Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan "Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.

TASS agentliyi xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan "Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.

"Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, - Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.

Prokurorluq həmçinin "Piper-150” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.(oxu.az)

 
 


 

Bolqar görücü Vanqanın proqnozları özünü doğrultmağa başladı.

Moderator.az ölkə.az-a istinadla bildirir ki, görücü Suriyadakı hərbi münaqişəni nəzərdə tutub.

Bu həqiqət qorxunc görünür, çünki Vanqa bundan sonra üçüncü dünya müharibəsinin başlayacağını və Avropanın tamamilə yer üzündən silinəcəyini söyləyib.

Həmçinin, ABŞ-ın mövcudluğuna da son qoyulacaq. Bundan başqa, o, Çinin dünya fövqəl dövləti statusunu alacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, Rusiyada iqtisadi problemlər olacaq, amma nəticədə Rusiyadan bir hökmdar dünyanı xilas edəcək. Bundan əlavə, o, neftin əhəmiyyətini itirəcəyini və vaxt keçdikcə hasilatın dayandırılacağını proqnozlaşdırıb.

Portalın yazdığına görə, yəqin ki, bunun səbəbi yeni yanacaq növünün açılması olacaq ki, bunun da nəticəsində ölkələr arasındakı münasibətlərdə təcavüz aradan qalxacaq. 

 
 


 

Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.

Professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.

Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.

Şəkərli və qazlı içkilər

"Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz”.

Yumurta

"İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın”.

Yağ

"Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.

Xolesterol

"Xolesterol xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolesterol söndürür. Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar, qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər”.

Faydalılar

"Yumurta, qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır”.

Gündə 2 dəfə yemək

24 saat ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz. İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni ona görə prqoramlaşdırılıb.

İdeal səhər yeməyi

"Neçədə qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii pendir”.

Mövsümündə nə varsa

"Yanvar ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını alın”.

 
 


 

Çoxları onu "əfsanə qadın” adlandırıb. SSRİ-də səhiyyə sisteminin inkişafına böyük töhfələr verən Mariya Kovriginanın xüsusilə müharibə dövründə səhiyyənin təşkilində əvəzsiz xidmətləri olub. O, tibb sahəsində vacib və təxirəsalınmaz saydığı tədbirləri həyata keçirmək üçün bütün gücünü sərf edib və sözsüz ki, birincilərlə mübahisəli məqamlarla da üzləşib. Mövcud dövrdə ölkədəki mürəkkəb siyasi vəziyyətdə və həmçinin qənaətbəxş sayılmayan iqtisadi durumda Mariya Kovrigina nazir fəaliyyətində kifayət qədər problemlərlə qarşılaşsa da, istədiyinə nail ola bilib.

Kovrigina 1910-cu ildə Permdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Sverdlovsk Tibb İnstitutunda ali təhsil alıb. Tələbəlik illərindən fəal komsomolçu kimi tanınıb və fakültə komsomol təşkilatının katibi seçilib. Həkim kimi ilk fəaliyyətinə Çelyabinsk şəhər xəstəxanasında başlayıb.

1940-cı ildə M.Kovrigina Çelyabinsk vilayət partiya komitəsində işə dəvət olunub. O, səhiyyə və təhsil idarəsində kadrlar şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

asaXvmeNB3dZ6YFkkAOXVHktmATAKxa1Ec9OhniNb-NjTTqp9vpMwP21ipDmslSFsW1dDLAMU84gMjsZg_97jBJ_CCdOUBKAPFp4L42bkNM.jpg (89 KB)
1941-ci ildə müharibə başlananda Kovriginanın təşkilatçılıq bacarığı nəzərə alınaraq ona Çelyabinsk vilayət icraiyyə komitəsinin sədr müavini vəsifəsi həvalə edilib. Bu vəzifədə o, sahiyyə, təhsil, sosial təminat və mədəniyyət sahələrinə cavabdehlik daşıyıb. O cümlədən müharibə ərazilərindən Çelyabinskə təxliyə olunanların yerləşdirilməsi ilə bağlı bütün təşkilati məsələlər də Kovriginaya tapşırılıb.

Müharibənin ən çətin dövrü olan bir il ərzində Mariya Kovrigina Çelyabinskə təxliyə olunanlara bağlı bütün problemləri həll etməyə nail olmağı bacarıb. Tibbi xidmət, ərzaq və əşya təminatı, uşaqların təhsilinin davam etdirilməsi, yaşayış yerlərində minimum şəraitin yaradılması və s. üçün Kovrogina bütün gücünü səfərbər edib və hər hansı bir problemin yaranmasına imkan verməyib.

asaXvmeNB3dZ6YFkkAOXVHktmATAKxa1Ec9OhniNb-NjTTqp9vpMwP21ipDmslSFsW1dDLAMU84gMjsZg_97jBJ_CCdOUBKAPFp4L42bkNM.jpg (89 KB)

Mariya Kovriginanın fəaliyyəti, təşkilatçılıq bacarağı mərkəzin diqqətindən yayınmayıb. 1942-ci ildə Kremldə aparılan müzakirələrdən sonra Kovrigina SSRİ xalq səhiyyə komissarının ( səhiyyə nazirinin) müavini vəzifəsinə təyin edilib.
Müharibə gedən ölkədə səhiyyə sisteminin mükəmməl işləməsi ən vacib şərtlərdəndir. Bu məsulliyyəti dərk edən Kovrigina öz vəzifəsini kabinetdə deyil, işğaldan azad edilmiş ərazilərdə, səhra hospitallarında, təxliyə rayonlarında, uşaq xəstəxanalarında icra edib. O, bütün mümkün imkanlardan istifadə edərək istər döyüşçülərin, istərsə də mülki əhalinin normal tibb xidməti ilə təmin edilməsinə maksimum şərait yaradılmasına çalışıb.

Mariya Kovrigina 1950-ci ildə Rusiyanın səhiyyə naziri vəzifəsinə təyinat alıb və Mərkəzi Komitənin üzvü seçilib. 1954-1959-cu illərdə isə o, SSRİ-nin səhiyyə naziri olub.

kovrigina3.jpg (77 KB)
Kifayət qədər fəal olan nazir həm də sərt xarakteri ilə fərqlənib. İclas və müşavirələrdə nöqsan və təndiqləri dilə gətirməkdən çəkinməyən Kovrigina hətta İosif Stalinlə də açıq danışmaqdan çəkinməyib. O, atom sənayesinin ətraf mühitə təsiri ilə bağlı yaratdığı problemi Stalinlə müzakirə etməyi qərarlaşdırıb. Bunun üçün Korvigina Stalinin köməkçisi Poskrebışevə iki dəfə qəbulla bağlı müraciət edib. Amma hansısa səbəblərdən bir həftə Stalin naziri qəbul etməyib. Növbəti həftə Mərkəzi Komitənin iclasında nazir əl qaldıraraq söz istəyib. Onu tribunaya dəvət edəndə nazir buna ehtiyac olmadığını söyləyib:

- Mənim tribunadan çıxış etmək fikrim yoxdur. Mən sözümü buradan demək istəyirəm.

Nazirin ötkəm danışması Stalini təəccübləndirib:

- Mariya Dmitriyevna, əgər çıxış etmək istəyirsinizsə, buna zərurət varsa, buyurun tribunaya.

kovrigina4.jpg (70 KB)

- Yoldaş Stalin, burada çıxış etməyə zərurət yoxdur. Zərurət sizin qəbulunuzadır. Mən iki dəfə sizin köməkçinizə qəbulla bağlı müraciət etmişəm. Amma, görünür, siz ölkə səhiyyəsidə yaranmış problemlərin həllinə vaxt ayırmaq istəmirsiniz.

Stalin nazirin sərtliyinə bir az zarafat qatıb:

- Sizin nazir olduğunuz halda səhiyyədə ciddi problemlərin olmasına inanmaq istəməzdim. İclasdan sonra qəbula gələ bilərsiniz.

Elə həmin gün axşam saatlarında Stalin Kovriginanı qəbul edib. Nazir atom sənayesinin ətraf mühitə vurduğu zərərin qarşısını almaq üçün 100 min rubl vəsaitin ayrılmasını vacib sayıb. Stalin onu təmkinlə dinlədikdən sonra köməkçisinə tapşırıb ki, maliyyə naziri ilə onu calaşdırsın. Dəqiqələr keçməmiş telefon əlaqəsi yaradılıb:

- Arseni Qriqoryeviç, təcili olaraq Səhiyyə Nazirliyinə 100 min rubl vəsait ayırın.

Maliyyə naziri Arseni Zverev telefonda vəsaitin ayrılması ilə bağlı büdcə bölgüsündə qrafaya nə yazılacağını soruşanda Stalin qısa cavab verərək dəstəyi yerə qoyub:

- Yazın ki, Stalinin sifarişidir.

Beləliklə, Mariya Kovrigina əhalinin sağlamlığına ciddi ziyan vura biləcək bir məsələnin də həllinə nail olub.

kv09_0670002.jpg (66 KB)

Mariya Kovrigina nazir olduğu illərdə vərəm xəstəsi olan ailələrə əlavə mənzil sahəsinin ayrılmasına, 1936-cı ildə Stalinin abortlara qadağan qoyulması ilə bağlı qəraraın ləğq edilməsinə, çoxuşaqlı ailələrə xüsusi güzəşt və imtiyazların verilməsinə və səhiyyə sistemində bir çox yeniliklərə imza atıb.

Stalin Kovriginanın tələblərinin əsaslı və lazım olduğunu anlasa da, Nikita Xruşov nazirin sırf xidməti iddialarını qəbul edə bilməyib. 1957-ci ildə Mərkəzi Komitənin geniş tərkibli iclasında Mariya Kovrigina sənaye tullantıları ilə bağlı yerli partiya komitə rəhbərlərinin laqeyd münasibətini, birinci katiblərin bu məsələyə nəzarət etməmələrini tənqid edəndə, bu sərt çıxış Xruşovu qıcıqlandırıb və o, Mariya Kovriginanı "yetişməmiş kommunist” adlandırıb. Bununla da baş katiblə nazir arasında konfliktli münasibət yaranıb ki, bu da 1959-cu ildə Mariya Korviginanın nazir vəzifəsindən azad olunması ilə nəticələnib.

Mariya Kovrigina nazir vəzifəsindən çıxarıldıqdan sonra 1986-cı ilə qədər Həkimlərin Mərkəzi Təkmilləşdirmə İnstitutunda direktor vəzifəsində çalışıb.

kovrigina_md.jpg (143 KB)

Təqaüddə olduğu illərdə sabiq deputat-nazir elmi kitablarını çap etdirib.

Mariya Kovrigina 1995-ci ildə, 84 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

 
 


 

Azərbaycan Ordusunun Qarabağda qələbəsi və torpaqlarımızın azad edilməsi ilə bağlı razılaşmaya əsasən, Qarabağda sülhü qorumaq üçün əraziyə Rusiya sülhməramlıları gətirilib.


FED.az xəbər verir ki, rusiyalı hərbçilərlə bağlı optimist bəyanatlara baxmayaraq, Azərbaycan əhalisinin 99%-i rus hərbçilərinin sülhü təmin eləcəklərinə inanmır.
Bu Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğuda məlum olub.

Sorğudan məlum olub ki, Vətən müharibəsi dövündə əhalinin ən yüksək gözləntisi (90,6 faiz) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi ki, müharibənin sonunda da buna nail olundu. Başqa sözlə, Vətən müharibəsi əhalinin demək olar ki, mütləq əksəriyyətinin gözlədiyi kimi yekunlaşıb.

Sorğuda ən maraqlı nəticələr döyüşlərdən sonra bölgəyə yerləşdirilən sülhməramlı qüvvələrlə bağlı olub. Sorğuda iştirak edənlərin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən (yəni birlikdə olsalar) təmin edilə bilər.

Amma təkcə Rusiya qoşunlarının sülhmərmalı kimi sülhü təmin edəcəyinə inananlar cəmi 1 faiz təşkil edir. Türk ordusu üçün isə müvafiq olaraq göstərici 29.0%-dir.

Ümumiyyətlə, sorğu Azərbaycanda Türkiyəyə böyük rəğbətin olduğunu bir daha təsdiqləyib. Məsələn, Azərbaycan Bayrağı ilə bağlı sorğuda «Azərbaycanın Dövlət bayrağından başqa daha hansı dövlətlərin bayrağına simpatiya duyursunuz?» sualına respondentlərin 95,1 faizi Türkiyə cavabını seçib.

 
 


 
 
 
 
 
Project GLO

 

İdeologiya əsiri olub yeniləşə bilməyən xalqların iflasa uğraması labüddür.Xalqlar, millətlər o zaman inkişaf edir və dünyanın müasir toplumuna çevrilir ki, yaşatdığı zərərli dəyərlərdən uzaqlaşmağı bacarır.Bacara bilməyən millətlərin tale nümunələrinə tarixdə rast gəlmək mümkündür.
      
XX əsrdə ən zərərli və bəşəriyyətə böyük bəlalar gətirən iki əsas ideologiyası olub: bolşevizm, faşizm.Uzun illərin mücadiləsindən sonra bəşəriyyət bolşevizmdən xilas ola bildi və təəsüflər ki, onun zərərli fəsadlarından indinin özündə də əzab çəkməkdədir.
      
İkinci zərərli ideologiya faşizmdir.Bu ideologiyanın  ömrü isə  çox da uzun çəkmədi, İkinci Dünya müharibəsindən sonra faşizmin də demək olar ki, fəaliyyəti sona çatdı.1933-cü ildən Hitler başda olmaqla nasistlərin hakimiyyətə gəlməsindən sonra faşizmdən  əzab çəkmiş Almaniya kimi bir dövlət bu ideologiyadan uzaqlaşmağı bacardı, yeniləşdi, müasir dəyərləri həyat və inkişaf sisteminə daxil edə bildi.Faşizmdən uzaqlaşmağı bacaran almanlar  nəhayət,  1990-cı ilin 3 oktyabrında iki Almaniyanın birləşməsinə nail oldu. Nəticədə bu gün Almaniya faşizmdən uzaqda olan və dünyanın müasir dəyərlərə sahib, siyasi və iqtisadi baxımdan yüksək inkişaf etmiş dövlətidir.
  
Eyni situasiya İtaliya  xalqı ilə də yaşandı.1922-1943-cü illərdə Benito Mussolini hakimiyyətdə olduğu dövrdə dövlət idarəçiliyində faşizm ideyasına üstünlük verdi,1940-cı ildə Almaniya və Yaponiya ilə hərbi müttəfiqlik sənədi imzalayıb İkinci Dünya müharibəsinə qoşuldu və və ölkəni ağır duruma saldı.1943-cü ildə Mussolini hakimiyyəti devrildi, 1945-ci ildə İtaliya partizanları onu güllələdi.Bu hadisələrdən  sonra italyan xalqı faşizmdən uzaqlaşdı və 1946-cı ildə ümumxalq   referendumu əsasında İtaliya parlamentli Respublika elan olundu,  1947-ci ildə İtaliya Respublikasının Konstitusiyası qəbul edildi.Məhz bundan sonra İtaliya hüquqi və demokrtaik dəyərlərə əsaslanan bir yol seçdi, müasirləşdi, dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrildi.
       
Bir qədər fərqli sityuasiya yapon xalqı ilə də  baş verdi. Ikinci Dünya müharibəsində Yaponiyanın ABŞ-a müharibə elan etməsi, Böyük Britaniyanın mülkləri olan Honkonqa, Sinqapura  hücum etməsi  Yaponiyaya problemlər yaratdı.ABŞ tərəfindən   Xirosima və Naqasaki şəhərlərinin bombalanmasından sonra Yaponiya bütün diqqət və gücünü yeni dəyərlərə yönəltdi. 1947-ci ildəildə Yaponiya liberal demokratiyanı vurğulayan yeni konstitusiya qəbul etdi. Əsas diqqətini iqtisadiyytının inkişafına istiqamətləndirən Yaponiya bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir.
      
Təəssüflər ki, Ermənistan və ermənilər haqqında bu fikirləri söyləmək mümkün deyil.100 ildən çoxdur ki, "Daşnak” ideologiyasının zərərli viruslarını düşüncə və davranışlarında yaşadan ermənilər nəinki özlərinə, eyni zamanda  qonşuluqda yaşadıqları müsəlman və türk toplumuna da  böyük problemlər yaradır.Buraya əlavə etsək ki, onların xarakterinə çevrilmiş  bu zərərli "ideologiydan” hətta xristianlar(məsələn, onlarla sərhəddə yaşayan gürcülər)da əziyyət çəkit, onda ermənilər sonrakı taleləri haqqında ciddi düşünməlidir.Ermənilərin  artıq ümumi xarakterinə çevrilmiş qətliamlar, ərazi iddiaları, başqa irqdən və dindən olanlara kin və nifrət və s. zərərli  davranışlar tarixin arxivinə atılır və bu zehniyyətdən xilas ola bilməyən xalqlar yalnız məhvə məhkum edilir.
   
Qarabağ savaşındakı məğlubiyyətdən ermənilər ciddi dərs almalıdır.Əgər bir ay əvvəl  oğlunu azərbaycanlılara qarşı savaşa göndərən erməni anası bir aydan sonra göz yaşları axıdıb Azərbaycan prezidentindən kömək istəyirsə, oğlunun tapılması üçün    ondan  imdad diləyirsə, onda erməni xalqı hansı faciəyə düçar olduğunun fərqini başa düşməlidir.
      
2020 - ci ilin 10 dekabrında Bakıda keçirilən Zəfər Paradında cənab R.T. Ərdoğan və cənab İ.Əliyev birgə elan etdikləri "Altılıq platforma” sənədinə  Ermənistanın da qoşulması mümkünlüyünü bildirdilər.Əslində bu Ermənistanın inkişafı üçün açılan əhəmiyyətli qapıdır.Bu platformaya qoşulması Ermənistanın inkişafına  çox mühüm perspektivlər yaradır.Lakin Ermənistan öz zərərli ideologiya "vərdişlərindən” uzaqlaşaıb müasir dəyərlərə sahib ola biləcəkmi? Bunu zaman göstərəcək.

 
 


 

Müxtəlif rəngli maskalar problemli dəri olan yeniyetmələr üçün xüsusilə zərərlidir.

Koronavirus pandemiyası zamanı mütəxəssislər apteklərdə satılan birdəfəlik qoruyucu maskalar taxmağı məsləhət görürlər.

Qara və müxtəlif rəngli maskalar qoruma vasitəsi deyil, əksinə moda aksesuarıdır. Niyə mütəxəssislər rəngli maskalar taxmağı məsləhət görmürlər? Həqiqət budur ki, bu cür maskalar sintetik parçadan hazırlanır və qoruyucu filtrləri yoxdur. Bundan əlavə, rəngli boya allergik ola  və dermatitə səbəb ola bilər.

Mütəxəssislər modanı təqib etməməyi və adi birdəfəlik maskalar seçməyi məsləhət görürlər. Onlar pambıq parçadan hazırlanır, qoruyucu filtrlərə malikdir və dəriyə zərər vermirlər.

Bu arada unutmayın ki, bu cür maskalara boş yerə "birdəfəlik” deyilmir -  onları 4 saatdan çox taxmaq olmaz. Maska nəmlənən kimi dəyişdirilməlidir.

 
 


 

Əgər Qurani-Kərimdə düyünlərin açılması üçün bir resept axtarsaq, bu ayə qarşımıza çıxacaqdır: "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. ("Taha” 124).

Ayənin mənası budur ki, əgər dünyanın ən zəngin insanı olsan belə, Allahı yada salmırsansa – həyatın çətin olacaqdır. Ruhun hüzur tapmayacaqdır.

 

İnsan hər nə qədər sərvətə malik olursa-olsun, onun üçün yenə də azdır və nəyisə çatışmır. İnsan malik olmadıqlarına görə qüssə yeyər və əlində olanları itirəcəyinə görə isə narahat olar. Ancaq əgər insan Allahı hər bir halda yada salarsa, bu narahatlıq və qüssə onu tərk edər. İnsan təkəbbürdən, həsəddən, tamahdan və başqa rəzil sifətlərdən nicat tapar.

 

Əgər biz Allahı yada salsaq, Allah da bizi yada salacaqdır. Qurani-Kərimdə buyurulur: "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. ("Bəqərə” 152).

 

Bizim nə qədər Səni yada salmağa ehtiyacımız vardır, Allahım!

Ya Rəbb, bizləri o kəslərdən qərar ver ki, bir an belə Səni yada salmaqdan qafil deyildirlər!

İlahi, bizə nemətlərini görə bilən gözlər əta et!

Allahım, bizi dərgahında şükür edənlərdən qərar ver! Amin! (Həvzəh)

 
/Deyerler.org/

 
 


 

Bizim bədənimiz vitaminlərin sayəsində öz vəzifəsini yerinə yetirə bilir. Bu vitaminlərin əksər hissəsi yeyəcəklər vasitəsilə bədənə daxil olur.

Bizim ruhumuzun da vitaminə ehtiyacı vardır. Əgər ruhumuz lazımlı miqdarda vitamin qəbul etsə, özümüzü daha gümrah və daha şad hiss edərik. Əgər vitaminimiz az olsa, tənbəllik və süstlük özünü göstərər.

 

Psixoloqların nəzərinə görə ruhu qidalandırmağın yolları çoxdur. Onların təklif etdiyi yollar: gəzintiyə çıxmaq, həyatda stimula malik olmaq, dostlarla bir yerdə vaxt keçirtmək, sevdiyin işlərlə məşğul olmaq...

 

İmam Əlinin (ə) nəzərinə görə isə insan ruhunun vitamini – Allahı zikr etməkdir. Əziz İmam (ə) buyurur ki, Allahı yada salmaq – qəlbin nurani olmasına gətirib çıxardar. Allahı yada salmaq işlərində müvəffəq olmağa, daxilinin aydınlanmasına səbəb olar.

 

Hər kim Allahı çoxlu yada salarsa, bəsirət əldə edər.

Hər kim Allahı yada salarsa, fikirləri aydın olar.

Allahı davamlı olaraq yada salmaq – qəlbi və düşüncəni aydın edər. (Həvzəh)

 

Qurani-Kərimdə buyurulur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!" ("Rəd" surəsi, ayə 28.)

 

İmam Səccad (ə) "Əbu Həmzə Somali” duasında Allah Təalaya xitabən buyurur: "Ey mənim mövlam! Səni yad etməklə qəlbim dirilir və Səninlə münacat etməklə qorxu hissim (Səndən ayrılmaq qorxum) təskinlik tapır".

 

Uca Allah bizləri ruhunu qidalandıranlardan qərar versin!

 
 


 

Smartfonu çarpayının və ya yastığın yanına qoyub yatmaq bir çox insanlar üçün ciddi təhlükə yaradır. Bunlar hamilə qadınlar, körpələr, sinir sistemi pozulmaları və xroniki xəstəlikləri olan şəxslərdir.

Rusiyalı nevroloq Mariya İqnatova elektron vasitələrin radiotezlikli dalğalar yaydığı və bu dalğaların insan toxumalarından keçərək, orqanizmə, beyinə və sinir sisteminə mənfi təsir göstərdiyini bildirib.

O, bildirib ki, bir çox elmi nəticələr göstərib ki, bu şüalanma kişi və qadınlarda sonsuzluq, xərçəng və müxtəlif şiş xəstəlikləri, psixi və nevroloji pozuntular yarada bilir.

Elektromaqnit radiodalğalara daha çox ürək-damar xəstələri, immun sistem pozuntuları olanlar, hamilələr, körpələr həssasdır.

Gecələr telefonun mavi ekran işığı uşaqların gözlərini zəiflədir, beyninə təsir edir, bioloji ritmləri pozur, baş ağrısı yaradır, gözlərdə distrofiyaya səbəb olur.

Telefonu yatarkən göz önündən uzaqlaşdırmaq və ümumiyyətlə, yataq otağında saxlamamaq lazımdır. Əgər bu alınmırsa, yatan adamla telefon arasında azı 2-3 metr məsafə olmalıdır.
Axtarış
Xəbər lenti
Reklam