. Biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır».

Vətən müharibəsi bitdikdən sonra respublikamızda fəaliyyət göstərən bütün dövlət və ictimai qurumlar kimi Qarabağın dirçəldilməsi və qazilərin sosial problemlərinin həllində yaxından iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da müəyyən addımlar atmışdır. Qarabağın Dirçəliş Fonduna 100 min, ümumilikdə 600 min manat, aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrə ərzaq sovqatlarının verilməsi məqsədilə Heydər Əliyev Fondunun «Regional İnkişaf» İctimai Birliyinə 705 min, qazi və şəhid ailələrinin təminatına dəstək məqsədilə «Yaşat» fonduna isə 537.750 manat köçürülmüşdür. Bundan əlavə Müzəffər Azərbaycan ordusunun şəhid olmuş 139 əsgər və zabitlərin ailəsi himayəyə götürülmüşdür.
AHİK sədri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən tikinti quraşdırma, bərpa işlərində yaxından iştirak etməklə, ona maddi və mənəvi dəstək verilməsi üçün bütün imkanlardan istifadə etməyə səy göstərəcəklərini iclas iştirakçılarının nəzərinə çatdırdı.

aia.az

Bakının əsas küçə və prospektlərində sıxlıq var - SİYAHI
Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.
 
Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb. 
 
Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var. 
 
Hazırda sıxlıq müşahidə olunan küçələrin siyahısını təqdim edirik:
 
- Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsindən başlayaraq, "20 Yanvar” dairəsi istiqaməti) sıxlıq;
 
- Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda, Çermet körpüsü üzərindən, "20 Yanvar” dairəsi istiqamətində) sıxlıq;
 
- Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) sıxlıq;
 
- Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən, Hökumət Evi istiqaməti) sıxlıq;
 
- Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq;
 
- A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;
 
- Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
 
- Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində) sıxlıq;
 
- 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq;
 
- Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, "20 Yanvar” dairəsi istiqamətində) sıxlıq;
 
- Yusif Səfərov küçəsi - (Cavanşir körpüsü istiqamətində) sıxlıq;
 
- Həsən bəy Zərdabi prospekti ("20 Yanvar” dairəsinə düşən hissə) sıxlıq.
 

Axtarış
Xəbər lenti
Reklam