Əli Hüseynli:
Deputat Sabir Rüstəmxanlının soyad sonluqlarının milliləşdirilməsilə bağlı Milli Məclisdəki çıxışına və səsləndirdiyi tənqidlərə reaksiya verilib.
 
Birinci vitse-spiker Əli Hüseynli cavab olaraq bildirib ki, soyadların milliləşdirilməsi ilə bağlı heç bir problem yoxdur: "Bu məsələ ilə bağlı əslində ittiham etməyə heç kəs yoxdur. Ədliyyə Nazirliyi vətəndaşın istək və arzusunu yerinə yetirir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulanlarla bağlı isə ümumiyyətlə, heç bir problem yoxdur.
 
Bunun üçün ASAN Xidmət də mövcuddur. Ümumiyyətlə, bununla bağlı problem yoxdur. İstək, arzu vətəndaşındır, nə zaman istəyir, soyadını milli sonluqla əvəzləyə bilər”.
 
Ə.Hüseynli maraqlı bir məqama da toxunaraq, qeyd edib ki, vaxtilə də müxalifəti təmsil edən bir sıra şəxslər eyni mövzuda çıxış ediblər. Hansı ki, onların bəziləri özləri belə, soyad sonluqlarını milliləşdirməmişdilər.
Uşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırılır
Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.
 
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü  oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə”sinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:
 
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
 
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
 
- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
 
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
 
 Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə  övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.
 
Analoji dəyişiklik Mülki Məcəlləyə də təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Azərbaycanda məktəb direktorlarının sayı açıqlanıb
İndiyədək keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 1200-ə yaxın direktor işə qəbul edilib.  Hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 3615 direktor çalışır.
 
Bu barədə Təhsil Nazirliyindən  bildirilib.
 
Qeyd edilib ki, cari il üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 4993 namizəd elektron qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçən namizədlər arasında qadınların sayı 2708 nəfər, kişilərin sayı 2285 nəfər təşkil edir. 
Qüdrət Həsənquliyev:

"Bələdiyyələrə seçkilər proporsional seçki sistemi əsasında keçirilməlidir”

 
"Mən zaman zaman bələdiyyələrin statusu ilə bağlı məsələni Milli Məcisdə qaldırmışam ki, bələdiyyələrin statusu kiçikdir. Ona görə də onlardan gözləntilər özünü doğrultmur. Ona görə də həmişə təklif etmişəm ki, bələdiyyələrə yerli dövlət orqanları statusu verilməlidir. Bunun üçün mütləq islahatlar aparılmalıdır. 1999-cu ildə bələdiyyələr yaradılıb, bundan 22 il vaxt keçir. Biz hələ də deyirik ki, bu təzə yaradılmış orqandır”.
 
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
 
Millət vəkili "ümumiyyətlə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan da o zaman yaradılanda və qanunvericiliyə daxil ediləndə mən bunun əleyhinə olmuşdum”, - deyə vurğulayıb: "Bunu da söyləmişdim ki, əgər bələdiyyələrin fəaliyyətindən hansısa şikayətlər varsa, o zaman müvafiq dövlət orqanları bunu araşdırıb, hüquqi qiymət verə bilər. Amma indi 2500-dən çox bələdiyyənin fəaliyyətini və onun aktlarının qanunauyğunluğunu yoxlamaq fiziki baxımdan mümkün deyil. Zaman da göstərdi ki, həqiqətən də bu məsələdə ciddi islahatların aparılamasına ehtiyac var. Bələdiyyələr yarananda bələdiyyə torpaqları müəyən olundu və o torpaqların icra hakimiyyəti ilə birgə qanunsuz satışına başladılar. Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 600 min, bəzilərinə görə Bakıətrafı rayonlarda, kəndlərdə 450 min qanunsuz tikilmiş ev var. Bunların əksəriyyəti icra hakimiyyətlərinin razılığı ilə, məhz bələdiyyələrin verdiyi sərəncamlar əsasında həmin ərazilərdə tikilib. Bunların bir hissəsi pay torpaqlarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Bəziləri qaz, su, elektirik xətlərinin altında, yaxınlığında tikilib. 2008-ci ildən başlayaraq, Prezident cənab İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub. Hətta müvafiq sərəncam da imzalayıb, müvafiq komissiya yaradılıb. Ancaq çox təəssüf ki, bu günə qədər qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı məsələ öz həllini tapmayıb. Halbuki burda bələdiyyələrin çox böyük məsuliyyəti var. O cümlədən onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən mərkəzin. Mərkəz daha çox maraqlı olmalıdır ki, Prezidentin sərəncamı və onun göstərişləri bu günə qədər niyə icra olunmur, niyə bu məsələ öz həllini tapmır?
Bakı kəndlərinə dəmiryolu xətləri çəkiləndə insanlar oralardan köçürüldü və onlara kompensasiyalar ödənildi. Burada söhbət təkcə bələdiyyələrdən, icra hakimiyyətlərindən getmir, bəzi dövlət müəssisələrinin rəhbərləri də bu cür qanunsuzluqlara göz yumublar. Hamı bilir ki, əgər müvafiq dövlət orqanlarının razılığı olmasa idi, o binaların orada tikilməsi mümkünsüz idi. Yəni onlar pul qarşılığında bunu ediblər. Amma bunun yaxşı tərəfi olub ki, ölkədə mənzillə bağlı sosial gərginlik müəyyən mənada aradan qalxıb. Aztəminatlı insanlar özlərinə heç olmasa mənzil tikə biliblər. İndi isə o evləri rəsmiləşdirmək lazımdır. Bundan başqa islahatlar dərinləşdirilməlidir. Bələdiyyələr hazırda, açıq söyləyirəm, rayon icra hakimiyyətlərində mövcud ərazi idarəetmə orqanları şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Belə olduğu halda bu qurumlardan nəsə gözləmək absurddur. Ona görə də, mən əvvəllər də məsələ qaldırmışdım ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilməli və icra hakimiyyətiləri ləğv olunmalıdır. Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri olmalıdır ki, onlar da ölkə konstitusiyasına nəzarət funksiyasını həyata keçirsinlər. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır ki, şəhərin problemləri ilə birbaşa xalqın seçdiyi şəxslər məşğul olmalıdır. Eyni zamanda bəzən bələdiyyələrin daxilində qanunsuz qərarlar qəbul olunur, təkbaşına qərarlar verilir, mövcud qanunvericilik pozulur. Bunun da qarşısını almağın yeganə və doğru yolu hesab edirəm ki, bələdiyyələrə seçkilər proporsional seçki sistemi əsasında keçirilməlidir”.
Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
 
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu, Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə”, "Küləkli çərşənbə”, "Yelli çərşənbə”, "Külək çərşənbəsi” kimi də tanınır.
 
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.
 
Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz”, "Yelin zarafatı qovmaqla başlanır”, "Yelə verdiyin düşmənə qismət olar”, "Yel apardığını qaytarmaz”, "Yellə dost olan yellənə-yellənə qalar”, "Yel bağlayanı el açar”, "Yeldən aman diləməzlər”, "Külək kimi hərdən bir yana əsmə”, "Küləkli havada dənizdə çimməzlər”, "Kələknən gələn, küləknən gedər”.

 
AHİK-in sədri, deputat Səttar Möhbalıyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib.

Təbrikdə deyilir:


"Əziz Azərbycan xanımları, Siz ildə bir dəfə yox, hər gün, hər saat, hər an təbrikə layiqsiniz. Ali dəyərlərin qorunması və inkişafının xüsusən xanımların timsalında mümkünlüyünü bəşər tarixi kainat yaranandan təsdiqləyib. Bu mübarək missiyanın Azərbaycan xanımına daha çox yaraşması isə aksiomadır.
Dəyərli Azərbaycan xanımları, məmləkətin daim başının uca olmasını özünüzə həyat kredosu seçmisiniz. Hər bir niyyətiniz və əməliniz cəmiyyətə qürur yaşadır. Əzəli və əbədi yurdlarımız uğurunda bütün dövrlərdə haqq savaşına qalxan oğullarımız, onların gen daşıyıcıları olan əsgərlərimiz məhz sizin verdiyiniz mübarək tərbiyənin nəticəsində cəmi 44 gün çəkən Böyük Vətən mühariibəsinin əbədi qalibləri oldular. Onlar Azərbaycanın bütövləşməsi yolunda igidlik göstərərək, tariximizin qızıl səhifələrini yazdılar.
Sizin ləyaqətiniz insanlığa möhtəşəm nümunədir.Qadın müqəddəsliyini qorumağınız və daim zirvədə saxlamağınız gələcəyə saçılan nur payıdır.
Yolunuz işıqlı, niyyətiniz saf, əqidəniz bütöv, əməliniz mübarək, amalınız xoşbəxt yaşamaq, xoşbəxt yaşatmaq olsun.
Bütün Azərbaycan qadınlarını, həmkarlar ittifaqları hərəkatında birəşən işçi xanımları böyük ehtiramla təbrik edirəm.

AİA.Az
Sərt karantin rejimi bu halda tətbiq oluna bilər- AÇIQLAMA
Mütəxəssislərdən gündəlik yoluxma sayının tezliklə 1000-1500 nəfərə çata biləcəyi iddiasına rəylər...
 
COVAX platforması Azərbaycanı yaxın zamanda vaksinlə təmin edə bilməyəcəyini açıqlayıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözçüsü Aynurə Əhmədova deyib.
 
COVAX platforması bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVİD-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizmdir. Azərbaycan ötən il 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a qoşulduğunu açıqlamışdı.
 
Aynurə Əhmədova  bildirib ki, COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb: "Bugünlərdə COVAX tətəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub”.
 
 
Aynurə Əhmədova
 
Aynurə Əhmədova həmçinin qeyd edib ki,  Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda ölkəyə qarşı bu münasibət yanlışdır, platformanın məram və məqsədinə ziddir.
 
 
Təbii ki, burada söhbət hazırda ölkəmizdə tətbiq edilən,  Çinin "CoronaVac” vaksinindən deyil, əlavə almalı olduğumuz "AstraZeneca”, "Pfizer”, "Moderna”, "Sputnik” vaksinlərindən gedir. Azərbaycan Çindən 4 milyon doza "CoronaVac” vaksini almaq üçün kontrakt bağlayıb. Bu günə qədər də "CoronaVac” vaksinlərinin alışı davam edir. Məlumata görə,  Azərbaycanda indiyədək 314 minə yaxın şəxsə vaksin vurulub.
 
Beləliklə, əlavə vaksinlərin alınmasında məqsəd ölkə əhalisinin böyük əksəriyyətini vaksinasiya prosesinə cəlb etməkdir. Lakin göründüyü kimi, bu məsələ ləngidilir. Beləliklə, qeyd olunan vaksinlərin ölkəmizə gətirilməməsi qarşıda hansı problemləri yarada bilər?
 
Daha bir məsələ,  son günlərdə bəzi mütəxəssislər iddia edir ki, "Azərbaycanda uzağı 10 günə yoluxma sayı 1000-1500 nəfərə çatacaq, Novruz bayramı günlərində pandemiyanın üçüncü dalğanın içinə düşəcəyik”. 
 
Tibb Universitetinin dosenti Rəşid Mahmudov isə qeyd edib ki, qarşıda pandemiyanın daha iki dalğası olacaq: "Çalışırlar ki, dünyada bir milyard yarım-iki milyarddan artıq insan yaşamasın. Belə getsə biz qırılacağıq, ancaq varlılar qalacaq”.
 
Bütün bu iddialar cəmiyyətdə xeyli qorxu yaradıb. Bəziləri bütün bu iddiaların əsasında ehtimal edir ki, bayrama yaxın yenidən ölkədə sərt karantin rejimi tətbiq edilə bilər. "Yeni Müsavat” bu və digər məsələlərə cavab tapmaq üçün mütəxəssislərin rəyini öyrənməyə çalışıb.
 
 
Nazxanım Qasımova 
 
Tanınmış infeksionist Nazxanım Qasımova mövzu ilə bağlı bunları  qeyd edib: "Əgər son günlər ölkədə gündəlik yoluxma sayında nisbətən artım varsa, deyə bilərəm ki, bu normal haldır. Təbii ki, karantin rejimində bir sıra məhdudiyyətlər aradan qalxdıqca, yoluxma sayında da artım olur. Çünki vaksinasiya prosesi hələ tam başa çatmayıb, əhalinin müəyyən qismi vaksinasiya olunmayıb. Yaxın on gün ərzində yoluxma sayının 1000-1500 nəfərə qədər çatacağı haqda proqnoz vermək bir qədər yanlışdır. Yəni nə qədər artım olacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur. Bunu yalnız zaman göstərəcək.  Əlbəttə ki, proqnozlar düz çıxarsa, yenidən karantin qaydaları sərtləşdirilə bilər. Lakin bir daha qeyd edirəm ki, bunu zaman göstərəcək. Həm də yaza doğru gedirik. Adətən virus qış aylarında daha aktiv olur. Bu baxımdan, yenidən sürətlə artım olacağını demək bir qədər yanlış olar”.
 
Nazxanım Qasımova əlavə vaksinlərin ölkəyə gətirilməsinin hansı problemlər yarada biləcəyi haqda isə bunları bildirdi: "Hazırda dünyada əsasən 5 növ vaksin var. Onlar tərkibinə və hazırlanma qaydasına görə bölünüb. Vaksinlərin bir qismində xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. Digər, inaktiv vaksinlərdə  isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. ”CoronoVac" pediatrik peyvəndlər kimi inaktiv üsulla hazırlanıb. Peyvənd bədənə vurulduqda immun sistemi potagenə qarşı tez və yetərli reaksiya verir. Bununla da vaksin vurduran insanın orqanizmi virusla qarşılaşdıqda onun immun sistemi virusu tanıyır və bədəni qoruyur. Həmin şəxs xəstələnsə belə yüngül keçirir. Aparılan araşdırmaların nəticəsinə görə, inaktiv vaksinin tərkibində insan orqanizmi üçün zərərli maddələr yer almır. Vaksinin hər bir komponenti 3 mərhələdə test edilib. Bu günə qədər vaksinlə bağlı heç bir mənfi nəticə əldə edilməyib. Yəni vaksinlərin tərkiblərində bir qədər fərq var, onun hansı ölkədə istehsal olunmasının heç bir fərqi yoxdur. Hesab edirəm ki, Çinin istehsal etdiyi "CoronaVac” vaksini mövcud beş vaksin arasında ən yaxşılarından biridir. Ümumiyyətlə, bütün vaksinlərin öz təsiri var, əgər belə olmasaydı onlar istehsal olunmazdı. Beləliklə, "”CoronaVac" vaksini Çində istehsal olunduğu üçün o qədər də keyfiyyətli deyil" fikri çox yanlışdır. Məlum olduğu kimi,  Çin dünya ölkələri arasında iqtisadiyyatı inkişaf etmiş ən güclü ölkələrdən biridir. Məqsəd vaksinin təsiridir. Hətta Türkiyədə də bu vaksindən istifadə olunur. Bildiyiniz kimi, Türkiyədə bir neçə vaksin sınaqdan çıxarılıb və sonda "CoronaVac” vaksininin üzərində dayanıblar.  Başqa vaksinləri almaq istəməyimiz onunla bağlı deyil ki, Çin vaksini keyfiyyətsizdir. Sadəcə, bütün ölkəni əhatə etmək üçün məcburən digər firmaların da vaksinlərinə ehtiyac duyulacaq. Çünki vaksini istehsal edən şirkətlər bunu müəyyən say əsasında hazırlayır. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri bacardıqları qədər çoxlu sayda vaksin alıb, bütün ölkə əhalisini vaksin etdirmək istəyir. Əminəm ki, necə ki, Azərbaycan dünyada vaksinasiya prosesi başlayan zaman çox qısa bir müddət ərzində bu prosesə start verdi, eləcə də bu məsələnin öhdəsindən tezliklə gələcək. Biz inkişaf etmiş, yeni sənaye ölkəsi olmasaq da vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındayıq. Necə başlamışıqsa, sonrakı proseslər də o cür idarə olunacaq.  Beləliklə, hesab edirəm ki, əlavə vaksinlərin ölkəmizə gətirilməsinin ləngidilməsi problemlərə səbəb olmayacaq, bu məsələ də lazımi qaydada tənzimlənəcək".
 
 
İlham Bayramov
 
İnfeksionist İlham Bayramov da ölkədə koronavirusla bağlı mövcud vəziyyəti stabil dəyərləndirdiyini bildirdi: "Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara riayət etsək, vəziyyət daha da yaxşılaşa bilər. Həmçinin gün ərzində açıq havada çox olmaq, qidaya diqqət etmək çox önəmlidir. Doğrudur, ötən gün gündəlik yoluxma sayı 300 nəfərə çatmışdı. Lakin bu say o qədər də çox deyil. Əgər yoluxma sayı 4000 nəfərə çatarsa, bu zaman sərt karantin rejimi ola bilər. Lakin vəziyyətin bu həddə çatacağını ehtimal etmirəm.  Müşahidələrim əsasında onu deyə bilərəm ki, indi koronavirusa yoluxma olsa da, kliniki çox yüngül keçirilir. Hər halda, edilən müraciətlərdən bunu görürük. Son zamanlar, ümumiyyətlə, müraciət edənlərin də sayı xeyli azalıb. Daha bir məsələ, indi koronavirusun simptomları əsasən mədə-bağırsaqda  özünü göstərməyə başlayıb”.(musavat.com)

Fuad Qarayev
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.
 
Bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.
 
Belə ki, əmrə əsasən Qarayev Fuad Firdovsi oğlu Dövlət Agentliyinin Aparat rəhbəri təyin olunub.
 
F.Qarayev daha əvvəl Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri olub. 
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 116 216 657 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
 
Virusdan 2 581 649 xəstə ölüb, 91 884 276 nəfər sağalıb.
 
Avropada 34 664 874, Şimali Amerikada 33 890 918, Asiyada 25 313 065, Cənubi Amerikada 18 329 295, Afrikada isə 3 966 393 nəfərdə koronavirus aşkarlanıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 526 086 nəfər), Hindistan (11 173 572 nəfər), Braziliya (10 796 506), Rusiya (4 290 135 nəfər) və Böyük Britaniyadır (4 201 358 nəfər).
 
Türkiyədə 2 746 158, İranda 1 665 103, Gürcüstanda 271 872, Ermənistanda isə 173 307 nəfərdə koronavirus müəyyən edilib.
 
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (87 823 nəfər), İranda (60 431 nəfər) və Türkiyədədir (28 839 nəfər).
 
Azərbaycanda koronavirusa yoluxan 235 647 nəfərin 3 232-si ölüb, 229 267-si sağalıb.
Dünyanın ən ağılsız adamı kimdir?..
Həzrət İsa (ə) buyurur: "Mən xəstələri müalicə etmişəm və onlara şəfa vermişəm, anadangəlmə korları Allahın izni ilə müalicə etmişəm. Ölüləri diriltmişəm. Ancaq axmaq insanı islah və müalicə edə bilməmişəm”.
 
 
 
Soruşurlar ki, "Ya Ruhullah! Ən axmaq kimdir?”.
 
 
 
Buyurur: "Özünü bəyənən və xudbin insandır ki, hər bir fəzilət və üstünlüyü özündən bilər. Hər cür haqqı hər bir yerdə özünə nisbət verər. Başqalarına heç cür ehtiram göstərməz. Bu cür axmaq insan heç bir zaman müalicə və islah olunan deyildir”. 
Axtarış
Xəbər lenti
Reklam