Yol polisi sürücülərə müraciət edib
DİN Baş DYP İdarəsi sürücülərə müraciət edib.
 
Müraciətdə deyilir:
 
"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".
"Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.
 
Bu barədə şirkətin meneceri Yoav Arnşteyn açıqlamasında bildirib.
 
O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq. 
 
Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.
 
Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.
 
Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır.

Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 119 113 952 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
 
Virusdan 2 641 762 xəstə ölüb, 94 724 892 nəfər sağalıb.
 
Avropada 35 749 011, Şimali Amerikada 34 381 162, Asiyada 25 894 730, Cənubi Amerikada 18 998 544, Afrikada isə 4 037 626 nəfərdə koronavirus aşkarlanıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 925 902 nəfər), Hindistan (11 305 979 nəfər), Braziliya (11 284 269), Rusiya (4 360 823 nəfər) və Böyük Britaniyadır (4 241 677 nəfər).
 
Türkiyədə 2 835 989, İranda 1 723 470 Gürcüstanda 274 045, Ermənistanda isə 176 286 nəfərdə koronavirus müəyyən edilib.
 
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (90 734 nəfər), İranda (61 016 nəfər) və Türkiyədədir (29 290 nəfər).
 
Azərbaycanda koronavirusa yoluxan 238 383 nəfərin 3 262-si ölüb, 230 244-ü sağalıb.
İmkansız ailələrin evlərinə pulsuz yanğın dedektorları quraşdırıldı...-İBRƏTAMİZ
Sözsüz ki, Azərbaycanda da müvafiq qurumların belə bir aksiya keçirmək imkanları var...
 
Mahaçqalada "İnsan” vəqfinin təşəbbüsü ilə bir reyd keçirilib və bunun çərçivəsində xeyriyyə təşkilatının himayəsində olan ailələr yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib və  onların evlərinə yanğın dedektorları quraşdırılıb.

 
"Məsul idarələrdən belə bir reyd keçirmələrini xahiş etdik. Bunun çoxuşaqlı ailələr və tənha qocalar üçün xüsusilə aktual olduğu ortaya çıxdı. Evlərə baş çəkən qonaqlar yanğın təhlükəsizliyi qaydalarından bəhs ediblər, qazla çalışan su qızdırıcılarını yoxlayıblar. Ancaq ən əsası odur ki,  həmin evlərdə pulsuz dedektorlar quraşdırılıb. Çünki bəhs edilən ailələr ehtiyacı olanlar sırasındadır ” - deyə "İnsan” fondunun mətbuat xidmətindən bildirilib.  
 
Aksiyanın keçirilməsinə ehtiyacın paytaxtın ətraf qəsəbələrindən birində baş vermiş bir neçə yanğınla əlaqədar yarandığı da qeyd edilib. 
 
Xeyriyyə tədbirində Dağıstan Fövqəladə Hallar Nazirliyi Nəzarət və Profilaktik İşlər İdarəsinin, Mahaçqalanın Qaz xidmətinin əməkdaşları və "İnsan” fondunun Mahaçqala ofisinin direktoru iştirak edib.
 
Qeyd edək ki, bundan əvvəl oxşar aksiya hökumət qurumları tərəfindən Dağıstanın Kizlyar şəhərində də keçirilib.
 
P.S. Sözsüz ki, Azərbaycanda da müvafiq qurumların belə bir aksiya keçirmək imkanları var...

 
AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib

Mart ayının 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. Yığıncaqda «AHİK-in İK-nin və aparatının 2021-ci ilin birinci yarımilliyi üçün iş planı haqqında», «Həmkarlar ittifaqı təşkilatlarının 2020-ci il üzrə statistik hesabatı haqqında», «2020-ci il ərzində AHİK aparatının daxil olmuş ərizə və şikayətlərin təhlili barədə», «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum haqqında» və digər cari məsələlər müzakirə olunub.


AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2021-ci ilin birinci yarımilliyi üçün iş planında İcraiyyə Komitəsinin yığıncaqlarında müzakirə olunan məsələlər və işləyən işçilərin sosial-iqtisadi hüquqlarının müdafiə olunmaları və problemlərinin həlli ilə bağlı görüləcək işlər və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Tədbirlər planında 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər əldə etmiş gəncələrin «İlin peşəkar gənci» fəxri adı ilə təltif edilməsi, həmkarlar ittifaqı kadr və fəallarının ixtisasartırma kurslarına cəlb edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə «İlin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə keçirilmiş respublika- baxış müsabiqəsinin yekunları, Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərinin qeyd edilməsi ilə bağlı həmkarlar ittifaqı fəallarının yığıncaqlarının keçirilməsi, «Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizədə və Vətən müharibəsi dövründə AHİK-in fəaliyyəti»nə dair, «Azərbaycanda COVİD-19 pandemiyası müddətində zərərçəkmiş sahələr üzrə durum təhlili və həmkarlar ittifaqlarının mövqeyi» adlı kitabların çapı və nəşri və digər cari məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparatına daxil olan ərizə və şikayətlərin həllinə həmişə diqqətlə yanaşılır. Ərizə və şikayətlər aparat işçiləri və ya üzv təşkilatlarının nümayəndələri tərəfindən yerlərdə müəlliflərin iştirakı ilə araşdırılır və müvafiq qaydada həll edilir. 2020-ci ildə konfederasiyanın üzv təşkilatlarına 125 594 ərizə və şikayət daxil olmuşdur ki, onların da 98,4 % özünün müsbət həllini tapmışdır. Müraciətlər əsasən işçilərin əmək hüquqlarının müdafiəsi - işdən azad olunma və ixtisarlar, həmkarlar ittifaqı orqanlarının işi ilə yanaşı böyük əksəriyyəti maddi yardımlarla əlaqədar olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin bəzilərinin hər hansı obyektiv səbəbdən həlli mümkün olmadıqda isə ərizə müəlliflərinə müvafiq izahatlar verilmişdir. İl ərzində müsbət həllini tapan ərizə, şikayət və müraciətlərin müəllifləri tərəfindən AHİK-ə 509 minnətdarlıq məktubu göndərilmişdir. Məktublarda həmkarlar ittifaqı üzvlərinə, tələbələr və şagirdlərə həmkarlar ittifaqının adlı təqaüdlərini verilməsi, azətəminatlı ailələrə göstərilən qayğı və maddi yardımlar yüksək qiymətləndirilir.

Həmkarlar ittifaqları ilə işəgötürənlər arasında 11 722 kollektiv müqavilə imzalanmışdır ki, bu da həmkarlar ittifaqı üzvlərinin əksəriyyətini əhatə edir.
İcraiyyə Komitəsi işəgötürənlər tərəfindən işdən qanunsuz azad edilən və ixtisar olunan işçilərin müraciətlərinə daha həssaslıqla yanaşılmasını və kollektiv müqavilələrin bütün həmkarlar ittifaqı təşkilatları tərəfindən bağlanmasının vacibliyini həmkarlar itiifaqları liderlərinin diqqətdə saxlamalarını tövsiyyə etdi. Bununla yanaşı həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi üçün həyata keçirdikləri tədbirlərin və gördükləri işlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd etməklə məsələlərin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılmasının məqsədəuyğun olmasını da qeyd etdi. Eyni zamanda statistik hesabatların həmkarlar ittifaqının həyatında mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq bu məsələyə daha ciddi yanaşılmasının önə çəkilməsi də üzv təşkilatların diqqətinə çatdırıldı.

AHİK tərəfindən həmkarlar ittifaqına üzv olmayan işçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, həmkarlar ittifaqları sıralarının artırılması, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, qanunvericilik aktlarının qəbulu zamanı onlara müvafiq təkliflərin verilməsi və ictimai nəzarətin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlərin səmərəliyini artırmaq məqsədilə işçilərin ərizə və şikayətlərinə diqqətlə yanaşılması, onların problemlərinin həllində hər bir həmkarlar ittifaqı işçisinin yaxından iştirakının təmin olunmasının zəruriliyi qeyd edilib.
Ölkəmizin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, habelə işsiz və iş axtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərüffataların fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Memorandum imzalanmışdır. Bunula əlaqədar olaraq həssas əhali qruplarını məşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Memorandumda proqram üzrə ümumi əlaqələndirməni həyata keçirmək üçün hər iki qurumun nümayəndələrindən ibarət 6 nəfərlik əlaqələndirmə qrupunun tərkibi təsdiq edildi. Həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən könüllülük prinsipi əsasında əvəzsiz olaraq 200 000 (iki yüz) manat məbləğində maliyyə ayrılması nəzərdə tutulmuşdur.
İcraiyyə Komitəsinin yığıncağında Novruz bayramı ərəfəsində regionlarda yaşayan aztəminatlı ailələrə bayram sovqatlarının paylanması, «Dirçəliş» fonduna əlavə maliyyə vəsaitin köçürülməsi və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqlarıı Şurasına maddi yardım edilməsi barədə məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev və İcraiyyə Komitəsinin üzvləri müzakirə edilən məsələlər barəsində öz fikirlərini bildirdilər. İcraiyyə Komitəsi yığıncağında hazırki pandemiya dövründə işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, onların sosial problemlərinin həlli, imkansız və ehtiyacı olan ittifaq üzvlərinin maddi dəstək göstərilməsinin vacibliyini bütün vəsilələrdən olan həmkarlar ittifaqı təşkilatlarını bir daha xatırladaraq bu məsələlərin ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri olduğu vurğulandı.

aia.az



 


İnsan gerçəkdən heyvana necə çevrilir? - Qurani-Kərim ayələri...
Müqəddəs Quranın nəzərinə görə, keçmiş ümmətlər arasında elə günahkar bəndələr olmuşdur ki, Uca Allah onları heyvana çevirmişdir.
 
 
"Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).
 
Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik”. ("Bəqərə” 65-66).
 
 
 
Allah Təala Bəni-İsrayildən olan qövmə ki, Qırmızı dənizin kənarında yaşayırdılar, əmr etmişdir ki, şənbə günü balıq tutmasınlar. Lakin bu insanlar əmrə itaət etmədilər və şənbə günləri də balıq tutmağa başladılar. Əvvəl balıq tutmaq üçün qırmaq atdılar. Ya da şənbə günləri tələləri qurur və başqa günlərdə tələyə düşən balıqları ovlayırdılar.
 
 
 
Bunu özləri üçün kiçik günah hesab edirdilər. Get-gedə daha da arsız oldular və şənbə günü açıq şəkildə balıq ovlamağa başladılar. Bu yolla çoxlu sərvət əldə etdilər. Çünki balıqlar adətən şənbə günlərində suyun üzərinə çıxırdılar. Qalan günlərdə dənizin dibinə çəkilirdilər.
 
 
 
Bəni-İsrayilin bu əmrə itaət etməməsi sayəsində, İlahi əzab onları əhatə etdi. Qurani-Kərim buyurur: "Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik”. ("Əraf” 163).
 
 
 
Hədislərin buyurduğuna görə, Allahın əzabı o kəslərə şamil edilir ki, bu işdə günahkarlara yardım etmişdilər. Onlar həlak olurlar. Ancaq Allah günahkarları heyvanlara çevirir və bir müddət bu cür yaşadıqdan sonra onlar da həlak olurlar.
 
Bu zaman insan ruhu başqa bədənə keçməz, necə ki, bəzi alimlər yanlış olaraq bəyan edirlər. Bu zaman ruh bədəndə qalır, bədən isə özü dəyişikliyə uğrayır. Belə deyildir ki, insan nəfsi heyvan nəfsinə çevrilir, bəlkə ruh olduğu kimi qalır, bədən ya meymuna, ya donuza və başqa heyvanlara çevrilirlər.
 
 
Əllamə Təbatəbai buyurur: "Məsx olunan insanlar – o insanlardır ki, bəşər ruhunu qoruyaraq, cisimləri məsx olar. Belə deyildir ki, insan nəfsi də dəyişib heyvan nəfsi olsun”.
 
 
İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbərdən (s) o insanlar haqqında sual verdim ki, əvvəl insan olmuş və günahlarına görə heyvana çevrilmişdir.
 
Həzrət (s) cavabında buyurdu: "Məsx olmuş heyvanların biri – qara qurddur və o birisi – əqrəbdir.
 
Qara qurd dost və tanışlar arasında söz gəzdirənlər idilər. Söz gəzdirmək yolu ilə ayrılıq salırdılar.
 
Əqrəb isə pis dilə malik olan kişi idi ki, heç kəs onun dilindən amanda deyildi””.
 
 
İmam Sadiq (ə) buyurur: "Əqrəb – eyib axtaran, tənə vuran, söyüş söyən kişi idi ki, Allah onu əqrəb şəklinə salmışdır”. (Beytutə)
 
/Deyerler.org/
Yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ
Dövlət Yol Polisi sürücülərə qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişmə ehtimalını nəzərə alaraq, şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.
 
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 
O bildirib ki, gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, nəqliyyat vasitələrinin ümumi vəziyyətini, xüsusilə əyləc sistemlərini ciddi yoxlamalıdırlar:
 
"Kəskin hava şəraiti zamanı avtomobil yollarında yol nəqliyyat hadisələrinin baş verməməsi üçün bütün hərəkət iştirakçılarına müraciət edirik. Sürücülər hava şəraitinin dəyişdiyi zaman avtomobil yollarında sürət həddini aşmasınlar. Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının, əyləc sisteminin işlək vəziyyətdə olmasına nəzarət etsinlər.
 
Sürücülər şaxtalı hava şəraiti zamanı yollarda nəqliyyat vasitəsinin hərəkəti zaman ani olaraq əyləc sistemlərindən istifadə etməsinlər. Yağışlı hava şəraitində bu kimi hallar nəqliyyat vasitəsinin sürüşməsinə və qəza şəraitinin yaranmasına gətirib çıxara bilir. Yaxşı olar ki, nəqliyyat vasitəsinin təkərlərinin təzyiqi nisbətən azaldılsın, avtomobil hərəkətdə olan zaman digər nəqliyyat vasitələri ilə ara məsafəsi normadan artıq saxlanılsın. Peşəkarlığı az olan sürücülərin bu havalarda sükan arxasına keçməmələri tövsiyə olunur”.
 
V.Əsədov piyadaların da öz təhlükəsizliklərini təmin etmələri üçün yolun hərəkət istiqamətindən kənar olmalarını tövsiyə edib:
 
"Piyadalar yolların hərəkət istiqamətinə çıxmasınlar. Yolu qarşıdan-qarşıya keçən zaman təhlükəsizlik məqsədilə yerüstü və yeraltı piyada keçidlərindən istifadə etsinlər. Azyaşlı uşaqların nəzarətsiz qoymaq olmaz. Bu açıq-aşkar təhlükədir və yolverilməzdir. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq yollarda yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq məqsədilə zəruri olan bütün tədbirləri görəcək”.
Smartfonlar bir neçə dəqiqəyə şarj olunacaq
"Xiaomi” yeni tip şəbəkə cihazından bir neçə dəqiqəyə 100% enerji yükləyə bilən smartfon hazırlayır.
 
Bu barədə insayderlərə istinadla "GSMArena” məlumat yayıb.
 
200 Vt gücündə simli şarj dəstəyi olan smartfonun təqdimatı 2021-ci ilin ikinci yarısına planlaşdırılır. Amma bu modelin daha əvvəl istifadəyə verilməsi də mümkündür. Belə ki, "ultimativ flaqman” olan "Xiaomi Mi 11 Ultra” modelində də bu opsiya ola bilər.
 
Keçən il "Xiaomi” şarj qutusu 120 Vt güc təmin edən "Xiaomi Mi 10 Ultra” smartfonunu artıq təqdim edib. 2021-ci ildə "Vivo” və "Nubia” oxşar şarj cihazlarına sahib telefonlar buraxıb.
İctimai nəqliyyatda yeni tarif mezanizmi tətbiq olunacaq, bəzi şəxslərə güzəşt ediləcək
Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimi tətbiq olunacaq.
 
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
 
Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq.
 
Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
 
Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif şurası müəyyən edir.

Şəkərli diabetə səbəb olan amillər AÇIQLANDI
Şəkər xəstəliyinin insanda yaranmasına genetik meyl, piylənmə və digər bir çox amillər səbəb ola bilir.
 
Bu barədə Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi məlumat verib.
 
Həkimin sözlərinə görə, insulin ifraz edən betta hüceyrələrin zədələnməsi də şəkər xəstəliyi yarada bilər:
 
"Belə ki, beta hüceyrələrin zədələnməsi ilə pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri, eləcə də virus infeksiyalarına aid olan qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər, sinir sisteminin gərginliyi, stres şəkərli diabetin əmələ gəlmə səbəblərinə daxildir”.
 
Diabetin ilkin göstəriciləri isə ağızda quruluq, susuzluqla xarakterizə olunur:
 
"İnsan sidiyə tez-tez getməyə (xüsusən gecələr) başlayır. Kəskin çəki itirmə, bəzən səbəbsiz çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır”.
Axtarış
Xəbər lenti
Reklam