Gənclər və İdman Nazirliyi

İddialar var ki, rəsmi orqanlar nazir Azad Rəhimovun müalicəsini başa vurub ölkəyə qayıtmasını gözləyirlər;  nazirə və yaxın ətrafına aid şirkətlərin də adı maliyyə yeyintilərində hallanırdı
Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicəsini davam etdirir. Xəstəxanada olduğu müddət ərzində Azad Rəhimovu 1-ci müavini İsmayıl İsmayılov əvəz edirdi. Amma iki gün əvvəl həm də Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində də problem yaranıb. Belə xəbərlər var ki, İsmayıl İsmayılov yıxılaraq xəsarət alıb.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ABŞ-da müalicə alan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı suala "Azad müəllimin nə vaxt vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq” cavabını verib.

 

Yada salaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib. Həmin dövrdə ölkədə idman-konsert komplekslərinin tikintisi aparılırdı və bir çox obyektlər Azad Rəhimovla əlaqəli şirkətlər tərəfindən tikilir, təmir olunurdu. Ölkədə dövlət sifarişli təmir-tikinti işlərinin böyük korrupsiya əməlləri ilə gerçəkləşməsi kimsəyə sirr deyil. Azad Rəhimovun adına bağlı şirkətlərin də adı korrupsiyada hallanırdı. Məlumatlara görə, nazirlikdə xeyli pozuntular, maliyyə maxinasiyaları var. Azad Rəhimovun nazirliyə biznesdən gəldiyi sirr deyil. Onun və oğlunun həm ölkə daxilində, həm xaricdə müxtəlif profilli şirkətləri olduğu da məlumdur. Mədəniyyət Nazirliyindən sonra burada da həbslər olacağı haqda mediada iddialar vardı, amma müharibə başladı və bəzi məsələlər ikinci plana keçdi. İddialar var ki, nazirin müalicəsini başa vurub qayıtmasını gözləyirlər. Onun uzun müddətdir xəstə olmasına baxmayaraq, istefa barədə ərizə verməməsinin səbəbi də budur.

Vətən müharibəsindən əvvəl üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Azad Rəhimov və ailəsinə yaxın şirkətlərə dövlət büdcəsindən üst-üstə 100 milyon manatdan artıq vəsait köçürülüb. Həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mütəxəssis adı ilə ölkəyə dəvət edilən əcnəbilərin qul kimi işlədilməsi və s. hallar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) araşdırmalarında da yer alıb. Yayılan məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aid idi.

 

Bir neçə hissədən ibarət araşdırma müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor "SerbAz” şirkətinin fəaliyyətindən bəhs olunur.

 

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi "Buta Palace” sarayının və "Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib. "Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir. Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. Araşdırma göstərib ki, "SerbAz”ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

"SerbAz”ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan "İtalDizain”lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü "İtalDizain”in direktoru olub. 2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün "SerbAz”la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb. Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin "mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş "müasir materiallar” lazım olması, buna görə "bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib. Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl "SerbAz”  mövcud olmayıb və Azərbaycanda bir həftə sonra  qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar. İlk yenidənqurmadan sonra "SerbAz” Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb.

 

O, bu məktubda rəhbərlik etdiyi nazirliyin "SerbAz”la əməkdaşlığının səbəblərini izah edir. 2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər – bərpasına 20,9 milyon dollar ayrılan "Səadət Sarayı”nın, tikintisinə 38,8 milyon dollar ayrılan Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihəyə cəlb olunublar. SerbAz-ın digər layihələri arasında "Buta Palace”, "Baku Expo” sərgi mərkəzi və "28 Mall” olub. Azad Rəhimovun "SerbAz”la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda o, "SerbAz Design and Construction” adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan "Acora Business” firmasına məxsusdur. Digər "SerbAz” Niderlandda "SerbAz Property” kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın "Creacon Constructioan” şirkətinin "SerbAz”dan tikinti işlərini aldığını müəyyən ediblər. 2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən "Creacon”un iki səhmdarından biri "İtalDizain Group”dur. "İtalDizain” bu gün böyük holdinqə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə "Cartier”dən "Baccarat”a qədər premium sinfi butiklər daxildir. Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv "İtalDizain” saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin "SerbAz”ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il "SerbAz” işçilərinə qarşı amansız rəftardan bəhs edilib. Jurnalistlər korporativ hesabatlar vasitəsilə "İtalDizain”ın Lüksemburqun "Argulux” şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur. "SerbAz”ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq "SerbAz”ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb. 2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən "SerbAz”ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çamadanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb. Eyni zamanda, ofşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib. Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da "SerbAz”a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 milyon dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 milyon dollar ödəyib. OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin "SerbAz”a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib. Göründüyü kimi Azad Rəhimov rəhbərlik etdiyi nazirlikdə də bu günə qədər istintaqçıların baş çəkdiyi nazirliklərdə olduğu kimi böyük korrupsiya var. Gələn məlumatlar onu deməyə əsas verir ki, araşdırmalarla ortalığa çıxarılan korrupsiya əməlləri tezliklə ittiham aktlarında yer ala bilər.(musavat.com)

 

“Petrol”dakı kanalizasiya xəttinin birbaşa axar çaya axıdılmasından Muxtar Babayevin xəbəri varmı? – VİDEOFAKT

 

 

Əziz oxucular!

Gədəbəy dedikdə ilk ağla gələn "Slavyanka” mineral sualarıdır, deyilmi? Ancaq təəssüf ki, bu dəfəki yazımızda biz bunu təsdiqləyə bilmədik. Çünki redaksiyamıza daxil olan şikayət məktublarının sorağıyla yolumuzu Gədəbəydən saldıqda Yaşar adlı şəxsin işlətdiyi "Petrol”dakı kanalizasiya xəttinin birbaşa axar çaya (içməli su ehtiyatı) axıdıldığının şahidi olduq. Obyektin sahibi Yaşar ilə əlaqə saxlamağa, sözügedən mənzərəyə normal izahat verməsini istədikdə isə o, qarşı tərəfi təhqir və təzyiqdən çəkinmədi.

Araşdırma zamanı o da məlum oldu ki, sən demə, Yaşar həm də Gədəbəydə tikinti metarialları obyektinin sahibidir. Belə çıxır ki, Yaşarın başı ancaq sahiblənməyə qarışdığından, ətraf aləmə və cəmiyyətə vurduğu zərərin fərqində deyil.

Mövzunu araşdırılması üçün aidiyyatı orqanlara və məsul şəxslərə, əsas da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Tovuz Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi Yaşar müəllimə redaksiyamız adından rəsmi məktub ünvanlayacağıq.

Bizi izləyin...

Araşdırmamız davam edir...

 

"qaynar-xett.az”

 



Azərbaycanın qonşularında və dünyada vəziyyət necədir? – Koronavirusla bağlı son STATİSTİKA
Dünyada 109 104 825 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
 
Virusdan 2 405 432 xəstə ölüb, 81 128 354 nəfər sağalıb.
 
Şimali Amerikada 32 298 024, Avropada 32 132 179, Asiyada 23 976 242, Cənubi Amerikada 16 882 242, Afrikada isə 3 764 868 nəfərdə koronavirus aşkarlanıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 196 964 nəfər), Hindistan (10 904 940 nəfər), Braziliya (9 811 255 nəfər), Rusiya (4 057 698 nəfər) və Böyük Britaniyadır (4 027 106 nəfər).
 
Türkiyədə 2 579 896, İranda 1 510 873, Gürcüstanda 265 200, Ermənistanda isə 169 022 nəfərdə koronavirus müəyyən edilib.
 
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (79 696 nəfər), İranda (58 883 nəfər) və Türkiyədədir (27 377 nəfər).
 
Azərbaycanda koronavirusa yoluxan 231 995 nəfərin 3 178-i ölüb, 226 514-ü sağalıb.

Bu infarkt riskini azaldır...
ABŞ-da aparılan araşdırmalar zamanı sadə qəhvənin orqanizim üçün bəzi faydaları olduğu orataya çıxıb.
 
Gündə bir fincan sadə qəhvə içmək infarkt riskini yüzdə 30 %-ə qədər azaldır.
 
21 min insan üzərində aparılan araşdırmalar zamanı, qəhvə içən insanlarda ürək-damar sistemi xəstəliklərinin azaldığı faktı aşkar edilib.
 
Hər gün bir fincan sadə qəhvə qəblu ürək çatışmazlığı riskini 5 ildən 12 ilə qədər azaldır.
 
Qəhvə qaraciyər və xərçəng xəstəliyi üçün də faydalıdır. Lakin içinə süd yaxud da şəkər qatsanız bu ürək çatışmazlığı prossesini sürətləndirir.
 
Normal qayda ilə sadə qəhvə içmək artıq çəkidən də azad olmağa kömək edir. Eyni zamanda xroniki xəstəliklərə qarşı bədəni gücləndirir. 


"Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin "çiçəklənmə ili” adlandırıb”.

Bunu Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan fevralın 13-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.

Keçmiş nazir müavini dövlət borcunun 10 milyard ABŞ dolların çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.

Uşaqlarınızı daha ağıllı edəcək 7 QİDA...

Uşaqların daha ağıllı olmasına kömək edəcək bəzi qida məhsullarının adları açıqlanıb:

 

1. Soyulmuş yulaf: Tərkibində karbon və hüceyrə əmələ gətirən mənbələr var. Tərkibindəki B vitaminləri sinir sistemini dəstəkləyir və şəkər səviyyəsini sabitləşdirir.

2. Yaşıl tərəvəzlər: Məsələn, ispanaq vitaminlər, minerallar, antioksidanlar mənbəyidir. Bunlar beyin sağlamlığı üçün çox vacibdir.

3. Qurudulmuş meyvələr və peçenye: Qoz, badam, fıstıq diafraqma sinirlərini güclü E vitamini ilə antioksidan olaraq qoruyur.

4. Rəngarəng tərəvəzlər: Pomidor, balqabaq və yerkökü antioksidan olaraq beyin hüceyrəsinin sağlamlığı üçün çox vacibdir.

5. Yağlı balıq: Uşağın beyni üçün çox vacibdir. Omega 3 ilə zəngin olan bu məhsul beynin inkişafı, ürək və damarların normal işləməsi üçün vacibdir. D vitamini ilə də zəngin olan yağlı balıq, sümüklər və sinir sisteminin sağlamlığı üçün də vacibdir.

6. Qatıq: Uşağın immunitet sistemini gücləndirir və tərkibindəki bakteriyalarla həzmi tənzimləyir. Mükəmməl D vitamini anbarıdır.

7. Yumurta: Tərkibində A, D, E və B12 vitaminlərini saxlayır. Yumurtanın sarısı beynin inkişafına kömək edir və yaddaşı gücləndirir. Yumurtanın sarısındakı dəmir beynin inkişafı üçün vacibdir.


 
 


 

"Təyyarənin quşla toqqaşmasına isə inanmıram”

2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni sillkələdi. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R.Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu məşum olayın açıqlanan detalları həqiqəti əks etdirmir.

Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Hətta baş verənlərdə sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun da "əli”nin olduğu iddia olunur. 

Mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri , tanınmış politoloq Qabil Hüseynli müəmmalı hadisənin real detalları barədə "Sherg.az”a danışıb:

"Rəhmətlik Rəşadın hərəkətlərində hər hansı bir nöqsan tapılmayıb. O, təyyarəni təyinatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqquşmasına isə inanmıram.

"Bu işdə Nəcməddin Sadıkovun "əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə,sabiq müşavir bunları söyləyib:

"N. Sadıkov haqqında fikirlərim müsbət deyil,lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.

 

 Əziz oxucular!

Bildiyiniz kimi, 2020-ci tədris ili pandemiya ilə əlaqədar olaraq uzun müddət məktəblilərin evdə qalmasına səbəb oldu. Məhz bu zaman kəsiyində məktəb rəhbərliyinə dəfələrlə yeni tədris ilinə kimi görüləsi işlər, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin mərhələli şəkildə reallaşmasına şərait və yetərli vaxt verildi.

Bu tədbirlərin Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində necə həyata keçirildiyi ilə tanış olmaq istədik. Lakin, məktəbdə qarşılaşdığımız ab-hava tamam fərqli oldu. Sən demə, yaşı 60 ili haqlayan bu təhsil ocağı sadə dillə desək, özünün istismar dövrünü çoxdan tamamlayıb. Gələcəyimiz olan şagirdlərin dərs aldığı bu elm ocağı tamamilə yararsız haldadır. Sinif döşəmələri qopuq, sökük olduğundan burada təmizlikdən söhbət gedə bilməz. Çəkiliş üçün gəldiyimizi görən kimi bizə yaxınlaşan şikayətçi valideynlər iddia etdi ki, pandemiyadan öncə gəlsəydiniz, burada məktəbin zirəmisində tülkü, çaqqal, siçovul leşinin iyindən məktəbə yaxın dura bilməyəkdiniz.

Valideynlərin dediklərindən o da aydın oldu ki, burada qış aylarında şagird və müəllimlər odun tədürükünü özləri ilə gətirir. Siniflər odun yandırmaqla qızdırılır. Məktəbdə istilik sistemi anlayışı mövcud deyil.

 Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində sanitar qovşaq yoxdur?! - VİDEOFAKT

 Etiraf edirik ki, bizi ən çox heyrətləndirən şikayət o oldu ki, sən demə, sözügedən məktəbdə heç sanitar qovşaq da yoxdur. Müəllim və şagirdlər təbii ehtiyaclarını ödəmək üçün qonşuluqdakı qapılara üz tuturlar. Bu da sözün bitdiyi andır.

 Sonda təəssüflə bir məqamı qeyd edirik: Çəkiliş müddətində bizə hər cür ciddi cəhdlə mane olmağa çalışan Fatimə müəllimə əlindəki hərarət ölçənlə, süni şəkildə "bizim hərarətimizi yüksəldərək” guya 39 dərəcə hərarətimiz olmasını iddia etməkdən çəkinmədi. Fatimə müəllimə Lənkəran şəhəri M.F.Şəhban adına Göyşaban kənd tam orta məktəbində dərs hissə müdiri çalışır. Məktəbin direktoru Yusif müəllim isə fiziki imkanı məhdud olduğundan məktəbin idarə edilməsini bu xanıma həvalə edib.

  

 

P.S. Çəkiliş zamanı özünü "burda mənəm, Bağdadda kor xəlifə” qismində yetirən Lənkəran RİH-nin nümayəndəsi Yusif adlı şəxs (soyadını yazmırıq, çünki bu insan özünü normal təqdim edə bilmədi) bizdən özümüzü təqdim etməyi istədi. Əlbəttə, normal insan kimi onun sualını cavablandırıb, özümüzü təqdim etdik. Lakin əvəzində o özünü bizə təqdim etməkdənsə, gah fotomuzu mobil telefonunun yaddaşına köçürdü, gah ora-bura var-gəl edərək "yuxarılara” zəng etdi... Uzun sözün qısası, Yusif müəllim ora nə üçün, kimin tapşırığıyla gəlmişdi, kimi-kimdən "qoruyurdu” heç özü də bilmədi...

  Mövzunu diqqətdə saxlayacağıq və problemin həllinin tapılması üçün materialı aidiyyatı üzrə məsul orqanlara təqdim edəcəyik:

 

Daha ətraflı videosüjetimizdən izləyə bilərsiniz:

 Nüsrət Sakitoğlu,

Mənzər Qurbanova

 


 
 


 

"Ekmek” (çörək) və "lahmacun” sözləri "Google” axtarış sistemində ən çox axtarılan yemək reseptləri sırasındadır.

Həmin sözlər axtarış sisteminin 2020-ci il trendlərinə düşüb.

Belə ki, "ekmek” sözü ən çox axtarılan 2-ci, "lahmacun” isə 5-ci sözdür. İlk pillədə isə dalqona kofesidir.

Dünyada 2020-ci ildə ən çox axtarılan 5 söz isə bunlardır: "coronavirus” (koronavirus), "election results” (seçki nəticələri), "Kobe Bryant” (Kobe Brayant – mərhum basketbolçu), "Zoom” (videokonfrans proqramı), "IPL” (kriket üzrə Hindistan Premyer Liqası).

 
 


 

Tam taxıldan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sistemlərinin işini normallaşdıran " B” vitaminləri ilə yanaşı kalium, kalsium, maqnezium, flor və digər minerallar da mövcuddur.

Bu barədə "Report” RİA "Novosti”yə istinadən xəbər verir.

Vitaminlər əsasən taxılın qabığında olur. Bu səbəbdən çörəyin sağlamlığa faydaları taxıldan çox, onun üyüdülməsindən çox asılıdır. Üyütmə nə qədər incədirsə, dəyər o qədər aşağı olur. Məsələn, təmizlənmiş un çörəyində 0,05 milliqram, tam çörəkdə isə 4,9 milliqram dəmir var. Beləliklə, incə undan hazırlanan çörəkdən imtina etsəniz, bədən çox güman ki, qida itkisini hiss etməyəcək. Bununla birlikdə, tam taxıl çörəyindən imtina etmək insana çox fayda verməyəcək.

Çörəkdən imtina insanı arıqladır. Çörəyin kalori miqdarı 100 qrama ortalama 250-300 kilokalordur. Bu çox deyil, lakin incə üyüdülmüş buğda çörəyi yüksək glisemik indeksə malikdir - 85-90. Müqayisə üçün: südlü şokoladın indeksi təxminən 70-dir. Çovdar çörəyinin indeksi onsuz da 50-40-dır. Ümumiyyətlə, 70-dən yuxarı dəyərlər yüksək, 55-dən az olanlar isə aşağı sayılır.

Ağ çörək yeyəndə güclü insulin sərbəstliyi olur: qan şəkəri kəskin şəkildə yüksəlir, sonra eyni dərəcədə azalır və daha sürətli aclıq hiss edirsiniz. Beləliklə, incə undan hazırlanan çörək, iştahı stimullaşdıraraq kilo almağa dolayı yolla təsir göstərir.

Çörəkdən imtina sinir sisteminə mənfi təsir edir. Yüz qram kəpəkli çörək "B1” vitamininin gündəlik dəyərinin demək olar ki yarısıdır (gündə 1.1-1.2 milliqram). Vitamin yetərli olmayanda isə insan əsəbi olur, daha tez yorulur və əzələ zəifləyir.

İncə üyüdülmüş ağ çörək bədənə enerji verən sürətli karbohidratdır. İdmanla məşğul olursunuzsa, məşqdən 30-40 dəqiqə əvvəl kiçik parça ağ çörək yeyilə bilər. İdmançılar çörəyi karbohidratlarla - bərk buğda, qarabaşaq yarması, düyü, incə arpadan hazırlanan makaronla əvəz edə bilər.

Tam taxıl çörəyi lif baxımından zəngindir - çox yemək şişkinlik və qarın qazına səbəb ola bilər. Ancaq çörəyi az miqdarda yeyirsinizsə (100 qram tam taxıl çörəyində təxminən 7.4 qram pəhriz lifi var) əksinə, həzmə kömək edir.
Axtarış
Xəbər lenti
Reklam