Hazırda su qiymətinə olan milli simvolumuz nar bir çox dünya xalqlarının axtardığı, daha baha aldığı bir nemətdir.

Qabığından tutmuş tumuna kimi faydalı olan narın daha bir xüsusiyyəti elmi sübut olunub.

Şotlandiyada keçirilən tədqiqatda 58 kişi üzərində narın təsiri sınanıb.

Təcrübədə kişilər hər gün 2 stəkan nar şirəsi qəbul ediblər.

2 həftədən sonra onlardan analiz götürülüb.

Qanda əsas kişi hormonu olan testosteronun əsaslı şəkildə artması qeyd olunub. Eləcə də kişilər nar suyundan sonra seksual fəaliyyətin də qənaətbəxş olduğunu bildiriblər.

Alimlər əminliklə bu meyvəni "Viaqra” kimi cinsi istəyi artıran maddənin əvəzləyicisi hesab edirlər.
Nar qadınlara da eyni təsir edir. (medicina.az)

 
 


 

30 yaşından sonra əksəriyyət azərbaycanlı kişilərin qan analizində xolesterinin miqdarı çox çıxır. Məlumatlara görə, İran və Türkiyə həkimləri pasiyent Azərbaycandan gəlibsə, onu mütləq xolesterin analizinə göndərirlər. Çünki əmindirlər ki, xolesterinin miqdarı yüksəkdir və orqanizmindəki problem bununla əlaqədar ola bilər.

Bəs niyə 30-35 yaşdan sonra azərbaycanlıların qanı xolesterinlə dolur? Vaxtında qanında xolesterinin səviyyəsini ölçdürməyənləri nə gözləyir?

Moderator.az medicina.az-a istinadən oxucuları xolesterin, onun fəsadları, qandakı miqdarını necə azaltma yolları ilə ətraflı tanış edir.


Xolesterin nədir?


Orqanizmdə vacib olan lipidlərin, yəni yağanbənzər maddələrin bir növüdür. Hər insanda var. Sadəcə normasında olması vacibdir. Son zamanlar ekologiya, yemək, stress və zərərli vərdişlər səbəbindən qanda xolesterinin səviyyəsini ölçdürmək geniş yayılıb.


Xolesterin orqanizmdə bir çox biokimyəvi proseslərin, həmçinin cinsi hormonların sintezində mühüm rol oynayır. Xolesterinin azlığı da insan üçün təhlükəlidir. Xolesterin hüceyrələr üçün tikinti materialıdır. O, erotrositlərin tərkibində çoxdur. Eləcə də baş beyin və qaraciyərdə də yerləşir. Xolesterin mədə şirəsinin tərkibini təşkil edir, D vitaminini sintez edir və immunitetin möhkəm olmasına cavabdeh fermentdir.


Kimyəvi tərkibinə görə piy, yağ və spirtə yaxındır. Loru dillə desək, yağlı spirtdir. Bir növ öd şirəsinə də oxşayır. Xolesterin sözü də burdan götürülüb: "bərk öd” deməkdir.

Yaxşı və pis xolesterin


Xolesterin 2 tipdə olur: alfa ve beta. Hər ikisi qanda normal səviyyədə olmalıdır. Birinci tip alfa - yaxşı, ikinci tip isə pis, zərərli xolesterin hesab olunur. Pis xolesterin-lipoproteinlər damarların divarına yapışıb qalınlaşdırır və tıxanıqlıq yaradır. Məhz burdan ateroskeroz – damar tutulmaları başlayır. Damar tıxananda isə gələcəkdə insult, infarkt, işemik xəstəliklər qaçılmazdır.


Xolesterinin böyük hissəsi elə insanın daxilində, qaraciyərdə sintez olunur. Çox az hissəsi isə xaricdən – qida ilə daxil olur. Yəni, xolesterinin miqdarına, sintezinə, dövranına qaraciyər cavabdehdir.

Əgər insanın qaraciyəri pis xolesterini çox yığırsa, xolesterini normaya sala bilmirsə, bu zərərli miqdarın üzərinə insanın qida ilə daxil etdiyi xolesterin də gəlir, beləcə qanda pis xolesterin, eləcə də ümumi xolesterinin miqdarı normasından artıq olmağa başlayır.


Hər bir insan yaşına görə qanında xolesterin normasını bilməli və ildə 2 dəfə onu yoxlamalıdır.


Xolesterin çoxluğunun əlamətləri:

İnsanın əhval-ruhiyyəsində və ümumi halında özünü göstərir:

gözdə sıxılma, görmənin zəifləməsi,

yorğunluq, baş ağrısı,

başgicəllənmə,

yuxu, cinsi istəyin azalması,

qadınlarda libidin azalması,

depressiya,

ayaqlarda ağırlıq.


Xolesterin norması


İnsanın cinsiyyəti və yaşına görə dəyişir. Hər növ xolesterin üçün ayrıca norma təyin olunub. Normadan az olsa da zərərlidir, çox olsa da. Normadan həddən artıq çox olması vəziyyətin getdikcə kritikləşdiyini göstərir.


Ümumi xolesterin üçün norma 5 mmol/litrdir, pis xolesterin üçünsə 4mmol/litr.


Yaş artdıqca və müəyyən xəstəliklər səbəbindən qanda xolesterinin miqdarı artır. Qadınlar üçün norma kişilərdən yüksəkdir. Amma qadınlar pis xolesterindən daha az əziyyət çəkir, nəinki kişilər.


Nəzərə almaq lazımdır ki, bəzi qalxanabənzər vəz problemləri zamanı, hamiləlikdə və soyuq fəsillərdə qanda xolesterinin səviyyəsi bir azca dəyişir. Asiyalıların avropalılara nisbətən xolesterini daha çox olur. Bu da etnik coğrafi səbəblərdəndir.


Bu xəstəliklərdə xolesterin normadan yüksək olur:


-Qaraciyər-böyrək xəstəlikləri

-Xolestaz-öd durğunluğu

-Pankreatit

-Qirke xəstəliyi

-Piylənmə, artıq çəki

-Şəkərli dibet

-Podaqra

-Alkoqolizm

-İrsi genetik faktorlar


Kimlər risk altındadır ?


-40 yaşdan sonra kişilər

-Menopauza dövründə qadınlar

-Diabet xəstələri

-İnfarkt və insult keçirənlər

-Oturaq həyat tərzi keçirənlər

-Spirtli içki qəbul edənlər

-Siqaret çəkənlər

-Daima stress altında olanlar


Pis xolesterini artıran qidalar:


-Piy, yağ, kərə yağı, heyvan mənşəli yağlar

-Yumurta

-Xama

-Pendir

-Çörək

-Pivə

-Qızardılmış yeməklər

-Fast food

Qanda xolesterinin miqdarı kritik həddi keçərsə, xəstənin vəziyyətinə görə həkim tez nəticə almaq üçün xolesterini blok edən dərmanlar təyin edir. Bunlardan: Atorvastatin, Simvastatin, Lovostatin, Nikotin turşusu və s. var. Lakin dərmanı həkim göstərişi olmadan, özbaşına qəbul etmək olmaz.


Bəzən qan analizində xolesterinin normadan az olması üzə çıxır. Bu da orqanizmin işini pozur. Xolesterin yetməzliyi hüceyrələrin aclığına səbəb olur, sinir sistemi, beyin zəifləyir, depressiya yaranır.


Xolesterinin miqdarını kəskin azaldan səbəblər:

- Bir müddət ac qalmaq

-Kaxeksiya

-Hiperterioz

-Sepsis

-Yanıqlar

-Qaraciyərin ağır xəstəlikləri

-Vərəm

-Qanazlığı, anemiya

-Talassemiya

-Bəzi dərmanların təsiri


Bu zaman xolesterini artıran dərmanlar təyin olunur, həmçinin yumurta, pendir, qaraciyər qidaya əlavə olunur.


Xolesterini azaltmaq üçün:
 
Xolesterini azaltmaq üçün:

İlk növbədə 3 zərərli vərdişdən imtina etməlisiz: içki, siqaret, hərəkətsizlik. Daha sonra qida rasionunu dəyişməlisiz.

Pis xolesterini qovmaq üçün fiziki yükü artırmaq lazımdır. İdman, qaçış, üzgüçülük vacibdir.


Xolesterini qovan məşhur ərzaqlar:


-Yalnız bitki yağlarından istifadə olunmalı, xüsusən kətan toxumu və zeytun yağı

-Sarımsağı bol qəbul etməli, o, qandan xolesterini qovur. Hər gün 3 diş çiy sarımsaq yeyilməlidir.

-Hər gün 2 litr su və yalnız yaşıl çay içilməli

-İtburnu dəmləməsi qəbul edilməli

-Zəncəfil çayı və zəncəfilin özü – təzə kökü, tozu

-Paxlaları çoxaltmalı – sutkaya 50 qr hər hansı paxlalı yemək lazımdır.

-Gündəlik 500 qram olmaqla təzə tərəvəz və meyvələrdən salatlar yeyilməlidir. Xüsusən sitrus meyvələri – portağal, kivi, limon və s. bol olmalıdır

- Göyərti- ispanaq, salat, rukkola qida rasionuna daxil edilməlidir.

 
 


 

Hələ işğaldan əvvəl təkcə Kəlbəcər rayonunda 34 yeraltı faydalı qazıntı yatağı olub. Bu rayonun ərazisində təsdiq olunan yataqlarda 143 ton qızıl ehtiyatı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcərdə hasil edilən qızıl xarici ölkələrə satılıb. 

Kəlbəcər həm də su ehtiyatlarına görə ən zəngin rayonlardan biridir. Ərazisində dünyaca məhşur bir neçə mineral su hövzələri yerləşir ki, bunların da müalicəvi əhəmiyyəti var. Ancaq erməni silahlı birləşmələri işğal müddətində bu su hövzələrinə ciddi ziyan vurub.

İşğaldan azad olunan ərazilərdəki və Kəlbəcər rayonundakı mövcud ehtiyatlar yenidən öyrəniləcək. Bütün yeraltı, yerüstü sular üzrə vurulan ziyan hesablanacaq. Artıq bununla bağlı yol xəritəsi də hazırlanıb.

 

 
 
 

 
 


 

Orqanizmin qəfildən hansısa qidanı istəməsi müəyyən siqnalalr, çatışmazlıqlardan xəbər verə bilər.
Məsələn, qəfildən şirniyyat, duzlu, şoraba istəyi boşuna deyil.

Bəs birdən –birə soğan, sarımsağa "hücum " etməyin səbəbi nədir.
 
Medicina.az xəbər verir ki, ürəyə dəhşətli dərəcədə sarımsaq düşməyin aşağıdakı səbəbləri ola bilər.

- Parazitlər, qurdlar

Helmintozun profilaktikası üçün soğan sarımsaq əvəzsizdir.
İş ondadır ki, məhz bu tərəvəz öd kisəsini qıcıqlandırıraraq, çoxlu öd ifraz etməyə səbəb olur.
Öd isə bağırsaqda parazitləri öldürür.

Orqanizm qurdlarla baş edə bilməyəndə, beyinə soğan sarımsaq siqnalı göndərir ki, insan sarımsaq yeməklə qurdlarla mübarizə mexanimizmini işə salsın

- Qrip, virus

Əgər qəfildən soğan sarımaq yemək istəyi gələrkən, bir iki gün sonra boğaz, burunun qıcıqlanması da baş verərsə heç də təəccüblənməyin.

Deməli orqanizmə hansısa virus daxil olub və orqanizm instiktiv olaraq mübarizə üçün acı qida tələb edir. Çünki acılı qida iltihabla mübarizə aparır, burunda və boğazda yığılan selikli yığıntını tez bədəndən çxarır.

- Stres, yorğunluq və depressiya

İnsanın əhvalı pis olduqda və stresli vəziyyətdə də orqanizm acılı, tünd qida tələb edir. Soğan, sarımsaq və ədviyyatlarda olan maddə endorfin sintezini aktivləşdirir, bu da sinir sisteminə müsbət təsir edir

Bütün bunları nəzərə alaraq, ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida, sarımsaq axtardığı zaman bunu təxirə salmayın, mütləq yeyin.


 
 


İnsanların açıq havada tibbi maskalardan istifadə etməsi çox ağır fəsadlarla nəticələnəcəkdir. 


Xatırladaq ki, tibbi maskalar nə qapalı sahələrdə, nə də açıq sahələrdə heç bir qoruyucu effektə malik deyildir, elə bir infeksion xəstəkik yoxdur ki, tibbi maska vasitəsilə ondan qorunmaq mümkün olsun. Tibbi maskanın açıq havada taxılması ağciyərlərdən xaric olunmalı olan karbon qazının qarşısını kəsir, nəfəsalma zamanı bu zəhərli, orqanizm üçün artıq zərərli olan qaz yenidən daha böyuk həcmdə ağciyərlərə daxil olur, ağciyərlərin ventilyasitası pozulur, tənəffüs yollarında təbii halda olan mikroblar sürətlə artıb çoxalmağa başlayır, nəticədə ağciyərlərin iltihabı-pnevmoniya inkişaf edir və belə pnevmoniyalar çox ağır keçir, bəzən müalicəyə tabe olmur. Yanaşı xəstəlikləri olan insanlar: şəkərli duabet, ürək-damar xəstəlikləri, bronxial astma, hipertoniya, revmatizm, podaqra-bu «maska pnevmoniyasından» sağalmaları çox çətin problemə çevirir. Maska maneəsi səbəbindən çoxlu miqdarda karbon qazının ağciyərlərə daxil olması qanı qatılaşdırır, nəticədə tromboemboliya-qan damarları mənfəzinin qan laxtası ilə tutulması baş verir ki, bu da böyuklərdə və uşaqlarda qəfləti ölümün yaranmasına səbəb olur. Açıq havada maska taxan adamlarda çox asanlıqla vərəm prosesi inkişaf edir. Tibbi maskalardan, xüsusən də müntəzəm istifadə edilməsi orqanizmin bütün fizioloji mexanizmlərini pozur, əmək qabiliyyətini heçə endirir.Tibbi maska virusları tutub saxlamaq qabilləyyətinə nəinki malik deyildir, hətta özü çox asanlıqla müxtəlif xəstəliklər törədir. Tibbi maska yalnız insanlarda itaətlilik tərbiyə etmək üçün qlobal dünyəvi siyasətin tətbiq etdiyi bir vasitədir. Bu vaxta qədər koronovirus pnevmoniyası altında insanlara təqdim olunan ağır keçən pnevmoniyalar əslində maska pnevmoniyalarıdır. Sosial distansiya və maska qlobal dünyada həyata keçirilən koronavirus oyununun mühüm komponentləridir. 

Epidemioloqlar, virusoloqlar, infeksionistlər susur, onlar düşünmürlər ki, həqiqət onlarsız yaşayacaq, onlar həqiqətsiz yaşaya biləcəklərmi? Bu adamlar nə vaxta qədər sifarişlə müxtəlif yalanlar danışıb, hansısa psixiatrik müalicəxanalarda vaxt keçirmiş, dünyanı dəyişmək istəyən proqramistlərin sözlərini, göstərişlərini yerinə yetirəcəklər? Bu vaxta qədər danışılan yalanlar bəs deyildimi, indi də açıq havada maska taxdırıb insanları məhv etmək istəyirlər? Azərbaycanda heç vaxt epidemiya kriteriləri olmamışdır. Bu adamlar sanki, epidemiyanın nə olduğunu bilmirlər, yoxsa bilirlər, özlərini bilməməzliyə qoyurlar?!!! Epidemiya-əhalinin 5% və ya ondan artıq hissəsinin müəyyın infeksion xəstəliyə tutulmasına deyilir. Azərbaycanda heç vaxt bu sayda xəstə olmamışdır, heç indi də yoxdur. Epidemiya zamanı "0" pasienti və resipient olmalıdır, bunlar da heç vaxt olnamışdır. Bəs bu adı var, özü yox epidemiya hansı kriterilərlə elan olunmuşdur? Nə vaxta qədər bu əhalinin nadanlığından istifadə edib operativ qərargah bizim məhvimiz üzrə olan prosesi durmadan, okeanın o tayından olan göstərişlərlə həyata keçirəcəkdir???? Nəzərə çatdırmaq istərdim ki, yuxarıda göstərilən butun elmi məlumatlar dünya-Avropa və Rusiya epidemioloqlarının və infeksionistlərinin tədqiqatlarına əsaslanır və tam sübuta yetirilmişdir. 

Abdulla Şıxlinski, həkim-psixiatr,

 
 


 

Rusiyanın tanınmış dietoloqu Marina Makişa orqanizmin immunitetini gücləndirmək üçün qışda hansı vitaminlərdən istifadə olunması və hansı qidalara diqqət yetirilməsi zəruriliyindən danışıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qida rasionuna tərkibində zülalın yüksək olduğu məhsulları, məsələn əti, balığı, yumurtanı yetərli sayda əlavə etməyin əhəmiyyətli olduğunu deyib.

"Rasionda zülalın çatışmazlığı immunitetin azalmasına gətirib çıxara bilər. Buna görə onu xüsusilə respirator-virus xəstəlikləri dövründə xatırlayırıq və unutmuruq", - o "Zvezda" telekanalına deyib.

Dietoloq həmçinin vitaminlərin və antioksidləşdiricilərin əsas mənbəyi olan meyvələri, giləmeyvələri və tərəvəzləri məsləhət görüb.

Qışda həmçinin diqqəti turşuya qoyulmuş kələmə yönəltmək lazımdır, çünki onda bağırsaqların mikroflorasına və immun sisteminə müsbət təsir edən C vitamini var.

Bundan başqa, rasiona mütləq D vitaminini daxil etməyə dəyər. Çünki günəşli günlərin sayı azalır və bu vitaminin çatışmazlığını aradan qaldırmaq lazımdır. Ancaq bundan əvvəl orqanizmdə D vitamininin miqdarını bilmək üçün analizlər vermək lazımdır.

Həkim depressiya simptomlarının meydana çıxması halında rasiona B6 maqneziumunu əlavə etməyi məsləhət görüb.

Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluqla bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Əziz oxucular!

"aztv.news”  və "qaynar-xett.az” informasiya xəbər portallarının baş direktorları Seymur Məmmədov və Zaur Əhmədov Kürdəmir Suvarma Sistemləri İdarəsində olublar. Lakin sözgedən idarənin rəisi Rövşən Xələfov özünün qeyri-peşəkarlığı və aqressivliyi ilə hər iki jurnalisti qapıdan içəri buraxdırmayıb. Belə ki, özünün bu əməlinə bəraət kimi bu fikirləri səsləndirməkdən də çəkinməyib: "Jurnalist kimdir ki, ona kim səlahiyyət verib ki, gəlib məni – idarə rəisini soröu-suala çəkə?..”

Hörmətli Rövşən Xələfov!

Qısa xatırlatma ilə diqqətinizə  çatdırırıq:

Jurnalist cəmiyyətdə baş verən hadisələri, hüquqları pozulmuş vətəndaşların problemlərini işıqlandırmağa, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışır. İstənilən məmurun da vəzifə borcu medianın, vətəndaşların haqqı olan bütün bilgiləri topluma açıqlamaqdır.

Özü normal ünsiyyət yaratmadığı ünün bu  gün Rövşən Xələfovun rəsi olduğu Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verənləri oxucuların diqqətinə çatdırırıq:

Kürdəmir Suvarma Sistemləri İdarəsində böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu düzgün müəyyən edə bilməyiblər. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Burada su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir.Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Suya qənaət olunması üçün bu işə xarici mütəxəssislər cəlb edilməlidir. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir.

Mövzunu diqqətdə saxlayacağıq…

Qarşı tərəfin də mövqeyini dərc etməyə razıyıq…

"aztv.news” 

Seymur Məmmədov

"Qardaşına olduğu halı ilə döz və çoxlu danlama. Çünki bu iş kin əmələ gətirər”- İmam Əli(ə)
 


 

İnsan ruhunun halı müxtəlifdir. Bəzən sevgi və məhəbbət insan qəlbində qalib olur, bəzən də düşmənçilik. İnsan bir işi görən zaman ya məhəbbətlə onu yerinə yetirər, ya da düşmənçilik ilə. İnsanın ruh hallarından biri də kin və küdurətdir. Bəs kinin yaranmasına hansı amillər səbəb olur?



1. Düçmənçiliklə deyilən sözlər. İnsanda kinin yaranmasına səbəb olan amillərdən biri də düşməncəsinə edilən bəhslərdir. İslam bu cür bəhsləri qadağan etmişdir. Tövsiyə edir ki, bu cür bəhslərdən uzaq olsunlar və kinin yaranmasına şərait yaratmasınlar.



2. Həddən artıq gözləntinin olması. Hədislərimiz buyurur ki, əgər insan mömin qardaşından həddən artıq gözləntidə olsa və o da istədiyi şeyi yerinə yetirməsə, onu məzəmmət etməyə başlayar. Nəticədə məzəmmət olunan insanın qəlbində kin və küdurət meydana gələr. İmam Əli (ə) buyurur: "Qardaşına olduğu halı ilə döz və çoxlu danlama. Çünki bu iş kin əmələ gətirər”.



3. İnsanda bəzi fəzilətli sifətlərin olmaması. O zaman ki, iki nəfər söhbət edər və qarşı tərəf malik olduğu hansısa fəzilətə görə iftixar edərsə və onu eşidən tərəfdə həmin fəzilət olmazsa – istər-istəməz qəlbində həmin şəxsə qarşı kin bəsləməyə başlayar.



4. Qeybət. Qeybət, möminin abrını aradan aparar. Onu qeybət edənin düşməni qərar verər. Nəticədə qeybət edən insan həm Allahı qəzəbləndirər, həm də qeybət olunan tərəfi. İmam Əli (ə) buyurur: "Qeybətdən çəkin. Çünki səbəb olar ki, Allahın və insanların qəzəbində və düşmənçiliyində qərar tutasan”.



5. Başqalarının danışığına irad tutmaq və xırdaçılıq etmək. İnsanların danışığına irad tutmaq – dostluğu aradan aparar. İş o yerə gəlib çatar ki, qarşı tərəf ona düşmənçilk bəsləyər və qəlbində kin yaranar.



6. Mübahisə. İmam Sadiq (ə) buyurur: "Dində mübarizə aparmaqdan (yersiz mübahisələrdən) çəkinin. Çünki qəlbləri Allahı yada salmaqdan saxlayar, nifaqı irs qoyar və düşmənçiliyi dirildər”.



7. Nifrin. Nifrin edən tərəf, qarşı tərəfdə kinin yaranmasına səbəb olar. Hər kim qarşı tərəfə lənət edər və onu nifrin edərsə, onun düşmənçiliyinə səbəb olar və qəlbində kinin yaranmasına şərait yaradar.



8. Söyüş. Söyüş söymək də qarşı tərəfdə kin toxumlarının yaranmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanları söyməyin ki, onların düşmənçiliyini əldə etməyəsiniz”.



9. Məsxərə etmək. Başqalarını məsxərə etmək, qarşı tərəfdə kinin yaranmasına səbəb olar.



10. Tamah. Əgər kiminsə imkanı yaxşıdırsa və insan da hacətini yerinə yetirmək üçün ona ağız açırsa və o, rədd cavabı verirsə, o zaman həmin insanın qəlbində kinin yaranmasına səbəb olacaqdır.

İmam Səccad (ə) buyurur: "Mən bütün xeyirləri onda görürəm ki, gərək insanların əlində olanlardan tamahı çəkəsən”. (Həvzəh)

 
 


 

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə iki azyaşlı lifdə qalıb.

Bununla bağlı ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən azyaşlıların liftdən çıxarılması təmin edilib.

 Bizi xərçəngə yaxınlaşdıran 10 gündəlik vərdiş - Telefon, qaz, qab, yemək...

Türkiyəli həkim Taner Akman müasir dövrdə xərçəng xəstəliyinin çox yayılmasının səbəbləri haqqında geniş araşdırma yazı ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, məqalədə xərçəng xəstəliyi riskini artıran, qidalar, həyat tərzi, hər gün istifadə etdiyimiz texniki vasitələrdən söhbət açılır.

Medicina.az-ın yazdığına görə, məqalənin əsas əhəmiyyəti budur ki, insanların istifadə etdiyi ziyanlı qidaların, əşiyaların təbii əvəzedicilərini də sadalayıb. Yəni insanların təhlükədən qaçmaq üçün kifayət qədər geniş imkanları var.

Türkiyəli həkimin tövsiyələrini təqdim edirik:

- Çoxumuz evdə istifadə etdiyimiz sobaları kondisioner və bu cür ziyanlı elektrik qızdırıcıları ilə əvəz etmişik.

- Demək olar ki, hər birimiz mobil telefonlardan istifadə edir, hətta saatlarla qulağımızda saxlayaraq danışırıq. Amma unuduruq ki, bu telefonlar yüksək radioaktiv şüa ilə zəngindir. Hətta onları yatarkən belə yatağımızın baş ucundan ayırmırıq.

- Həmçinin internetsiz həyat çoxlarımız üçün kabusa çevrilib. Lakin şüa yaymasına görə heç də mobil telefonlardan geri qalmayan Wi-Fi modem ötürücüsünü evlərimizə qədər gətirmişik. Radioaktiv şüa qəbuledicisi olan kompüterləri isə çəkinmədən dizlərimizin üzərindən yerə qoymuruq.

- Neylon, sintetik, naməlum mənşəli materiallı geyimlər, çantalar, sintetik ayaqqabıların istifadəsinə üstünlük veririk. Lakin daha sağlıqlı sayılan pambıq, təmiz lif, kətan kimi materiallardan istifadəni azaltmışıq.

- Yeməklərimizi şüşə və saxsı qablarda bişirmək və saxlamaq əvəzinə, onları polad və tanımadığımız zərərli maddə tərkibli qablarda bişirərək istifadə edirik. Mətbəximizdə insan sağlamlığı üçün zərərli olan plastik, teflon və alüminium kimi materiallardan olan əşyalara üstünlük veririk.

- Evimizin təmizliyi zamanı təbii yağ tərkibli sabunlardan istifadə etmək əvəzinə, zərərli sulu ağardıcı məhsulları seçirik. Daha sonra su buxarlanır və biz nəfəs aldıqca fərqində olmadan ciyərlərimizi xərçəng riski ilə qarşı-qarşıya qoyuruq.

- Qablarımızı yuduğumuz yuyucu vasitələri isə həmin qablardan istifadə zamanı daxilə qəbul etdiyimizdən xəbərsizik. Onların əvəzində təbii sirkə və ya natrium karbonatdan (çay sodası) istifadə etmək olar.

- Təmizlik zamanı diqqət etmədiyimiz hallar geyimlərimizin təmizliyi zamanı da baş verir. Yuyucu və yumşaldıcı maddələrin bədən istiliyi ilə dərimiz vasitəsilə daxilimizə keçir və dəri xərçənginin ən böyük səbəbi olur. Yumşaldıcı əvəzinə alma sirkəsindən istifadə edərək mükəmməl nəticə əldə etmək olar.

-Tərkibində minlərlə kimyəvi maddələr olan şampun və sabunlar alaraq üzümüzü, saçlarımızı və bədənimizi yuyuruq. Amma evdə Natrium Hidroksit (kaustik soda) və zeytun yağını qarışdıraraq öz sabunumuzu düzəldə biləcəyimizin fərqində deyilik.

- Həyatımızı şəkər tozu və şirniyyatsız təsəvvür edə bilmirik . Şəkərsiz çay içmərik. Lakin düyü və çörəyin də tərkibində şəkər olduğunu unuduruq.

- Tərkibində yüksək dozada fruktoza olan meyvələri də çox yeyirik. Amma içində qlükoza (şəkər) və aspartam (qidalarda - geniş istifadə olunan şirin dadlandırıcı) olan qidalar qəbul etmirik.

- Orqanizmə xeyli ziyanlı olan qazlı içkiləri gündəlik istifadə edirik. Onların şəkər və zəhər qarışığı olduğunu çoxumuz bilirik. Bu içkilərin qəbulunda əvvəlcə insulinə müqavimətiniz azladır, daha sonra diabet xəstəliyinə tutuluruq, xeylçəkidə arıqlayır, ancaq içmədən dayana bilmirik.

Bizi xərçəngə yaxınlaşdıran 10 gündəlik vərdiş - Telefon, qaz, qab, yemək...
Axtarış
Xəbər lenti
Reklam