(19-09-2023, 15:59)

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədovdur.
Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi Vaqif Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vaqif Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Vaqif Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vaqif Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Vaqif Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Vaqif Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Vaqif Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vaqif Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəmkir çay Su Anbarı və magistiral kanalların istismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vaqif Məmmədov özünü doğruldub. Bizdə hörmətli Vaqif Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
(18-09-2023, 10:26)
(18-09-2023, 10:10)
Bu gün yazımıza Ulu Öndər Heydər Əliyevin məşhur bir sözü ilə başlamaq istəyirəm.
"Sahibkarlığın
inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar
iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər
Əliyev ölkənin gələcək iqtisadi inkişafını məhz Sahibkarlıq sahəsi ilə
bağlı olduğunu vurğulayırdı.
Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişaf strategiyası dövlət-sahibkar münasibətlərində xeyli irəliləyiş əldə olunmasına şərait yaratdı. Ümumilli liderin hələ o dönəmdə əsasını qoyduğu sahibkarlıq sahəsi bu gündə ölkəmizdə günü-gündən inkişaf edir.
Bu gün haqqında danışmaq istədiyim sahibkarda öz işinin peşəkarıdır. Söhbət Məhərrəmov İlham Mustafa oğlundan gedir. İmişli rayon Ziyalımız və sahibkarımız 25.08.1984-cü ildə anadan olmuşdur.
İlham müəllim xeyriyyəçilik əməlləri ilə də tanınır. Kömək edib, el tutduğu insanların sayı hesabı yoxdur. 44 günlük Vətən müharibəsində əsgərlərimizə yüksək diqqət və qayğı göstərmiş, maddi və mənəvi hər zaman onlara dəstək olmuşdur.
İlham müəllim özü də bu gün şəhid və qazi ailələrinə hər daim dəstək olur, onların problemlərinə öz növbəsində əlindən gəldiyi qədər yardım etməyə çalışır.
Ümumiyyətlə o, insanlara göstərdiyi qayğıkeşliyi, diqqəti ilə sayılıb seçilən bir insandır.
Bizdə öz növbəmizdə Direktorumuz Zaur müəllim başda olmaqla Redaksiyamız adından İlham müəllimə dövlət və dövlətçiliyimizə verdiyi əvəzsiz xidmətlərinə görə təşəkkür edir, ona uzun və sağlam ömür arzu edirik.
(16-09-2023, 16:22)
(16-09-2023, 12:22)
(16-09-2023, 10:36)

Valideynlər dərsdən əlavə hazırlıqların qiymətlərinin baha olmasından narazıdırlar.
"Fərdi dərsləri 100-150, qrup dərsləri isə 50-60 manatdır”, - deyə valideynlər qeyd ediblər.
Məsələ ilə bağlı Baku TV repetitorluqla məşğul olan müəllimlərdən bir neçəsi ilə əlaqə saxlayıb.
Müəllimlər artıq fərdi hazırlıq üçün yer olmadığını bildirirlər.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Sabah yağış yağacaq, külək əsəcək.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
APA xəbər verir ki, sentyabr 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 73 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron ərazisində, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşanlardır.

Bu gün Azərbaycanda Bilik Günü kimi qeyd olunur.
Oxu.Az xatırladır ki, 2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi.
Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunub.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. 114 484 şagird məktəbəqədər təhsilə cəlb olunacaq. 135 000 şagird birinci sinifdə təhsil alacaq. 80 273 şagird məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

Məktəbli formaları ilə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, bəzi məktəb direktorları valideynlərdən tələb edib ki, övladlarına məhz üzərində məktəbin loqosu olan geyimlər alsınlar.
Publika.az xəbər verir ki, yeni tədris ilinə bir gün qalmış belə bir tələblə qarşılaşan valideynlər çıxılmaz durumda qalıblar. Bununla bağlı sosial şəbəkələrdə etiraz dolu paylaşımlar edən valideynlər loqolu geyim tələbinin anlamını çözə bilməyiblər.
Aydındır ki, məktəbli formalarının seçilməsi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir.
Amma formanın üzərində məktəb loqosunun olmamasına görə şagirdin dərsə buraxılmaması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bizim.media-ya danışan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbin adının məktəbli formasının üzərində olmasının hər hansı bir ziyanı yoxdur:
"Loqo məktəblərin seçilməsi və ya bir-birilərini tanıması baxımından niyə də pis olsun ki? Bu, normal haldır və həmin loqo adi yapışqan kimi geyimin üzərinə vurula bilər. Bəzən loqo məktəbli geyiminin üzərinə tikilmir”.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov isə, ümumiyyətlə, loqolu məktəb forması istehsal etmədiklərini qeyd edib:
"Bizdə heç bir məktəbin loqosu hazırlanmır. Loqo məktəbin öz işidir və onu məktəb vurur. Bizdə loqo ilə məktəbli forması tikilmir. Nə də hansısa məktəbdən sifariş alırıq”, - deyə Etibar Əzimov əlavə edib.























