Yenə SMS, yenə izolyasiya olunmuş həyat, yenə sərt cəza tədbirləri...

Nyuton rəhmətlik isbat edib ki, hərəkət edən hər bir cismə təsir edən qüvvələrin gücü eyni deyil. Yəni, hərəkət edən cismi sabit saxlamaq üçün ona təsir edən qüvvələrin gücünün eyniləşdirmək lazımdır. 1 ilə yaxındır ki, bizdən əl çəkməyən, artan templə inkişaf edən pandemiya qarşısında olan qüvvə niyə bu qədər zəifdir? Pandemiyanın qarşısını almaq üçün atılan addımlar tək dərman və ya cəza tədbiri ilə mümkün deyil.

Sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi bir çox mövzulara aydınlıq gətirdi. Əgər ölkə əhalisini bir mövzu ilə bağlı inandıra bildinsə, bu xalq o işin həlli üçün ən dəyərlisindən belə keçir. Müharibə zamanı insanlar əllərində olan ən son azuqəsini belə cəbhəyə yollamaqdan çəkinmirdi, tərəddüd etmirdi. Ayağında cırıq ayaqqabı ilə gəzən yaşlı kişi, 180 manat pensiyasını belə cəbhəyə köçürürdü. Bir ailədən 2 uşağını şəhid verən ailələr belə, bu addımları üçün bir an belə tərəddüd etmədilər. Heş bir şəhid ailəsindən etiraz səsi gəlmədi...

İndi bu qədər fədəkarlıq edən bir xalqı COVİD-19 pandemiyası bağlı aparılan qabaqlayıcı tədbirlərdə aktiv şəkildə iştirak etməməkdə günahlandırmaq – ən azı insafsızlıqdır. Deməli, xalq bu mövzu ilə bağlı istədiyi mütməinliyi əldə edə bilməyib. Yaxud da bu istiqamətdə aparılan tədbirlərə inanmır və ya atılan addımları qənətbəxş hesab etmir. Hər şey sərt qaydalarla həll edilə bilməz.

Məsələn bu cəzaları protokollaşdıran polis işçilərinin də davranışı insanlarda aşkar şəkildə qıcıq yaradır. Sanki bu məsul şəxslərin işi daha çox cərimə yazmaq, daha çox insanın maska taxmamağını aşkar etməkdir. Hətta bir çox yerlərdə polislərə kömək edən mülki geyimli şəxslər belə, bu prosesə aktiv şəkildə qatılıb. Bütün bunlar isə bu fədəkar xalqın diqqətindən yayınmır. İnsanların maarifləndirilməsi deyil, cəzalandırılmasını əsas vəzifə bilən məmuriyyətin səmimiyyətinə bu xalqı inandırmaq mümkün deyil.

Polis işçiləri bəzən cərimə yazarkən, sanki bir cinayətkarla davranırmış kimi davranır, onu balaca uşaq kimi danlamaqdan belə çəkinmir. Bu davranış qaydası isə ümumiyyətlə qəbuledilməzdir. İnsanlara yanaşma tərzi, onlarla ünsiyyət qaydası – çox mühümdür. Mövzuları sərt cəza tədbiri olmadan belə, səmimi, içdən olan davranışlarla qismən yoluna qoymaq olar.

Təyyarəyə minənlər bilir ki, orada xidmət göstərən heyət, bunu təbəssümlə və zahirən çox səmimi şəkildə həyata keçirir. Bu işi o qədər ürəkdən edirlər və hər kəsə xüsusi olaraq elə diqqət edirlər ki, insanlar onları bəzən doğma birisi kimi qəbul edirlər.

Bu davranışın əsas hədəfi – sərnişinlərdə xoş bir əhval-ruhiyyə yaradaraq, şirkətin təhtəlşüur reklamını etmək, eləcə də, təyyarələrin oturacağına və digər aksesuarlara ziyan verməyin qarşısını almaqdır. Bu cür səmimi ortamda insanlar niyə əks reaksiya göstərsinlər ki? Eyni mövzunu restoranda xidmət edən ofisiantlara da aid etmək olar.

Yəni, deməyimiz odur ki, bu insanlar, qarşısında duran məmurun səmimiliyinə inanmır və bu, onda daha çox qıcıq yaradır. O da maskanı sadəcə cəzadan qorunmaq üçün taxır. Bu da gəldiyimiz nəticələr...

İlin əvvəlindən insanlara bir şey deyib, özləri tam fərqli davranışlar sərgiləyən məmuriyyətə inanmayan əhalidən fərqli davranışları gözləmək – sadəlövhlükdür.

Bu baxımdan bu istiqamətdə xidmət göstərən məmurların əxlaq normativləri, yazdıqları protokoldan öndə gəlməlidir ki, insanlar bu mövzuda da öz fədakarlıqlarını ortaya qoysunlar. Toplumun dəstəyini almadan, heç bir mövzuda qalib gəlmək olmaz. Xüsusən də, epidemiya kimi son dərəcədə mürəkkəb məsələdə.

Mətləb Həmzəli, "Dəyərlər"

 
 


 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər komandası koronavirusun mənbəyini axtarmaq üçün 2021-ci ilin yanvarında Çinə yola düşəcək.

Bu barədə missiyanın üzvü Fabian Lenderts bildirib.

O, qeyd edib ki, ekspertlər artıq Çin alimləri ilə müzakirəyə başlayıblar. Ehtimal ki, ÜST mütəxəssisləri Uhana gedəcəklər.

"Bu, təqsirkar ölkəni tapmaq üçün deyil. Bu, nəyin baş verdiyini anlamağa çalışmaq üçündür ki, sonra baxaq görək, gələcəkdə bu informasiya əsasında riski azaltmağa çalışa bilərikmi", - Lenderts deyib.

Mütəxəssislər virusun ilk dəfə qeydə alınmasından əvvəl dövr edib-etməməsini müəyyənləşdirmək istəyirlər. Həmçinin onlar Uhan şəhərində virusun heyvandan insana ötürüldüyü mümkün yeri - bazarı öyrənəcəklər.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında məhz Uhan şəhərində qeydə alınıb.

Pandemiyanın başlanğıcından dünyada 72 milyon koronavirus xəstəsi qeydə alınıb, virusa yoluxmuş 51 milyon pasiyent sağalıb, 1,6 milyondan çox insan infeksiyanın qurbanı olub.(

 
 


 

İngiltərədə Portsmouth Universitetinin professorları David Martill və Robert Smitin rəhbərlik etdiyi  qrup toyuq boyda bir dinozavr kəşf edib.

 110 milyon il əvvəl yaşayan  "Ubirajara jubatus"adı verilən dinozavrın qarşı cinsi cəlb etmək və ya düşmənlərini qorxutmaq üçün boynunda xüsusi tükləri olduğu bildirilib.

Dinozavrın çiyinləri üzərində olan sərt zolaqların özünəməxsus olduğu hesab edilərkən, hər bir zolağın ortasında kiçik kəskin bir çıxıntının olduğu ifadə edilib.

 
 


 

Üzərliklə yapon matça yaşıl çayı xəstəlik riskini azaldır və ömrü  uzadır. 

Hindistanda üzərlik əsrlərdir ədviyyat və dərman bitkisi kimi istifadə olunur. Bu məhsulun bir xörək qaşığı gündəlik marqans dəyərinin 26 faizini, dəmir dəyərinin 16 faizini və C vitaminini ehtiva edir. Bundan əlavə, üzərlik iltihab əleyhinə xüsusiyyətlərə malikdir və çox güclü bir antioksidan sayılır. Matça çayı zəngin bir antioksidan mənbəyi olaraq da bilinir – o, özündə bu maddələrin xüsusi bir sinfini, yəni katexinləri ehtiva edir. 

Beləliklə, üzərlik və matça çayının kokteyli zəifləmiş immuniteti gücləndirməyə, ciddi xroniki xəstəliklərin qarşısını almağa kömək edir və eyni zamanda qocalma prosesini ləngidə biləcək güclü bir antioksidandır.

 
 


 

Həzrət Rəsulallahdan (s) nəql edilən bəzi hədislərin, şərhə xüsusilə ehtiyacı var. Bu hədislərdən biri də Rəsulallahın (s) ölümlə bağlı nəql etdiyi hədisdir.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Elə iş gör ki, sanki heç bir zaman ölməyəcəksən. Elə qorxu içində ol ki, sanki sabah öləcəksən”.

 

Bu hədis bizə dünyada Allah bəndəsi kimi yaşama şifrəsini verir.

Rəsulallah (s) bu hədislə daxilimizdəki gizlin qalan qərizələrimizin işlək hala gətirilməsi üçün mübarək bir göstəriş verir. Bəzi hədislərdə qeyd edilir ki, "Əgər sabah Qiyamətin olacağını belə yəqinin olsa, əlindəki fidanı yerə basdır”.

İnsan dünyanın mərkəzinə özünü qoyub, ətraf aləmin onun ətrafında dövr etdiyini düşünməməlidir. Bu gün istifadə etdiyi bir çox şeylərin məhz kimlərinsə mirası olduğunun fərqinə varmalıdır. Əsrlərdən bu yana gələn karvansaralar, mədrəsələr, məscidlər və bir çox digər tikililər məhz bu təfəkkürlə yaşayan insanların mirasıdır.

 

Bir qarın ac, biq qarın tox yaşayan insanlar elə tikililərin əsasını qoyublar ki, insan bu gün də onların bərəkətini hiss edir. Məsələn "Təzə Pir” məscidini inşa etdirən zaman Nabat xanım Aşurovanın 110 yaşı var imiş. Tikinti başa çatandan cəmi 7 il sonra da xanım vəfat edib.

"Göy Məscid” kimi tanınan "Əjdərbəy” məscidinin tikintisini 55 yaşlı Hacı Əjdər bəy Aşurov öhdəsinə götürüb. Tikintini reallaşrandan 10 il sonra dünyasını dəyişib.

Bütün bu işlərin önündə gələn Hacı Zeynəlabidin Tağıyevin isə işlərinə diqqət etsək, mövzunu daha yaxşı anlamaq olar. Bu gün dünyanı gözəlləşdirən amil – məhz bu təfəkkürlə yaşayan insanların fəaliyyətləridir.

 

Bu məqamda bir sual yarana bilər. Belə ki, bir çox halal-haram bilmədən sərvət toplayan günah əhli də elə məhz bu təfəkkürlə yaşayır. Yəni, onların da davranışlarına baxdıqda, elə düşünürsən ki, onlar da əbədi yaşamaq iddiasındadır...

 

Bu hədisə əməl etmək – bir tərəfdən yorulmaq bilmədən bəndəlik yolunda fəaliyyət göstərən iman əhlini ortaya çıxartdığı halda, digər tərəfdən dəniz suyu içirmiş kimi dünya sərvəti toplayan insanları da ortaya çıxarda bilərmi? Təbii ki, cavab – "xeyr!”dir. Bu iki qrup arasında ciddi fərq yaradan – məhz hədisin ikinci hissədirir.

Sərvət toplayan o insanlar hədisin digər hissəsini nəzərə almadan yaşamağa üstünlük veirirlər. Belə ki, hədisin ikinci hissəsi məhz birinci hissəsini nəzarətdə saxlayan mühüm nöqtədir. Görülən işlər axirət istiqamətli olmalı və etdiyimiz əməllərin bir gün haqq-hesabını verəcəyimizi düşünməliyik.

Ümumiyyətlə gördüyümüz bütün işlərdə mütləq nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmiləri arasında ən effektlisi isə təbii ki, bizə kölgəmiz qədər yaxın olan ölüm xofudur.

 

İlahi, bizə ölümü daima xatırlamağaı nəsib et!

 

Mətləb Həmzəli, "Dəyərlər".

 
 


 
 
 
 
 
Ad - 00:01
Mars

 

Uzaq məsafələri qət etmək baxımından ən əlverişli və rahat nəqliyyat vasitəsi təyyarədir. Təyyarələr böyük sürətlə hərəkətetmə və çox sayda sərnişin daşıma xüsusiyyətinə malikdir. Sosial statusundan asılı olmayaraq hər kəs uzaq məsafələrə məhz təyyarə ilə getməyi üstün tutur. Beynəlxalq konvensiyalarla tənzimlənən uçuş marşrutları  ölkələrin hava məkanı üzərindən həyata keçirilir. Bu baxımdan maraqlı bir sual doğur: Görəsən hansısa bir hamilə qadın təyyarədə, uçuş zamanı körpə dünyaya gətirərsə, doğulan uşaq hansı ölkənin vətəndaşı hesab olunur? Valideynin vətəni əsas götürülür, yoxsa doğuş zamanı üzərindən uçduğu ölkənin vətəndaşlığı qəbul olunur? Bu məsələyə təkcə təyyarəni yox, beynəlxalq miqyasda hərəkət edən qatar və gəmi nəqliyyatını da aid etmək olar. Bakı Dövlət Universitetinin hüquq fakultəsinin dosenti Rahim Məmmədov Moderator.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı 2 yanaşma mövcüddur. 
"Azərbaycan Respublikasına mənsub olan təyyarədə Azərbaycan respublikası vətəndaşı doğulursa bizim qanunun tələblərinə görə həmin şəxs Azərbaycan vətəndaşlığını alır. O ki, qaldı xarici vətəndaşın məsələn ingilis vətəndaşıdır, bizim aviasiya gəmimiz vasitəsilə Azərbaycana səfər edir, gəmidə qadın uşaq doğursa, belə halda təbii ki, uşağın valideyninin mənşəyi məsələsi var. Qanunvercilikdə vətəndaşlıq şəxslə dövlət arasında qurulmuş hüquq və vəzifələrin mövcudluğunu təzahür etdirən əlaqə hesab olunur. Bu səbəbdən də vətəndaşlığın verilməsində qarışıq prinsip tətbiq olunur ki, bunlar da qan və torpaq adlanır. Məlum olduğu kimi qan prinsipi ailə əsasında yaranır. Torpaq prinsipi isə körpənin doğulduğu ərazi ilə bağlıdır ki, burda da əsas seçim valideynlərin özünə buraxılır” deyə hüquqşünas bildirib.
Hüquqşünas deyir ki, dünyanın bir çox ölkələrində torpaq amili əsas götürülür. Məsələn ABŞ, Kanada, Avstraliya, Argentina, Çili və s. kimi ölkələrdə xarici ölkə vətəndaşı doğularsa həmin şəxsə vətəndaşlıq verilir. 

"Bəzi dövlətlərin ərazisi çox böyük olduğundan əhalinin yerləşmə səviyyəsi seyrəkdir. Buna görə də torpaq prinsipinə daha çox istinad edirlər. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 20-ci əsrin 70-ci illərinə qədər Argentinada torpaq prinsipi əsasında əcnəbi vətəndaşların Argentinada doğulmuş uşaqlara valideynin razılığı olmadan belə torpaq prinsipi əsasında vətəndaşlıq verməsi sonradan müəyyən dövlətlərin narazılığına səbəb oldu və bu narazılıq götürüldü. Xatırladım ki, vətəndaşlıq məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 52 və 53-cü maddələri, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" 1998-ci il tarixli qanun və bir çox beynəlxalq sənədlərlə nizamlanır.

 
 


 

Yeni elmi tədqiqatın nəticələrinə görə, C vitamini ağır və orta formalı koronavirus xəstələri üçün xilas ola bilər.

Bu vitamin ciddi simptomları zəiflədə bilər.

"Nutrients" jurnalı C vitamininin koronavirus müalicəsində effektivliyi barədə hesabat dərc edib.


Müəlliflər 100 elmi tədqiqatı araşdırıb, bir nəticəyə gəliblər: C vitamin COVİD 19 xəstələrinin həyatını xilas edə bilər və ağır simptomları yüngülləşdirir. Yüksək dozalı vitamin C steroidlərlə müalicədən daha təsirli və ziyansızdır. Belə ki, alimlər Deksametazon qəbul edən və C vitamin infuziyası olan xəstələrin müqayisəsi aparılıb.

Müəyyən olunub ki, insan infeksiya ilə mübarizə aparanda vitamin C intensiv olaraq çox istifadə olunur və immune sistemə bu vitamin çox vacibdir. Orqanizm özü daxildə bu vitamin sinrez edə bilmir, ona görə mütləq xaricdən yüksək dozada qəbul olunmalıdır. Koronavirusu ağır keçirən xəstələrdə bu vitamin kəskin azalır, tükənir. İnsanda bu vitamin çatışmayanda ağır Sinqa xəstəliyi yaranır.

Bu zaman kovid xəstələri ağırlaşır, virus orqanizmə qalib gəlir.

Nəticələr göstərib ki, reanimasiya şöbəsinə daxil olan ağır xəstələrdə də məhz Sinqa, yəni kəskin C vitamin çatışmazığı olub.


"Sinqadan xilas olmaq üçün təcili yüksək dozalı C vitamini vermək lazımdır. O ağciyərlərdə və bədəndə ola iltihab prosesinin yumşalması üçün də vacibdir” – deyə professor Pol Marik deyib.


C vitamin, steroid dərman və antikoaqulyantların birlikdə tətbiqi koviddən ölümü və ağırlaşmanı kəskin aşağı sala bilər.

 

Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-liseyin fəaliyyəti nümunəvidir - foto

 

 

 

 

 

"Beşikdən qəbrədək elm öyrənin”

Hz.Məhəmməd (s.ə.s) Peyğəmbər

… Bu yolu bütün insanlar keçiblər və yenə keçirlər. Elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşməsin və müəllimindən elm, öyüd-nəsihət almasın. Çünki bu özü bir ömür yoludu və bu ömür yolunu çoxları addımlamağa məcburdur. Samux rayonunda da zamanından və məkanından asılı olmayaraq, bütün dövrlərdə təhsilə, elmə və tədrisə böyük önəm verilib. Elə məhz bunun nəticəsidir ki, rayonun müxtəlif orta məktəblərini bitirən məzunların çoxu ali məktəb tələbəsi adını qazanıb…

Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-liseyin fəaliyyəti haqqında oxucuları tanış etmək istəyirik. Sözügedən təhsil müəssisəsinin direktoru Bəsti xanım Mahmudovadır. Onun işlədiyi təhsil ocağı nümunəvi məktəb kimi tanınıb və Bəsti müəllimə həm müəllimlərin, həm də şagirdlərin yaddaşında bacarıqlı, tələbkar və xeyirxah bir ziyalı kimi qalıb. 

 

Qısa tanışlıq: Bəsti Mahmudova 1956-cı ildə doğulub. 1978-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olub. 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. 1993-cü illərdə tədris işləri üzrə direktor müavini işləyən Bəsti müəllimə 2003-cü ildən Samux rayonu Qarayevi qəsəbəsi 1 saylı məktəb-liseyin müdiri kimi məsul vəzifədə çalışır. Rəhbəri olduğu təhsil müəssisəsində 100 nəfər işçi, 744 nəfər şagird var.

Bəsti xanım həm də üç gözəl övladın anasıdır.

Bəsti müəllimə ilə söhbət zamanı öyrəndik ki, rayonda məktəblərdə yaradılmış yüksək nizam-intizam onu deməyə əsas verir ki, bu təhsil ocaqlarında savadlı, əxlaqlı şagirdlər yetişdirməklə yanaşı, vətənpərvər, millətini və xalqını sevən insanlar da hazırlanır. Deməli, biz pedaqoqların, müəllimlərin üzərinə böyük məsuliyyət hissi düşür. Bir qayda olaraq, müsabiqələrdə, olimpiadalarda qalib adını qazanan şagirdlər Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılırlar.

 

Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-liseyin fəaliyyəti nümunəvidir - foto

 

 

Təsadüfi deyil ki, təhsildə göstərdiyi nümunəvi xidmətlərinə, əldə edilən nailiyyətlərə görə Bəsti Mahmudova Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" medalına layiq görülüb.

Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-liseyin direktoru Bəsti müəllimə başda olmaqla, məktəbin bütün müəllim və şagird heyətinə uğurlar diləyərək, səmimi duyğularımızı bildiririk!

 

 


 

P.S. Yuxarıda sadaladığımız gözəl nəticələrinə görə Bəsti xanım Mahmudovanı "qaynar-xett.az” informasiya portalının dostu adına layiq gördük.

 

 

Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-liseyin fəaliyyəti nümunəvidir - foto

 


Zaur Əhmədov


 

 


 
 


 

İnsan orqanizmi üçün faydalı olmasına baxmayaraq, çox yeyildikdə sarımsaq sağlamlığa ciddi ziyan vura bilər.

"Report" xəbər verir ki, bunu diyetoloq İnna Zaikina "Komsomolskaya Pravda" ya müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, mədə xorası, pankreatit, öd daşı xəstəliyi olan insanlar çox sayda sarımsaq qəbul etməməlidir.

Bunun səbəbi sarımsağın xəstəlik simptomlarını ağırlaşdıra bilən mədə şirəsi və öd ifrazını stimullaşdırmasıdır.

 
 


 

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həlak olmuş 103 hərbi qulluqçusunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub.
Axtarış
Xəbər lenti
Reklam