Böyrəklər orqanizmin filtridir. Hər gün böyrəklərdən, demək olar ki, 1700 litr qan keçir.  Həmçinin, 1 litrdən çox sidik keçir ki,  qidalardan ayrılan, orqanizm tərəfindən mənimsənilməyən toksinlər məhz bu yolla bədəndən xaric olunur. 

Bədənimiz elə qurulub ki, daxildəki hər hansı problem haqqında xaricə siqnallar ötürə bilir. Məsələn; böyrək narahatlıqları müxtəlif nahiyələrdəki şişkinliklər vasitəsilə özünü biruzə verir. Əgər səhər yuxudan oyananda  nəyinsə düzgün olmadığını düşünürsünüzsə, ekrana yaxın gəlin.   

ŞAPKA

Əksər hallarda böyrək problemlərinin əsas "günahkarı” sidik turşusu və onun duzlarıdır. Bu maddələrin orqanizmdə hətta normal miqdarda olması belə, bəzən narahatlıq yaradır.  Sidik turşusu və duzları sidik kisəsində daş yaradır, podaqra riskini artırır.  Bu kimi xoşagəlməz hallardan qaçmağın ən bəsit yollarından biri düzgün qidalanmaq, digəri isə lazımi miqdarda maye qəbul etməkdir.

Böyrək problemi yaşayan insanların rasiondan çıxarmalı olduğu qidalar:
Duz. Duz suyu çox tələb edir. Bu sözləri, bəlkə, 100 dəfə eşitmişik. Məhz duz şişkinliklərin səbəbidir. Bundan əlavə, həddən artıq içilən su da, eynən, su qıtlığı kimi, arterial təzyiqi yüksəldir.  Bu, böyrək problemi yaşayan insanın  ürək-damar sisteminin işində də anormallığın meydana gəlmə səbəblərindəndir.

Yağlı/qızardılmış ət.  Burda emala məruz qalmış, hisə verilmiş ətləri də unutmaq olmaz; onlar trans yağlarla zəngindir. Böyrək damarlarında spazmlara yol açan bu cür ət məhsulları, birbaşa böyrəkdəki qan dövranını pozur.

Alkoqollu içkilər. Bu zaman böyrək kanallarında distrofiya yaranması riski ilə üz-üzəyik.

Konservlər.  Tərkibindəki purin sayəsində konservlər podaqra riskini yüksəldir.

İspanaq.  Əsl oksalat mənbəyidir. Sidik turşusunun tərkibində oksalat bol olduğunda  sidik yollarında daş əmələ gəlməsinə səbəb olur.

Böyrəklərin təbii şəkildə təmizlənməsi.

Uşaqlıqdan bəri, bizə deyirlər ki, vitamin və minerallarla zəngin meyvə-təvəzdən yaxşı bədən təmizləyən vasitə yoxdur. Bəs, bu siyahıya nələr daxildir?

Gül kələm. Yüksək miqdarda A, B, C, K vitamininə malik olan gül kələm, eyni zamanda, tərkibindəki antioksidantlar sayəsində böyrək kanallarına xəsarət yetirmək imkanı olan zərərli maddələri neytrallaşdırır.  Gül kələm yeyildikdə, böyrəklərdə baş tutan filtrizasiya prosesi sürətlənir, sidiklə bərabər daha çox toksin bədəndən atılır. Böyrəkdə və ya sidik kisəsində daş olan zaman gül kələm profilaktik məqsədlə xəstənin rasionuna daxil edilir.

Qaragilə. Böyrək ləyənlərində daş əmələ gəlməsinin qarşısını alan qaragilə  böyrək kanallarını xəsarətdən qoruyan antioksidantlarla da zəngindir.  Şəkərli diabet riski ilə üz-üzə olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də qaragilə müalicəvi qidadır.

Yerkökü. Təbii karoten mənbəyidir. A vitamini ilə zəngin olan qidalar siyahısında yerkökü ilə yanaşı, bolqar bibəri,  qulançar da var. Bunlar böyrək problemlərinin kəskinləşməsinə imkan vermir.

Balqabaq. E vitamini mənbəyidir.  Nənələrimiz əbəs yerə çalışmırdılar ki, rasionumuzda balqabaq sıyığı, balqabaq şirəsi, yaxud sobada bişmiş balqabaq olsun.

İtburnu.  Böyük miqdarda C vitamininə malikdir. Ondan hazırlanan məhlul  universal faydalılıq dərəcəsi ilə seçilir. Məhlulu hazırlamaq üçün: 2 xörək qaşığı yetişmiş itburnu meyvəsini 1 stəkan suya qatın, 15 dəq qaynadın. Gündə 2 dəfə ilıq halda için.

Alma və  gavalı. Hər iki meyvə pektin ilə zəngindir. Pektin  həzm sistemindəki toksinləri təmizləyir. Təzə sıxılmış alma şirəsi təkcə böyrəkləri təmizləməklə qalmır, eyni zamanda, öd kisəsinin və qaraciyərin işini normallaşdırır. Bir daha vurğulayıram: məhz təzə sıxılmış alma şirəsi. Mağazalardakı şirələrə istehsalçılar müxtəlif konservantlar qatırlar ki, məhsulun rəf ömrü uzun olsun. Həmçinin, mağazalardakı məhsulun tərkibində şəkər də çoxdur. Bu cür şirələri içmək orqanizmdə turşu-qələvi balansının pozulması ilə nəticələnir.  Təzə sıxılmış alma şirəsini ya yemək zamanı, ya da yeməkdən sonra içmək məsləhətdir.  Acqarına içilən alma şirəsi mədədə müəyyən narahatlıqlara səbəb ola bilər.

Kəpək. B qrupu vitaminlərinə malik olan kəpək  böyrəyin qan dövranını yaxşılaşdırır.

Mərcanı.  Bu giləmeyvə yüksək miqdarda vitamin və faydalı maddələrə  malikdir.  Mərcanı şirəsi sidik  sisteminin funksionallığını artırır,  daş əmələ gəlməsində böyük rol oynayan oksalatların və duzların orqanizmdən xaric edilməsini sürətləndirir. Bir daha vurğulayıram ki, arzuolunan müsbət nəticəni əldə etmək üçün yalnız təzə sıxılmış şirə içmək lazımdır. Əgər evdə şirə hazırlamaq imkanınız yoxdursa, mağazadan almağa məcbursunuzsa, heç olmasa, qabın üstünü oxuyun.  Konservantların və  dadlandırıcıların miqdarı nə qədər az olsa, o qədər yaxşıdır.

 


Şəkidə dostunun evinə qonaq gedən şəhər sakini, 1959-cu il təvəllüdlü İmamverdiyev Şakir Mövlud oğlu yemək yediyi zaman qəflətən halı pisləşib və ölüb.


Evdə adi bir şey internet bağlantısının gücünü 50%-ə qədər azalda bilər.

"WiFi" problemləri çoxsaylı böyük güzgülərin asılması internetin gücünə təsir edə bilər.

Mütəxəssislərin fikrincə, güzgülər nazik metal təbəqədən ibarət olduğu üçün "WiFi" bağlantısını azaldır. Hətta interneti 50%-ə zəiflədə bilir.

Buna görə də, "WiFi" routerinizi böyük güzgünün yanında yerləşdirsəniz, internet sürətinizin yavaş olduğunu və cihazlarınızın internetə qoşulmasında çətinlik çəkdiyini görə bilərsiniz.

Mütəxəssislər "WiFi" cihazını evdəki ofisiniz, yataq otağınız və ya qonaq otağınız kimi ən çox istifadə etdiyiniz yerlərdə yerləşdirməyi tövsiyə edir. Routerlərin böyük güzgülərdən ən azı bir metr məsafə uzaqda olması lazımdır.


Cinsi istəksizlik, insanın cinsi əlaqədə olmaq hissi və ya istəyinin azalması problemidir. Cinsi istəksizlik cinsi fəaliyyətə olan istəyin azalması və ya heç olmaması kimi müəyyən edilə bilər.

Məsələn, həftədə 1 dəfə və ya 10 gündən bir cinsi əlaqə artıq cinsi zəiflik hesab oluna bilər.


kişilərdə cinsi istəksizlik ümumiyyətlə psixoloji faktorlara bağlı olmaqla yanaşı, kişi hormonu testosteron çatışmazlığı nəticəsində də yarana bilər.
Mütəxəssislərin sözlərinə görə, psixoloji səbəblərdən qaynaqlanan cinsi istəksizlik müxtəlif yaşlarda meydana gələ bilər. Bu səbəbdən cinsi istək zaman-zaman azala və ya arta bilər.

Kişilərdə cinsi zəiflik üçün xüsusi yaş qrupu yoxdur. Cinsi istəksizlik çox gənc yaşda da baş verə bilər. Uğursuz ilk təcrübə, əvvəlki cinsi təcrübənin olmaması və ya nikahdan əvvəl narahatlıq səbəbindən yaranır.

Psixoloji təsirlər tez-tez erkən yaşlarda müşahidə edilsə də, kişilərdə cinsi istəksizliyə səbəb olan üzvi problemlər gənc yaşlarda da yaşana bilər.

Beynin hipofiz və hipotalamus bölgəsinin testosteron ifrazına təsir edən xəstəlikləri və ya xayalarda funksional pozğunluqlar hər yaşda baş verə bilər. Halbuki, insanlar arasında çox vaxt səhv olaraq, "andropauza" adlandırılan testosteron çatışmazlığının 50 yaşından sonra yaranması ilə bağlı fikir var.

Kişilərdə estrogen hormonunun artması təbii olaraq cinsi istəksizliyə səbəb ola bilər, çünki testosteron-estrogen balansı pozulur.




Parazitlər insan orqanizmində kök salanda, qidalanmaq üçün orqanizmin qida ehtiyatından faydalanır. İnsan bədənində bu cür parazitlər ən çox həzm sisteminə təsir edir və bağırsaq divarı onların "məskəni”dir. Qurdlar əzələ ağrısından anemiyaya qədər bir sıra ağırlaşmalara səbəb ola bilər.

Həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, qurdların da daxil olduğu bağırsaq parazitləri tualetə getdikdən sonra əllərin düzgün yuyulmaması və gigiyena qaydalarına riayət edilməməsinin nəticəsi ola bilər. Onlar həmçinin ətin az bişməsi və ya yeməkdən əvvəl meyvə- tərəvəzlərin yuyulması nəticəsində də yarana bilər.

Həkim bəzi simptomları açıqlayıb:

Yeməkdən sonra aclıq hissi.

Bağırsaq paraziti olan insanlar yemək yedikdən sonra da aclıq hiss edə bilərlər, çünki parazitlər qida maddələri ilə qidalana bilirlər.


Həzm problemləri və kilo itkisi.

Parazitlər bağırsaqları zədələyə bilər ki, bu da qidanın həzmində və udulmasında problemlər yaradır. Nəticədə, ishal, qarın ağrısı və qida çatışmazlığı ilə yarana bilər.

Qaşınma.

Parazitlər yumurtalarını anus ətrafında qoyur, bu da qaşınma yaradır və təkrar infeksiya şansını artırır. Digər parazitlər allergik reaksiyalara, ekzema kimi dəri problemlərinə səbəb ola bilər.

Anemiya

Qanazlığına parazitlər bir neçə yolla səbəb ola bilər. Məsələn, saçaq qurdlar nazik bağırsağın selikli qişasına yapışıb, ordan qanı sorur, nəticədə qan itkisinə və səbəb olur.(medicina)


Son aylarda dünyada COVİD-19 koronavirusuna qarşı mübarizə məqsədilə tətbiq edilmiş karantin çərçivəsində fəaliyyət göstərən tibb işçilərinin dəqiq iş qrafiki yoxdur.

Həkimlər və tibb bacılarının iş günü ən yaxşı halda 10 saat, əksər hallarda isə 16-18 saat davam edir.

Bəzi həkimlər günlərlə ailə üzvlərini görmürlər.

Bununla bağlı məhdudiyyət və ya yasaq yoxdur. Həkimlərin özləri karantin müəssisəni tərk etmək istəmirlər.

Yardım üçün, həyatları xilas etmək üçün.

Həyat ən dəyərli məhfumdur. İndi o dəyəri qoruyanlar da həkimlərimizdir.

İnsanlar daim həkimlərə ən qiymətli olanı etibar ediblər - öz həyatlarını və sağlamlıqlarını.

Amma tarixdə elə hadisələr olub ki, şəfa verənlər açıq-aşkar cinayətkarlara çevrilib.

Tarixin ən amansız və ağılsız həkimlərinin bir neçəsini qısa icmalla oxuculara təqdim edirik.

Henri Kotton

Amerikalı həkim-psixiatr Henri Kotton XX əsrin başlanğıcında dəfələrlə ağır xəstələri müşahidə edirdi. Yüksək təzyiqi olan pasiyentlər sayıqlayır, onlarda hallüsinasiyalar olurdu. Bu zaman həkim Henri öz əcaib məntiqlini irəli sürdü: o belə qənaətə gəldi ki, psixi xəstəliklərin səbəbi müxtəlif orqanlarda infeksiyaların olması ilə əlaqədardır.

Həkim Henri öz xəstələrinin müalicəsini onların dişlərinin çıxarılması ilə başladı. Məhz dişlərdə, onun düşüncəsinə görə, adətən naxoşluğun səbəbi "gizlənir". Nəticə əldə olunmayanda, cərrah yumurtalıqları, öd kisəsini, dalağı və s. orqanları tədqiq etməyə başlayır. Əgər bu orqanlardan hansısa normadan sapmış olardılarsa, dərhal kəsilirdi. Henri Kotton öz metodunun məhsuldarlığına əmin idi. Onun sözlərinə görə, xəstələrin 85 %-i sağalırdı.

Amma həqiqət onun tərəfində deyildi: belə "müalicədən" sonra əksər pasiyentlər ölürdülər. 1907-1930-cu illərdə, həkim Henrinin əməliyyat etdiyi pasiyentlərin yarısından çoxu dünyanı tərk edir.

Siro İsii

Yapon ordusu tərəfindən işğal edilmiş Çinin Xarbin şəhərinin ətraflarında, 1932-ci ildə məxfi kompleks açıldı. Kompleks "Dəstə 731" adlanırdı və orada dəhşətli hadisələr baş verirdi. Tədqiqat mərkəzinin əsas məqsədi kimyəvi silahın hazırlaması idi. Bunun üzərində alim-mikrobioloq Siro İsiinin başçılığı altında 3000 insandan ibarət kollektiv işləyirdi.

Bununla yanaşı "Dəstə 731"in həkim-alimləri həm də canlı insanların üzərində bir çox qeyri-insani təcrübə keçirirdilər. Eksperimentatorlar hər hansı, hətta ən qorxunc tibbi suala belə cavab tapmağa çalışırdılar. Bu amansız yollarla yaponlar bildilər ki, insan neçə dərəcəli soyuq şəraitdə yaşaya bilər, hansı yüksək temperatura tab gətirə bilər və s. Bütün bu təcrübələr insan ölümləri ilə əldə olunurdu. Eyni zamanda insanları ölümcül xəstəliklərə yoluxduraraq, onların müalicəsinin mümkün olub-olmadığını əyani surətdə tapmağa çalışırdılar.

İkinci dünya müharibəsi qurtardıqdan sonra "Dəstə 731"in əməkdaşlarının bir çoxu Yaponiyada və başqa ölkələrdə cəzasız qaldılar. Bütün qeyri-insani tədqiqatlara nəzarət etmiş Siro İsii isə ABŞ-a köçərək, bakterioloji silahın hazırlanması istiqamətində orada işini davam etdirməyə başladı.

Yozef Menqele

İkinci dünya müharibəsi illərində nasist Almaniyasında dəhşətli əməlləri ilə məşhur daha bir həkim fəlaliyyət göstərirdi. Osventsim - həbs düşərgəsində Yozef Menqele həkimi hamı tanıyırdı. Bu zahirən ürəyiyumşaq və güləyən insan öz pasiyentlərini ya ölümə göndərir, ya da uzun müddətli əzablara məhkum edirdi.

Onun rəhbərliyi altında insaniyyətdən uzaq ən müxtəlif təcrübələr aparılırdı. Əsirləri axtalayır, ölüm həddinə qədər soyuqda saxlayır, anesteziyasız əməliyyat edir, onlara yad - fərqli rezuslu qan köçürürdülər. "Ölüm mələyi" ləqəbli həkim əkizləri çox sevir və onların üzərində ən amansız təcrübələr keçirirdi. Təcrübələr zamanı 3000 uşaq-əkizdən cəmi 200-ü sağ qalır.

Stabbins Firf

Amerikalı Stabbins Firf hələ yeni-yeni həkimlik oxuyurdu ki, 1793-cü ildə Filadelfiyada "sarı titrətmə" epidemiyası yayıldı. Xəstəlik 5000 insanın həyatına son qoyur və Firf onun yaranmasının səbəblərini öyrənməyə qərar verir. O, fərziyyə irəli sürür ki, bu naxoşluq insandan-insana ötürülmür və o, bu fikrində o qədər əmin idi ki, öz üzərində bir sıra təcrübələr keçirməkdən də çəkinmədi. Xəstələrdən ifrazlar alaraq, öz yaralarına sürtürdü. Doktor Firf bu mayeləri həm də içirdi. O, sağ qalaraq uzun müddət öz kolleqalarını çaşdıra bilmişdi. Yalnız yarım əsr sonra məlum oldu ki, heç də belə deyilmiş, "sarı titrətmə" mığmığalar tərəfindən insandan-insana ötürülür.

Endrü Yur

Şotlandiyalı Endrü Yur kimyaçı, geoloq, iqtisadçı kimi tarixdə qalıb. Amma Endrü daha çox 1818-ci ildə, qatil və oğru Metyu Klaydsdeylin bədənində keçirilmiş qeyri-adi sınaqla məşhurlaşıb.

Meri Şellinin məşhur kitabındakı doktor Frankenşteyn kimi, Yur da ölünü diriltməyə qərar verir. Ölünün boynuna və ayağına elektrodlar bərkidərək, cərəyan buraxır. Elektrikin təsiri altında ayaqlar hərəkət edir, diafraqma azalırdı. Cərəyanı cəsədin kəllə hissəsinə verəndə isə, gözlər bərəldi, üz tamamilə əyildi. Təbii ki, ölü dirilmədi və tamaşaçılar dəhşət içərisində idilər


Həşəratlar orqanizmin ciddi bir bölümü olmadan da yaşaya bilir. 

Tarakan başı kıəsildikdı belə bir müddət yaşaya bilir. Bu videodakı lövbərbığ böcəyin isə belini quşlar dişləyib. Daxili cə xarici orqanları ciddi şəkildə məhv olan həşərat hələ ki yaşayır.

 


Böyüklərin təxminən 85 faizi ən azı bir dəfə olsa da bel ağrısından əziyyət çəkib. Boyun və çanaq arasında onurğanın bölgəsində meydana gələn xoşagəlməz hisslər həyatı ciddi şəkildə çətinləşdirə bilər. Ancaq bu ağrıların aradan qaldırılması üçün heç bir tədbir görülməsə, daha da pisləşmək ehtimalı var.
Həkimlər daimi bel ağrısına səbəb olan beş əsas səhvi açıqlayıblar.
 Mütəxəssislərin fikrincə, ağrılar düzgün oturmadığınız üçün baş verə bilər. İnsanların çoxu gününün yarısını kompüter arxasında keçirir, onurğa sütununu "öldürür". Bunun baş verməməsi üçün iş yerini düzgün təchiz etməyi bacarmaq lazımdır, xüsusən də ekran göz səviyyəsində olmalıdır, başınızı aşağı əyərək ona baxa bilməzsiniz.
 Britaniyalı tədqiqatçılar müəyyən ediblər ki, qadınların təxminən 50 faizi bir çiynində çanta taxır. Və nəticədə bir çiyindən çantanın taxılması və onun kifayət qədər çəkisinin çox olması bel ağrıları yaradır. Ancaq eyni şey, məsələn, bir çiynində bel çantası olan kişilərə də aiddir. Fakt budur ki, belə bir vərdiş birtərəfli gərginlik yaradır və nəticədə ağrıya səbəb olur. 
Üçüncü səbəb isə zərərli qidaların istifadəsidir. Bədənin bütün orqanları və sistemləri kifayət miqdarda müxtəlif vitaminlər, antioksidantlar və qiymətli iz elementləri almalıdır. Və bu, yalnız pəhriz, müxtəlif sağlam və keyfiyyətli məhsullardan ibarət olduqda mümkündür.
 
Eyni zamanda, aşağı fiziki fəaliyyət də bel ağrısına səbəb ola bilər. Həvəsli bir idmançı olmaq lazım deyil, həftədə cəmi iki-üç saat orta intensivlikdə məşq etmək, hətta orta sürətlə gəzmək kifayətdir. Bu problemin qarşısını almağa kömək edəcək.
 
Ağrıların yaranmasına son səbəb isə əzələlərin güclənməsi deyil. Aşağı arxa və ya boyundakı ağrıları yaratmamaq üçün əzələləri məşq etmək və gücləndirmək lazımdır.


13 oktyabr 54-cü ildə imperiyanın sərhədlərini Şimali Afrikaya qədər genişləndirmiş, Britaniyanı öz əyaləti elan etmiş Roma imperatoru Klavdiy zəhərlənərək öldürülüb.

Şanssız, üçüncü arvadı tərəfindən sui-qəsdə məruz qalan, nəticədə dördüncü arvadı tərəfindən zəhərlənərək öldürülən imperator Klavdiyin həyat, daha doğrusu, ölüm hekayəsini dəyərli tarix oxucularına təqdim edirik:

GÖZLƏNİLMƏDƏN NƏSİB OLAN İMPERATORLUQ

Klavdiy eramızdan əvvəl 10-cu ildə Qalliyada doğulub. Uşaqlığından bəri tarixlə yaxından maraqlansa da, hələ siyasətin içərisinə daxil ola bilməmişdi. İlk dəfə qardaşı oğlu Kaliqula ilə birlikdə konsul olaraq rəhbərliyə qatılır. Kaliqula Tiberinin vəsiyyəti ilə imperator olmuşdu. Klavdiy isə bütün dövlət vəzifələrindən uzaq tutulurdu. Fiziki və ruhi narahatlıqları ona bu işdə mane olur, o dövrdə kimsə Klavdiyin imperator ola biləcəyini ağlının ucundan belə keçirmirdi.

Klavdiy özünü elmi araşdırmalara həsr etmişkən, imperator Kaliqulanın sərt və zalım tətbiqləri əksər əhalini narahat etməyə başlamışdı. Sonda Kaliqula sui-qəsd nəticəsində həyatını itirdi. Kaliqulanın öldürüldüyü zaman Klavdiy onu da öldürəcəkləri düşüncəsi ilə sarayda pərdənin arxasında gizlənmişdi. Halbuki əsgərlər onu öldürmədilər və Klavdiyi yeni imperator elan etdilər. Beləliklə, insanların heç əhəmiyyət vermədiyi adam birdən-birə Roma imperatoru oldu.

Hətta Dahi filosof Seneka Klavdiyin ölümünə parodiya da yazmışdı və onu balqabağa bənzədərək, ağılsızlığın simvolu adlandırmışdı.

Açığı, belə qiymətləndirilmə Klavdiyin dövlət əməlləri ilə uyğun gəlmir. O, imperiyanın sərhədlərini xeyli genişləndirdi, imperator dəftərxanasını yaratdı, 72 kilometrlik məşhur "Klavdiy" su kəmərini tikdi, başqa xalqların nümayəndələrini Senata buraxdı.

4 UĞURSUZ EVLİLİK VƏ QADIN ƏLİNDƏN ÖLÜM

Seneka başqa nəsnəni nəzərdə tuturdu. İmperatorun tamamilə anlamadığı, axmaqlıq etdiyi və fiaskoya uğradığı məqam məhz qadınlarla bağlı idi. Əgər üçüncü arvadı Messalinanın sui-qəsdindən şübhələnərək, onu dəf edə bilmişdisə, dördüncü arvadı - öz qardaşı qızı Aqrippinaya o qədər etibar edirdi ki, onun birinci nikahdan olan oğlu Neronu öz varisi elan etmişdi. Bu mənada, doğma oğlunu hakimiyyət hüquqlarından məhrum etmişdi.

Aqrippinaya bu az gəlir: o, Klavdiy fikrini dəyişə bilməsin deyə, yeməyinə zəhər qataraq imperatoru öldürür.

Klavdiy 4 dəfə evli olub və bütün nikahlar uğursuz idi. Onun birinci arvadı - Plavtiya Urqulanilla - etrusk nəsilindən idi. Hesab edilir ki, əsasən o, imperatoru qabaqcıl sivilizasiyanın qədim ənənələri və etrusk dili ilə tanış edib. Klavdiy öz arvadını sevirdi, amma onunla boşanmağa məcbur idi: Plavtiya ona xəyanət edirdi...

Boşanmadan sonra böyük romalı ikinci nikaha daxil oldu. Bu dəfə onun arvadı Eliya Petin idi. Eliya tərbiyəli qadın idi, lakin buna baxmayaraq, nikah dağıldı. Buna səbəb, baş verən daimi davalar idi: ər-arvad arasında demək olar ki, hər gün qalmaqal yaşanırdı. Bir dəfə növbəti davadan sonra Klavdiy deyingən arvadı evdən qovdu.

KLAVDİYİN ÜÇÜNCÜ ARVADI VALERİYA MESSALİNA

Valeriya Messalina imperator Klavdiyin üçüncü arvadı idi. Romanın məşhur kurtizankası eramızın 38-ci ilində Klavdiyə ərə gedir və 2 övladı dünyaya gəlir. Tarixi qeydlərə görə, uşaqlar Kaliquladan idi, çünki, Messalina Kaliqulanın çoxsaylı orgiyalarının tez-tez iştirakçısı idi. Kaliqula öldürüləndən sonra Messalina kurtizanka paltarını geyinərək öz bədənilə alver etməyə başlayır. Eramızın 48-ci ilində Messalina öz sevgililərindən biri Siliusla razılaşaraq Klavdiyi öldürmək qərarına gəlir. Ona söz verir ki, onun qanuni həyat yoldaşı olacaq. Nəticədə mənfur sui-qəsdçilər edam olunur.

Bu xanım tarixdə ən pozğun qadınlardan biri kimi qaldı. İmperator Klavdiyin arvadı olan Valeriya, öz yüksək statusuna baxmayaraq, Romada sözün əsl mənasında şəhvət və əxlaqsızlıq təcəssümü idi. Müasirlərinin xatirələrində yazılır ki, o, hətta Nerondan daha pozğun olub. Baxmayaraq ki, Neron vəhşi orgiyalarla, sarayda uşaq hərəmxanalarının yaradıcısı kimi məşhur idi. Messalina haqqında yazılan qeydlərdə vurğulanır ki, o, Roma fahişəxanalarına gələrək, orada fahişələrdən birinin yerini tuturdu. Yalnız belə öz ehtirasını qane edə bilirdi. Valeriyanın gözündən heç bir yaraşıqlı kişi yan keçə bilməzdi. Onun bu cür davranışları uzun müddət davam etdi, çünki imperator olan ərinin başı özünə qarışmışdı. Lakin Valeriya daha da irəli gedərək, öz kişilərindən birini - Qay Siliyi hakimiyyət kürsüsündə oturtmağa çalışırdı, amma dediyimiz kimi sui-qəsd baş tutmadı, özü Messalina isə imperatorun əmri ilə 28 yaşında qətlə yetirildi. Tarixçilər yazırlar ki, həmin anda qadın artıq sifilisə yoluxmuşdu, ona görə də bu cür ölüm onun əxlaqsız və biabırçı həyatının sonu üçün çox da pis sayılmırdı.

KLAVDİYİN DÖRDÜNCÜ ARVADI AQRİPPİNA

Aqrippina imperatorun göbələkli naharına ölümcül zəhər qataraq onun qatili oldu. Xain Aqrippina onun dördüncü arvadı idi. O, öz əmisini ustalıqla başdan çıxartmışdı. Bundan başqa Aqrippina imperatorun qızı Oktaviyanın nişanını pozdu.

Çünki məkrli planın tərkib hissəsində onu, əvvəlki nikahdan olan oğlu Nerona ərə vermək də var idi. Bütün plan həyata keçir: Klavdiy zəhərlənərək öldürüləndən sonra, Neron imperator kürsüsünə yiyələnir.

Bununla belə, Aqrippina öz oğluna o dərəcədə nəzarət edirdi ki, hətta onun sözündən çıxacağı təqdirdə, Neronu taxtdan salmağı belə düşünürdü. Amma Neron bütün hədləri aşmışdı, müstəqil qərarlar qəbul etməyə başlayır və anası ilə ciddi münaqişəyə qol qoyur. Nəticədə Neron doğma anasını öldürür. Aqrippina tarixdə Roma imperiyasının ən nüfuzlu qadınlarından biri kimi qalır.



Ədviyyat kimi də geniş istifadə edilən acı bibərin fizioloji və farmakoloji təsirləri genişdir. Öd əmələ gəlməsini stimullaşdıran acı bibər xolesterinin orqanizmdən xaric olması üçün vacib olan öd turşularının istehsalını da artırır. 

Qidalanma və pəhriz mütəxəssisi Dilem İrkin Koçan bildirib ki, acı bibər istehlakı maddələr mübadiləsini sürətləndirir. 

Onun sözlərinə görə, acı bibərin lifli quruluşu, acı təsiri bağırsaqları işlədir və qəbizliyin qarşısını alır:

"Acı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyən insanlar bundan daha çox istehlak edir. Amma həddindən artıq istehlakdan qaçınmaq lazımdır. Acı bibəri gündə iki dəfə yemək kifayətdir. Əks təqdirdə mədə problemlərinə səbəb ola bilər".

Axtarış
Xəbər lenti
Reklam