Yuxusuzluğu olan insanların təxminən 10 il sonra insult riski ilə qarşı-qarşıya qala biləcəyi müəyyən edilmişdir. "Medpage Today"in xəbərinə görə, "Neurology" elmi jurnalında dərc olunan araşdırma çərçivəsində 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib. Orta yaş həddi 61 olan tədqiqat qrupunda olan insanların 57 faizi qadınlardır. Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırmasının (HRS) məlumatlarından istifadə edən Doktor Vendemi Savadoqo və onun komandası yuxusuzluq simptomlarını insult riski ilə əlaqələndirib. Virciniya Birlik Universitetindən Savadoqonun əldə etdiyi məlumatlar yuxusuzluğu olmayan insanlarla müqayisədə "yüngül" və "ağır" yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib. Savadoqo şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.


Oynaqlar bədənimizin əsas hərəkət mənbəyidir. Diz oynağının artrozu yaşla və ya zədələrlə bağlıdır.

Məhz bu səbəblərdən içəridəki sümüklərin birləşməsini əhatə edən qığırdaq toxuması tədricən parçalanmağa başlayır.

"Medicina” xəbər verir ki, ortoped İvan Rassoxinin sözlərinə görə, dizlərdə xırçıltı, şaqqıltı olması patoloji proseslərin baş verdiyi bir siqnaldır.
Bunun bir neçə səbəbi var:

Plostoskopya – yastıpəncəlilik

Adətən. bu cür pəncə formasına malik olanlar hərbi xidmətə yararsız hesab edilir.


Melanoma- dəri xərçəngi riski daşıyan, birdən dəyişməyə başlayan yeni və ya köhnə xallardır.

"Medicina” xallarda diqqət yetirilməli məqamları təqdim edir:

1. Asimmetriya - əksər melanomalar adi, yuvarlaq və ya oval xallardan fərqli olaraq, asimmetrik formadadır. Əgər zehni olaraq. bir melanomanın ortasından bir xətt çəksəniz, hər iki tərəfi uyğun gəlməyəcək.

"Medicina” xallarda diqqət yetirilməli məqamları təqdim edir:


Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyanı soyuducu su ilə təmin edən Xerson bölgəsindəki Nova Kaxovka bəndinə edilən hücumdan və bəndin dağılmasından sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

Bu, Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2023-cü il üçün "Böyük elektrik stansiyasında partlayış baş verə bilər” proqnozunu yada saldı.

Covid-19 epidemiyası, 11 sentyabr hücumları, Şahzadə Diananın ölümü və ölməzdən əvvəl Çernobıl fəlakəti kimi hadisələrlə bağlı açıqlamalar verən Baba Vanqa 2023-cü il üçün nüvə fəlakəti də proqnozlaşdırıb.


O, nüvə partlayışının ola biləcəyini proqnozlaşdırıb

1996-cı ildə 75 yaşında vəfat edən Bolqarıstan peyğəmbəri Baba Vanqanın keçmiş açıqlamalarını araşdıran mütəxəssislər məşhur kahin 2023-cü ildə böyük bir atom elektrik stansiyasında partlayacağını bildiriblər.

İndiyə qədər söylədiyi hər şey gerçəkləşdi! Baba Vanqanın 2023-cü il peyğəmbərliyi də reallaşırmı?

Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində dünən kritik bir hadisə yaşandı və Ukraynanın cənubundakı Xerson bölgəsindəki əsas bəndlərdən biri olan Nova Kaxovka bəndinə hücum edildi. Bölgədəki suyun səviyyəsi qeyri-adi həddə çatdığı üçün bənd Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya üçün soyuducu su verirdi. Bənd dağıldıqdan sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

1999-cu ilin avqustunda Baba Vanqanın "Kursk suda qalacaq və bütün dünya ağlayacaq” bəyanatlarından az sonra Rusiyanın "Kursk” nüvə sualtı qayığı batmışdı.

Tərcümə: Aynurə Məcidova


Alimlər siqareti tərgitməyin psixi sağlamlığa yaxşı təsir etdiyini açıqlayıb.  24 həftə siqaretdən istifadə edilmədikdə ondan asılı olan şəxslərin psixologiyasında yaxşı dərəcədə dəyişikliklər görülüb. Araşdırmalar 2011-ci ildən 2015-ci ilə qədər olan dövrdə siqaretin mənfi təsirlərini qiymətləndirmək üçün 4260 iştirakçını əhatə edən randomizə edilmiş klinik sınaqdan əldə edilən məlumatlardan istifadə edilib. Tədqiqatda iştirak edən şəxslərin təxminən yarısında psixi xəstəlik keçmişi var idi. Mütəxəssislər 9-24 həftə ərzində siqaretdən imtinanın təsirini araşdırıblar. Siqareti tərk etməzdən əvvəl və sonra iştirakçılardan psixi sağlamlıqla bağlı sualların daxil olduğu anketləri doldurmaları istənilib. Xüsusilə, narahatlıq və depressiya ölçüləri 0-dan 21-ə qədər olan klinik reytinq şkalası ilə ölçülüb. Nümunə arasında ilkin orta bal narahatlıq üçün 4,25 və depressiya üçün 2,44 olub. Siqareti buraxdıqdan 24 həftə sonra xəstələrdə simptomlarda əhəmiyyətli bir yaxşılaşma müşahidə olunub. Demoqrafik göstəricilərə və əsas dəyişənlərə düzəliş etdikdən sonra, siqareti dayandırmaq siqaret çəkməyə davam edən qrupla müqayisədə həm narahatlıq (mənfi 0,4 bal), həm də depressiya (mənfi 0,47 bal) azalması ilə əlaqələndirilib.


Endokrinoloq Zuxra Pavlova şirniyyata olan həvəsi azaltmağın yollarını açıqlayıb.Endokrinoloq bildirir ki, ən sadə, lakin ən təsirli yol yaxşı və adekvat yuxudur. Onun sözlərinə görə, yuxu ən azı 7-8 saat olmalıdır: Onun sözlərinə görə, yuxu ən azı 7-8 saat olmalıdır: "Eyni zamanda saat 23:00-dan gec olmayaraq yatmaq lazımdır. Şirniyyatdan imtina etmək üçün onu mövsümi meyvələrlə əvəz etmək lazımdır. Səhər yeməyi və ya nahardan sonra çiyələk və digər meyvələri yeyə bilərsiniz. Şirin bir şey yemək istəyi dözülməz hala gəlirsə, sadəcə tünd şokolad yemək lazımdır. Şirin çay və qəhvə də içməməlisiniz.


IQ-sü yüksək olan insanlar adi insanlardan fərqli xüsusiyyətlərə malikdirlər. Onlardan bəziləri sizin üçün maraqlı ola bilər.ağıllı insanların bir neçə vərdişini tərtib edib. Beləliklə, başlayaq! Yüksək yumor hissi Ağıllı insanlar hər hansı məclisdə lətifə danışaraq insanları güldürməzlər. Hər kəsin başa düşə bilməyəcəyi ağıllı zarafatlar edirlər. Müşahidə etmək bacarıqları Ağıllı insanlar hər hansı bir durumda bütün detalların sürətlə fərqinə varır və analiz edirlər. Keçmişdən dərs Ağıllı insanların həyatında "Kaş ki" ifadəsinə yer yoxdur. Yaşadıqları hər hadisədən nəticə çıxarmaq bacarıqlarına malikdirlər. Gördükləri işlərdə ya qazanırlar, ya da öyrənirlər, amma əsla uduzmurlar. Açıq fikirlilik Keyfiyyətli məsləhətləri həm dinləyir, həm də dinləməyi bacarırlar. Deyilənlərdən sadəcə paylarına düşəni götürürlər, yəni filterdən keçirirlər. Neqativ düşünməyə vaxt yoxdur! Onlar üçün zaman qiymətlidir. Vaxtlarını kiminsə haqqında pis danışmağa, dedi-qoduya xərcləmirlər.
İsrar etmir və sizə əsla "Sifət etmirlər". Sona qədər düşüncələrinin arxasında dayanırlar və bu fikri müzakirə etməyə həmişə açıqdılar. Heç vaxt ünsiyyətdən qaçmırlar. Təcrid olmağı bacarırlar Özlərini dinləmək istədikdə, asanlıqla daxili səslərini eşidə və özlərinə təslim ola bilirlər. Narahatlıq Bəzən narahatlıq hissini çətinliklə idarə edirlər. Çünki hadisələrə bütöv bir mənzərədən baxır və hər ehtimalı nəzərə alırlar. Təkliyi sevirlər Tək vaxt keçirməkdən zövq alırlar. Təkbaşına kinoteatra getməyə və kafedə oturmağa çəkinmirlər. Hər hansı bir asılılıqları var Bu, onların neqativ adlandıra biləcəyimiz xüsusiyyətlərindən biridir. Asılılığa meyllidirlər. Mütalicə sevgisi Hər kitabı oxumazlar, işlərinə yarayacaq kitabları oxuyub təhlil edərlər. Bir kitabı, adətən sona qədər oxumurlar. Nəzərdən keçirib, ancaq bəzi yerlərini oxuyub nəticə çıxarırlar. Bilirlər ki, ehtiyac duyduqları cümləni hardan tapmaq olar. 


Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər.

Bunu somnoloq Yelena Tsareva "news.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətta yuxu apnesinin (yuxu zamanı tənəffüsün orta hesabla 20-30 saniyə dayanması – Red) olmasının göstəricisi ola bilər.

 

"Bir şeyi də qeyd etmək istərdim ki, yuxu problemləri insanda yaşa görə də yaranır. Məsələ burasındadır ki, sağlam yuxunu təmin edən melatonin hormonu yaşlılarda azalır. Bu səbəbdən yaşlı insanların çoxu oyaq yatır”. (Report.az)



Mədə-bağırsaq traktının bir çox xəstəliklərində, xüsusilə xroniki mərhələdə fiziki fəaliyyət əks- göstərişdir.

Qastroenteroloq İlya Nevzorovun sözlərinə görə, idmandan sonra hətta xəstəxanaya yerləşdirilməyə səbəb olacaq üç xəstəlik var.

"Medicina” xəbər verir ki, qastroenteroloq İlya Nevzorovun sözlərinə görə, idmandan sonra hətta xəstəxanaya yerləşdirilməyə səbəb olacaq üç xəstəlik var.


Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar aksiya keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində aksiya keçirilib.

Maarifləndirici tədbirdə bildirilib ki, bu xəstəlik bütün dünyada qeyri-infeksion xəstəliklər sırasında liderlik mövqeyini qorumaqdadır.

Maarifləndirici tədbirdə bildirilib ki, bu xəstəlik bütün dünyada qeyri-infeksion xəstəliklər sırasında liderlik mövqeyini qorumaqdadır.

Aksiyanın əsas məqsədi insanların öz sağlamlıqlarına diqqətini yönəltmək, xəstəliklə mübarizə aparılması üçün əhalini maarifləndirərək arterial təzyiqi nəzarətdə saxlamağa, sağlam həyat tərzi aparmağa sövq etməkdir. Arterial hipertenziya ilə yanaşı, artıq çəki və piylənmənin profilaktikası, diaqnostika və müalicəsinə dair maarifləndirici işlər aparılıb.

Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb.
Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib. Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.


Axtarış
Xəbər lenti
Reklam