Bu yaşdan sonra arıqlamaq olmaz
"Qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur”.
 
Bunu gerontoloq Yuri Konev "Sputnik” radiosuna müsahibəsində söyləyib.
 
"Ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib.
 
Eyni zamanda, uzmanın fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir:
 
"Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”.

İnsan gerçəkdən heyvana necə çevrilir? - Qurani-Kərim ayələri...
Müqəddəs Quranın nəzərinə görə, keçmiş ümmətlər arasında elə günahkar bəndələr olmuşdur ki, Uca Allah onları heyvana çevirmişdir.
 
"Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).
 
Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik”. ("Bəqərə” 65-66).
 
Allah Təala Bəni-İsrayildən olan qövmə ki, Qırmızı dənizin kənarında yaşayırdılar, əmr etmişdir ki, şənbə günü balıq tutmasınlar. Lakin bu insanlar əmrə itaət etmədilər və şənbə günləri də balıq tutmağa başladılar. Əvvəl balıq tutmaq üçün qırmaq atdılar. Ya da şənbə günləri tələləri qurur və başqa günlərdə tələyə düşən balıqları ovlayırdılar.
 
Bunu özləri üçün kiçik günah hesab edirdilər. Get-gedə daha da arsız oldular və şənbə günü açıq şəkildə balıq ovlamağa başladılar. Bu yolla çoxlu sərvət əldə etdilər. Çünki balıqlar adətən şənbə günlərində suyun üzərinə çıxırdılar. Qalan günlərdə dənizin dibinə çəkilirdilər.
 
Bəni-İsrayilin bu əmrə itaət etməməsi sayəsində, İlahi əzab onları əhatə etdi. Qurani-Kərim buyurur: "Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik”. ("Əraf” 163).
 
Hədislərin buyurduğuna görə, Allahın əzabı o kəslərə şamil edilir ki, bu işdə günahkarlara yardım etmişdilər. Onlar həlak olurlar. Ancaq Allah günahkarları heyvanlara çevirir və bir müddət bu cür yaşadıqdan sonra onlar da həlak olurlar.
 
Bu zaman insan ruhu başqa bədənə keçməz, necə ki, bəzi alimlər yanlış olaraq bəyan edirlər. Bu zaman ruh bədəndə qalır, bədən isə özü dəyişikliyə uğrayır. Belə deyildir ki, insan nəfsi heyvan nəfsinə çevrilir, bəlkə ruh olduğu kimi qalır, bədən ya meymuna, ya donuza və başqa heyvanlara çevrilirlər.
 
Əllamə Təbatəbai buyurur: "Məsx olunan insanlar – o insanlardır ki, bəşər ruhunu qoruyaraq, cisimləri məsx olar. Belə deyildir ki, insan nəfsi də dəyişib heyvan nəfsi olsun”.
 
İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbərdən (s) o insanlar haqqında sual verdim ki, əvvəl insan olmuş və günahlarına görə heyvana çevrilmişdir.
 
Həzrət (s) cavabında buyurdu: "Məsx olmuş heyvanların biri – qara qurddur və o birisi – əqrəbdir.
 
Qara qurd dost və tanışlar arasında söz gəzdirənlər idilər. Söz gəzdirmək yolu ilə ayrılıq salırdılar.
 
Əqrəb isə pis dilə malik olan kişi idi ki, heç kəs onun dilindən amanda deyildi””.
 
İmam Sadiq (ə) buyurur: "Əqrəb – eyib axtaran, tənə vuran, söyüş söyən kişi idi ki, Allah onu əqrəb şəklinə salmışdır”. (Beytutə)
 
/Deyerler.org/
Dünyanın ən ağılsız adamı kimdir?..
Həzrət İsa (ə) buyurur: "Mən xəstələri müalicə etmişəm və onlara şəfa vermişəm, anadangəlmə korları Allahın izni ilə müalicə etmişəm. Ölüləri diriltmişəm. Ancaq axmaq insanı islah və müalicə edə bilməmişəm”.
 
Soruşurlar ki, "Ya Ruhullah! Ən axmaq kimdir?”.
 
Buyurur: "Özünü bəyənən və xudbin insandır ki, hər bir fəzilət və üstünlüyü özündən bilər. Hər cür haqqı hər bir yerdə özünə nisbət verər. Başqalarına heç cür ehtiram göstərməz. Bu cür axmaq insan heç bir zaman müalicə və islah olunan deyildir”. 
Nəyə görə baş hissə şimala doğru yatmaq olmaz – Hindli müdrik deyir ki...

Dünyanın ən güclü quru və filosoflarından biri Sadhquru insanın yatarkən baş hissəsinin şimala doğru olmasının zərərli olduğunu bildirib.

 Sadhquru əhval-ruhiyyənin vəziyyəti yatarkən başın hansı istiqamətdə olmasından çox asılıdır.

"Kimin ki, çarpayısının baş ucu Şimal tərəfədir, onların narahat yuxusu, xroniki yorğunluğu, təşvişi, həyəcanlı sinir sistemi olur. Bu adamlar dincəlmir, orqanizm, xüsusən beyin və ruh bundan əziyyət çəkir.

Məsələ Yerin maqnit mərkəzlərindədir. Şimal və Cənub yarımkürələri zamanla tədricən yerini dəyişir. Şimal qütbü özünə Yerdə olan çox şeyləri çəkir. İnsan da başı şimala yatdıqda, bu maqnit nöqtəsi onun bütün enerjisini özünə çəkir".

Xocalı soyqırımı olmaya bilərdimi? - Nəsiman Yaqublunun araşdırması

O qanlılı soyqırımdan az bir müddət keçsə də, indi çox acı həqiqətlər aşkarlanıb. Onlar könül açmır, ürək sevindirmir. Təəssüfün, peşmançılığın qanlı zəncirində boğur ada¬mı. Ağrı içində qovrula-qovrula bir acı həqiqətin hökmü ilə razılaşırsan: O dəhşətli qırğın olmaya bilərdi!

Bəs günahkarı kimdir bu soyqırımın? Hadisə olub keçsə də səbəbkar tapılmır. Qatilin kimliyi bilinir. Və qatil özünü gizlətmir də. Qatil ermənidir. 
İndi çoxları bu sözü təkrarlayır: Xocalı siyasətin qurbanı oldu. Doğrudanmı belədir? Doğrudanmı kimlərsə ha¬ki¬miyyət ehtirasına bürünüb Xocalı camaatını qırğına ver¬di? Əlbəttə ki, həqiqət nə zamansa üzə çıxacaq, qaranlıq suallar aşkarlanacaq.

XOCALI ÇOXDAN MÜHASİRƏDƏ İDİ

Faktlar göstərir ki, Xocalı çoxdan düşmən mühasirəsində idi. Ətraf mühitlə, doğma Azərbaycanla əlaqə de¬mək olar ki, kəsilmişdi. Xocalı camaatının taleyi nazik bir te¬l¬dən asılmış kimiydi. Adamlar da, Azərbaycan hökümətinin rəhbərləri də bu nazik telin tezliklə qırılacağını bi¬lir¬di¬lər. Vaxtilə böyük həvəslə Xocalıda geniş yaşayış evləri ti¬kib, yüzlərlə qaçqını orda yerləşdirən başçılarımız qısa bir za¬manda buraya xərclənən milyonlarla pulun havaya sov¬rulacağını hiss etmişdilər.
Xocalı mühasirə əzabının qanlı tikanları ilə hörül¬müş¬dü. Baş verən son hadisədən sonra ümid yolu yalnız ha¬va nəqliyyatına idi.

Xocalı şəhərinin Baş prokuroru Atakişi Ata¬ki¬şi¬ye¬vin ifadəsi: 

- 1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayo¬nu¬nun içərisində bizim UAZ markalı maşında 3 nəfər öl¬dük¬dən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən son¬ra ermənilər Əsgəran qalasını böyük panellərlə hör¬dü¬lər. Yol kəsildi. Xocalıların kənara çıxması ancaq hava xət¬tindən asılı qaldı. Vetolyotlarla sursat, ərzaq və digər tə¬c¬hizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt ve¬to¬lyotla daşınırdı. Xankəndində silah düzəldən zavodun da¬¬yandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xət¬ti¬ni kəsdirmişdik. Son üç ay idi ki, işığımız da ya¬n¬mır¬dı...
Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiy¬əsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çə¬kir¬di. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini bö¬yü¬düb r¬ayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı im¬za¬layanlar çoxdan o rayonu da, orada yaşayanları da unut¬muş¬dular. Bəs o fərman imzalayanlara real məlumat çat¬dırılırdımı?

Rayonun Baş prokuroru Atakişi Atakişiyevin ha¬di¬sə¬dən iki ay əvvəl - 1991-ci il dekabrın 27-də respublika rəh¬bərliyinə göndərdiyi xəbərdarlıq teleqramı: 

Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:

Surəti Respublika prokuroru Murad Babayev yoldaşa: 

Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cə¬mil¬li və Tuğ kəndlərindən azərbaycanlıları erməni qul¬dur¬la¬rı çıxartmışlar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağ¬lıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xo¬calıdır. Çünki Xocalı Əsgəranın və Stepanakertin orta¬sın¬da yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xo¬calı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-gəliş yoxdur. Bu günə ki¬mi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Bu-na baxmayaraq vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25 - 30 gündür yol işləmir. Vertolyot işləmir. Dağlıq Qa¬rabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə vəziyyətində bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək müm¬kün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir.

Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu iş¬lərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də və¬ziy¬yət daha da ağırlaşacaq. Onu bilirəm ki, hələ Xocalı şə¬hə¬rini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib mə¬lumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə la¬zım olan şeyləri çatdırasınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxoz işləmir, fəa¬liyyəti dayanmışdır. Əziz rəhbərlərim, yaralıları apar¬ma¬ğa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə apar¬maq mümkün deyil. Adi sar¬ğı materialı da yoxdur. Açıq müharibə şəraitində yaşamaq çətindir. Biz sizdən tə¬xirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəh¬bər¬lərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bi¬zə təcili yardım edin.

Xocalı şəhər prokuroru A.Atakişiyev.

Beləcə, ulularımızın qədim yaşayış yeri olan Xocalı göz görə-görə məhvə gedirdi. Neçə yüzilliyin nəfəsini özün¬də yaşadan, Assuriya padşahlığı dövrünə aid məzarlar ta¬pılan, təkgöz adamın meyidi uyuyan, bir qədim top lülə¬sindən 48 kiloqram qızıl çıxarılan, 30 metrə kimi torpağa bat¬mağı ehtimal olunan bu qədim və sirli-sehirli diyar biga¬nəliyin, laqeydliyin ucbatından dağılıb gedirdi. Xocalı ca¬maatı ulu babaları uyuyan bu torpağa öz sədaqətlərini, hər istə¬yin fövqündə dayanan məhəbbətlərini bildirirdilər. Ac¬lıq və ehtiyac içində əzab çəksələr də, dözüb dayanır, mü¬qəd¬dəs ana yurddan, ulu torpaqdan ayrılmaq istəmirdilər.
Yaxınlıqda, cəmi iki addımlıqda dayanmış xain düş¬mən isə hər şeyi görür, ehtiyatla, düşünülmüş planla kö¬məksiz xocalıların üstünə gəlirdi.
Lənətlənmiş rəhbərlərimiz isə susur, düşmənin bu as¬ta addımlarını ögeyliklə izləyirdilər.
Ağdam qərargahında isə qəribə oyunlar gedirdi. Döv¬lət nümayəndələri əsassız məlumat verirdilər mət¬buatda: Xocalı bizimdir! Xocalını heç kim bizdən ala bil¬məz! Heç kimin bizə gücü çatmaz və s. Bunlar hamısı gü¬lünc və boğazdan yuxarı deyilən ibarələr idi. Əslində isə Xo¬calı sarsılır, məhvə aparılırdı.
Ağdamda isə oyunlar davam edirdi. Xocalıya yol aç¬maq¬dan ötrü dəfələrlə əməliyyat planı hazırlandı. Amma hər dəfə bu plan kimlər tərəfindənsə pozuldu. Əməliyyat plan¬larından biri belə idi: "Bir zirehli teplovoz, zirehli va-qon, dəmir yolunu söküb tikən aqreqat, vaqonlarda qum, çın¬qıl, vaqonların qabağında isə yolun təhlükəsizliyi üçün boş vaqonlar qoyulmalı idi. Həmin zirehli qatarda 2 tank var¬dı. Saat 6-da Əsgərana girib Xocalı yolunu açmaq lazım idi".

Lakin əməliyyat keçirilmədi, kimlər tərəfindənsə pozuldu.

Növbəti "əməliyyatlar" belə idi: "Zabratdan iki "kro¬kodil" hərbi vertolyot göndərilmişdi. O, iki gün Dağlıq Qara¬bağ ətrafında fırlandı, guya ki, Əsgəranda, Nax¬çı¬va¬nik¬də, Xanabad və Noraguhdakı erməni silahlı dəstələrini "bom¬baladı". Lakin sonradan məlum oldu ki, bu əməliyyat da uğurla başa çatdırılmayıb.
Yanvarın 29-da Xocalıdan sonuncu vertolyot uçub. Fev¬ralın 12-də Gəncədən daha bir hərbi vertolyot Xocalıya gə¬lib. Amma bu "gəlişlər" Xocalı camaatını təhlükədən xi¬las etmirdi. Qarşıdan dəhşətli bir faciənin qara tufanı gə¬lir¬di. Yerli camaat təhlükəni duyurdu. Xocalının qeyrətli igid¬ləri isə mərdliklə, vətənpərvərliklə şəhidlik camı içib yur¬dun keşiyini çəkirdilər. Düşmənin tankının, topunun qa¬bağında bu igidlər boş əllə dayanmışdılar. Avtomatla zi¬rehli tanka, BTR-ə nə etmək olardı ki?
Fəlakət yaxınlaşırdı. Fevralın 25-i günü hamının unu¬dub yaddan çıxardığı Xocalı camaatı doğma yurdda son saat¬larını yaşayırdı.

ŞÜBHƏLİ MƏLUMAT

Xocalı rayon icra hakimiyyətinin başçısı Elman Məmmədov qəribəliklə deyir:

"Fevralın 25-də axşam saat 9-a işləmiş mənə zəng vurd¬ular ki, Xocalının fin evləri yerləşən tərəfindən bir BMP keçdi. Sonra dedilər ki, Ağdamdan xəbər verilib ki, 4 tank gələcək, atmayın. Bu yalan məlumatın mənbəyini hələ də müəyyənləşdirə bilməmişəm". Məhz həmin BMP-nin keçməsindən sonra Xocalının altı tərəfdən mühasirəsi başladı. İki saata kimi mühasirə davam etdi.

"14", "90" GİZLİ ÇAĞIRIŞDIR

Mühasirə halqası daraldıqca Xocalıdan hər yana - yəni bizimkilərə "14", "90" gizli çağırışları ilə həyəcan dolu xəbərlər göndirilirdi: Bizi qırırlar, kömək edin! Bizi qırırlar, kömək edin!
Təxminən axşam saat 22.00-23.00 radələrində dəhşətli atışma başlandı. Amansız ermənilər rus hərbçilərinin köməyi ilə altı tərəfdən Xocalıya hücum etdilər. Əslində bu hücumda əsas məqsəd yalnız Xocalını almaq deyildi. Bu hücumda vəhşi ermənilər qatil rus hərbçilərinin köməyi ilə həm də nifrət etdikləri Azəri türklərini qırır, ürəklərindəki nifrət alovunu söndürürdülər. Xocalı faciəsi içərimizi didib parçalasa da, bir acı həqiqəti üzə çıxardı: Ermənilər bizə düşməndir! Fürsət düşən kimi xalqımızı qırır. Onlara heç zaman inanmaq olmaz!
Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən bö¬yük faciələrindən biri olan Xocalı soyqırımı oldu. Yüzlərlə günahsızın na¬haq¬dan qanı axıdıldı.

Xocalı soyqırımında  613 nəfər həlak olub:

-    Uşaqlar – 63 nəfər;
-    Qadınlar – 106 nəfər;
-    Qocalar – 70 nəfər;
-    8 ailə tamamilə məhv edilib;
-    27 ailənin yalnız 1 üzvü qalıb;
-    25 uşaq hər iki valideynini itirib;
-    30 uşzaq valideynlərindən birini itirib;
-    239 ailə öz başçısını itirib;
-    487 nəfər yaralanıb, onlardan:
-    Uşaqlar – 76 nəfər;
-    200 nəfərin ayaqlarını don vurub;
-    1275 nəfər əsir götürülüb;
-    1165 nəfər girovluqdan azad edilib;
-    155 nəfər itkin düşüb;

Azərbaycan dövlətinə və əhalinin əmlakına 01.04.1992-ci il ta¬rixinə qədər 5 milyarad rubl də¬yə¬rin¬¬də ziyan vurulub.

Sağlamlığını qorumaq və yaxşılaşdırmaq istəyən kişilər qida rasionuna mütləq qırmızı ət, dəniz balığı, midye, quş əti və nar daxil etməlidirlər.
 
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu həkim-diyetoloq Marqarita Makuxa bildirib.
 
Onun sözlərinə görə, bu qidalarda testosteron sintezini ən çox dəstəkləyən yağ turşusu və protein var.
 
Qeyd olunub ki, metabolik xüsusiyyətlərə və hormonal səviyyələrə görə kişilərin pəhrizi qadınların pəhrizindən fərqlənə bilər. Kişilərdə əzələ toxuması daha inkişaf edib. Əzələ kütləsini qorumaq üçün isə gündəlik protein qidaları qəbul etmək lazımdır. Əsas kişi hormonu olan testosteronun sintezi istehlak olunan qidanın tərkibindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır.
 
"Bədəndə testosteronun optimal səviyyədə saxlanılması üçün bitki yağlarında, yağlı dəniz balığında, buğda, qoz-fındıqda və avokado meyvəsində olan faydalı çoxlu doymamış yağ turşularından istifadə olunması lazımdır. Bundan əlavə, sink və selenyum ehtiyacını sarımsaq, dənli bitkilər, banan, kələm, dəniz məhsulları və zəncəfildən əldə edilə bilər”.
Ən faydalı şokoladın xüsusiyyətləri açıqlandı
Ən faydalı şokolad acı olanıdır, onun tərkibi 75 faiz kakaodan təşkil olunub. İçlik kimi isə ən yaxşı seçim qoz-fındıqdır.
 
"Sputnik”in məlumatına görə, bu barədə rusiyalı dietoloq, nutrisioloq, Kanada Dietoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova bildirib.
 
"Əlbəttə ki, onlar özlüyündə çox yağlıdırlar, amma bu yaxşı, faydalı yağdır. Acı şokoladın tərkibində kifayət qədər faydalı olan teobromin, həmçinin sink və maqnezium da var. Qoz-fındıqda isə sağlam yağlar, əvəzolunmaz omeqa-3 mövcuddur”, - deyə mütəxəssis izah edib.
 
Təhlükəli içliklər kimi isə həkim bibər, zəncəfil, gül ləçəkləri kimi ekzotik qatqıların adını çəkib. Nefedovanın sözlərinə görə, əgər şokolad ucuz kütləvi istehsalda hazırlanırsa, onda bu içliklər təbii ola bilməz.
 
Dietoloq həmçinin gündə bir plitka şokolad yeməyin artıq çəkiyə təsiri barədə də danışıb. Onun sözlərinə görə, hər insanın gündə fərqli kilokalori norması var. Əgər şəxs ağır fiziki fəaliyyətlə məşğul deyilsə, bütöv bir şokolad plitkası əlavə kiloqramlara çevrilə bilər.(oxu.az)
Koronavirusa yoluxan aktyor vəfat etdi

Bir müddət əvvəl virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən aktyor Toyqun Ateş vəfat edib.

Film çəkilişi zamanı Malatyada səhhəti pisləşən Toyqunun Covid-19-un yeni ştammına (mutasiya) yoluxduğu bildirilmişdi. Həkimi açıqlamasında aktyorun böyrəklərinin artıq sıradan çıxdığını, onun süni tənəffüs aparatına qoşulduğunu açıqlamışdı.

Axtarış
Xəbər lenti
Reklam