
Azərbaycan Dövlət Aqrar Universiteti yenidən təşkil olunur.
APA cəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Aqrar Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
"Azərbaycan Dövlət Aqrar Universitetinin Nizamnaməsi” təsdiq edilib. ADAU-nun nizamnamə fondu 36 milyon 469 min 599 manatdır.
ADAU-nun əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
ADAU-nun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
ADAU ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. ADAU-nun əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır. ADAU əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirlik ilə razılaşdırmaqla həyata keçirir.
ADAU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADAU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
ADAU-nun maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir. ADAU bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün ADAU Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
ADAU-nun bu Nizamnamədə göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
ADAU-nun fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.
Kənd Təsərrüfatı Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Bakıda bir qədər əvvəl güclü zəlzələ olub.
"Qafqazinfo” xəbər verir ki, zəlzələ paytaxtla yanaşı bir neçə rayonda da hiss olunub.
Təxminən saat 08:16 radələrində baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Zəlzələnin təsiri ilə bağlı sosial şəbəkələrdə də xeyli sayda paylaşım edilir.
***
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo”ya bildirilib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ baş verib.
Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu zəlzələ ilə bağlı yeni məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı son məlumata görə, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.
Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar isə işlək vəziyyətdədir:
"Qeyd edək ki, "Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir”.

Son günlər Bakı Metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.
Məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni”QSC ilə əlaqə saxlayıb.
Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropolitenin səlahiyyətinin xaricində olan məsələdir:
"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir”.
Qeyd edək ki, ötən günlərdə "Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

Elan saytlarında qiyməti 500 min manat civarında olan evlər görmək mümkündür.
Publika.az xəbər verir ki, ekspertlərin fikrincə, fərdi yaşayış evlərinin, bağ evlərinin yüksək qiymətlərə təklif olunmasına səbəb adətən həm tikintisində istifadə olunan materiallar, həm də yerləşdiyi ərazi olur.
Belə qiymətləri xüsusilə dənizə yaxın yerləşən villalarda görmək mümkündür ki, bu da qiymətlərin mövsümi olaraq dəyişməsinə səbəb olur.
Əmlak eksperti Ramil Osmanlı "Xəzər Xəbər"ə bildirib ki, sözügedən əmlak növü yayda sahiblərinə daha çox gəlir gətirdiyindən qiymətləri də 50 min manata yaxın artır. Hətta əmlakın dəyərinə görə bu rəqəm daha çox ola bilir.
O qeyd edib ki, dənizə yaxın olmasa da, şəhərin mərkəzi küçələrində də kifayət qədər böyük qiymətə təklif olunan fərdi yaşayış evləri var. Lakin fantastik görünsə də, onların qiyməti ötən dövrlə müqayisədə indi daha ucuz təklif olunur.
Ekspert əlavə edib ki, qiymət artımının olduğu dönəmdə sahibləri bahalı əmlaklarını sata bilmədiklərindən indi nisbətən aşağı məbləğə təklif edirlər. Ümumilikdə isə əmlak bazarında qiymətlər son 2 aydır stabil olaraq qalıb.

ÜST alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasını tövsiyə edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əksər ölkələrin sağlam həyat tərzinin təbliği üçün vergi mexanizmlərindən düzgün şəkildə istifadə etmədiyini müəyyənləşdirib, alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasına çağırıb.
"Turantv.az” Report-a istinadən xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Təşkilatın Cenevrədəki baş qərargahı əksər ölkələrin bu vasitədən sağlam həyat tərzini stimullaşdırmaq üçün istifadə etmədiyinə diqqət çəkib.
Ümumilikdə hər il dünyada 2,6 milyon insan alkoqoldan, 8 milyondan çox insan isə qeyri-sağlam qidalanmadan ölür.
ÜST-nin qeyd etdiyi kimi, 108 ölkə tərkibində şəkər olan içkilərin müəyyən növlərinə vergi qoyub. Azı 148 ölkə milli səviyyədə spirtli içkilərə aksiz vergisi tətbiq edib. Eyni zamanda, azı 22 ölkədə şərab aksiz vergisindən azaddır ki, onların da əksəriyyəti Avropa qitəsindədir. Dünyada ən çox satılan pivə brendinin qiymətində orta hesabla aksiz vergisinin payı 17,2 % təşkil edir.
Təşkilat 2017-ci ildə apardığı araşdırmanı xatırladıb: "Alkoqol qiymətlərinin 50 % artırılması 50 il ərzində 21 milyondan çox ölümün qarşısını alacaq və təxminən 17 trilyon dollar əlavə gəlir əldə ediləcək.
ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rudiger Kreç deyib ki, qeyri-sağlam məhsulların vergiyə cəlb olunması ictimai sağlamlığın yaxşılaşdırılmasına kömək edir, həmçinin zorakılıq və yol-nəqliyyat xəsarətlərinin qarşısını alır.

"Yaxın zamanlarda böyük yaşlı əhalinin qızılca xəstəliyinə qarşı peyvəndinə start veriləcək”.
Publika.az xəbər verir ki, bu fikri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
O, bildirib ki, tezliklə böyüklərin imunlaşdırılması üçün Azərbaycana peyvənd materiallarının gətirilməsi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, qızılcaya yoluxan xəstələrin 95%-i peyvənd olunmayan uşaqlar və məktəblilərdir:
"COVID-19” dönəmində peyvəndə qarş neqativ münasibət, bu gün qızılcaya qarşı peyvənddən yayınmanın başlıca səbəbidir. Bir çox uşaq isə, valideyn səhlənkarlığının qurbanı olur”.
İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub.
"Turantv.az” xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, 2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.
Azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.
Xəstə süni tənəffüs aparatına qoşulub.
Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.
Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.

Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında uşaqlara vurulan peyvəndlərin Hindistandan gətirilməsi, tərkibinin keyfiyyətsiz olması, bu səbəbdən valideynlərin özəl xəstəxanalara üstünlük vermələri barədə iddialara münasibət bildirib.
Nazirlikdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın həm dövlət, həm də özəl tibb müəssisələrində peyvəndlər milli peyvənd təqviminə əsasən 6 yaşınadək uşaqlara vurulur:
"2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.

Dövlət Statistika Komitəsinin (DSK) yeni iş yerləri ilə bağlı son məlumatları məşğulluq bazarında ciddi disbalans və paytaxt regionuna əhəmiyyətli meylin olduğunu üzə çıxarıb. Hesabatlardan aydın olur ki, işlə təmin olunanların ən böyük payı ölkənin əsas şəhərindədir.
DSK bildirir ki, bu ilin doqquz ayında, yəni yanvar-oktyabr aylarında respublikada 60,9 min yeni iş yeri yaranıb ki, bu vakant iş yerlərinin 92,6 faizi paytaxt rayonunun payına düşür. Sadəcə olaraq, hər beş yeni iş yerinin dördü paytaxtdadır.
Yeni iş yerləri portfelində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payı müvafiq olaraq 1,2% və 0,9% təşkil edir.
Statistika bu müddət ərzində bağlanan iş yerləri barədə də məlumat verir: hesabat aylarında qeyd olunan rəqəm 10,8 min təşkil edib ki, burada da ixtisarların demək olar ki, yarısı – 43,6 faizi dövlət sektorunun payına düşüb.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Cəmiyyətinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov AYNA-ya açıqlamasında deyib ki, respublika regionlarının sosial-iqtisadi inkişafı çərçivəsində dövlət tərəfindən bir sıra proqramların həyata keçirilməsində uğur qazanılıb: "Ötən il ərzində regionların inkişafında ciddi irəliləyişlər olub. İndi işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra regionlara diqqətin artırılmasının, eləcə də bu istiqamətdə qəti addımların atılmasının vaxtı çatıb: kiçik və orta sahibkarlığın inkişafına sərmayələrin cəlb edilməli, yeni istehsal və emal müəssisələri yaradılmalıdır. Biznesi və istehsalı inkişaf etdirməklə işsizlik və qeyri-neft büdcə gəlirləri problemi həll olunur”.
"Ölkənin regionlarında qeyd-şərtsiz artım və inkişafa baxmayaraq, əhali iş tapmaqda çətinlik çəkməsi səbəbindən yenə də paytaxta can atır. Paytaxt rayonuna gələn kənd sakinlərinin monitorinqi və sorğular işsizliyin mənzərəsini yaradır. İnsanlar əsasən iş dalınca ölkənin əsas şəhərinə üz tuturlar. Bu isə ciddi problemdir, çünki insanlar yaşadıqları yerlərdə iş tapa bilmirlər”, – deyə alim bildirib.
Yusifovun sözlərinə görə, problemin konturlarını Azərbaycanın ümumi daxili məhsulunun formalaşmasının coğrafi strukturu və dövlət büdcəsinə daxilolmalar cızır: "Orta hesablamalara görə, ölkə iqtisadiyyatının 90 faizə qədəri Abşeronda cəmləşib. Dövlət xəzinəsinə proqnozlaşdırılan 34 milyard 173 milyon manat gəlirin yalnız 773,1 milyon manatı və ya 2,3 faizi yerli mənbələrdən əldə olunan gəlirlərdir. Dövlət xəzinəsinin 36 milyard 763 milyon manatlıq xərclərinin 782,5 milyon manatı və ya 2,2 faizi həmin sahələr üzrədir. Dövlət büdcəsinin gəlir və xərclərinin bu mənzərəsi regionlarda niyə iş yerlərinin az olması sualına real cavabdır. Problemin həllinin əsas yolu regionlarda kiçik və orta biznesin maliyyə inklüzivliyini təmin etməkdir, çünki bu, iqtisadiyyatın mühərrikidir”.
Ekspert qeyd edib ki, kreditlərin alınmasında çətinliklər və ya həddindən artıq yüksək bank faizləri biznesin həyata keçirilməsinə mane olur: "Maliyyə strukturları 15-18 faizlə kredit verir, istehsal və ya emal müəssisələrinin orta gəlirliliyi ən yaxşı halda 10-12 faiz təşkil edir. Ölkənin illik ÜDM-i 134 milyard manat olduğu halda, bir neçə yüz milyon manat güzəştli kreditlər milli iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznes üçün kifayət deyil. Eyni zamanda, ölkənin ÜDM-dən artıq olan valyuta ehtiyatları var ki, bu ehtiyatlardan respublikanın regionlarında biznes layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin təşkili üçün güzəştli və uzunmüddətli kreditlər şəklində istifadə oluna bilər”.
Mövzu barədə AYNA-ya danışan iqtisadçı ekspert Akif Nəsirli əmək bazarındakı disbalansı özəl biznesin zəif inkişafının nəticəsi hesab edir: "Ona görə də məşğulluq bazarında vəziyyətin yaxşılaşdırılması üçün ən yaxşı variant sahibkarlığın inkişafı üçün şəraitin təşkil edilməsidir. Bunun üçün isə mülkiyyət hüquqlarının təminatları təkcə qanunlarda deyil, həm də reallıqda olmalıdır”.
"İş yerləri biznes tərəfindən yaradılır, ona görə də ilk növbədə onun inkişafı üçün şərait yaratmaq lazımdır. Bunun üçün bazarın inhisarlaşdırılması problemini həll etmək və əlverişli biznes mühitini təşkil etmək, qanunların aliliyini, məhkəmələrin müstəqilliyini təmin etmək, mülkiyyət hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar bu hüququn toxunulmazlığına arxayın olmalıdırlar”, – deyə mütəxəssis vurğulayıb.
Nəsirlinin sözlərinə görə, sahibkarlarımızın xarici ölkələrə üstünlük verməsinin əsas səbəbi orada bütün bu şərtlərin təmin olunmasıdır: "Bu arada, müstəqil məhkəmələr biznesə lazımdır ki, lazım gələrsə, öz hüquqlarının pozulmasını sübut etsin və ədaləti bərpa etsin. Burada yerli və xarici iş adamları arasında yaranan əsas problemləri aradan qaldırmaqla respublikamız qısa zamanda Avropanın qabaqcıl ölkələrindən birinə çevrilə bilər”.
Müəllif: Emma Rzayeva – Mənbə: AYNA.az
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar