Oğuz sakini qətl törətməyə getdiyi yerdə özü öldü TƏFƏRRÜAT


Oğuz rayonunun Mollalı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı Toğrul  Kərimovu 3 gün əvvəl odlu silahla öldürən şəxsin əvvəllər məhkum edilmiş 31 yaşlı Pərvin Məmmədov olduğu müəyyən edilib.

İddiaya görə, onlar arasında borc məsələsi olub. Toğrul Kərimov həmkəndlisi olan Pərvin Məmmədovu 3 gün əvvəl meşəlik əraziyə aparıb. Toğrul öldürmək məqsədilə apardığı Pərvin üçün əvvəlcədən qəbir də qazıb.

Elə həmin yerdə başlayan dava tüfəngdən açılan qəfil atəşlə qurtarıb. Toğrul Kərimov qarın boşluğuna dəyən güllə nəticəsində ölüb. Pərvin Məmmədov Toğrulu elə özünün qazdığı yerdə basdıraraq ərazidən uzaqlaşıb.  

Hadisədən sonra Pərvin Məmmədov könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:


 
 
Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır?
 
Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır.
 
Haqqında bəhs etdiyimiz 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif müəllimdə məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir.
 
Bir müddət bundan öncə Akif müəllimin fəaliyyət göstərdiyi ərazidə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, o, üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Akif müəllim hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.
 
O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Akif müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
 
Akif müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O ,hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur.
 
Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla hər zaman qürur duymuşuq, fəxr etmişik.
 
Bizdə hörmətli Akif müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
 Azad Həmkarlar İttifaqının Qax rayon Komitəsinin sədri Təranə xanıma dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik!
 
 
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azad Həmkarlar İttifaqının Qax rayon Komitəsinin sədri Təranə xanımdır.
 
O, peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Təranə xanım bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
 
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
 
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
 
Prezident İlham Əliyevdən nümunə götürən Təranə xanımın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
 
Təranə xanım öz işinin peşəkarı bir insandır. İşçi kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. İşçilərini ailəsi kimi görən Təranə xanım onların problemləri ilə maraqlanır, əlindən gələn köməyi əsirgəmir. Təranə xanıma bütün bu işlərdə Mühasibi Hikmət müəllim kömək edir, dəstək olur.
 
Ona etibar edilən bütün işlərdə Təranə xanım özünü doğruldub. Bizdə hörmətli Təranə xanıma dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Daha 25 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb


Bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb.

"Report” xəbər verir ki, ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, doqquzu dördotaqlı, altısı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.
Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Hər ay 220 manat...




Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.

Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.

Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?

Publika.az xəbər verir ki, bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər:

"Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır”.

Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: "Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir.”

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var – deyə Turan Abdullazadə qeyd edib.
Qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, mülayim şərq küləyi əsəcək.
Cəbrayıl Dövlətzadənin doğum günüdür


Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Vətən müharibəsinin qəhrəmanlarından olan gənc 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub.

Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən "N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.

Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadə 19 yaşında bir erməni generalını və polkovnikini əlləri ilə boğaraq öldürüb. Bununla hər kəs onu general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi tanıyıb.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. İgid Vətən oğlu öz idealı, mərhum general mayor Polad Həşimovun məzarının yaxınlığında, İkinci Fəxri xiyabanda sentyabrın 29-da torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ - Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq




Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? - AÇIQLAMA



"Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar”.

Bu sözləri valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:

"Çünki əksər hallarda oğlanlar evə təmiz baxa bilmir, gigiyena qaydalarına riayət etmirlər. İstər mənzildə siqaret çəkmək, istərsə də dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Ona görə də ev sahibləri evlərini daha çox ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verməyə çalışırlar ki, evin təmirinə də zərər dəyməsin”.

Ekspert vurğulayıb ki, bu problemlərin başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:

"Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır”.

Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istərsə də oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var:

"Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri də sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayədə qalırlar. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə, artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir”.

Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:

"Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olarlar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da "bizim yataqxanamız var” deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada əsasən xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir”.

"Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olarlar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsilhaqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda savadlı kadr olaraq yetişmirlər”, - deyə ekspert əlavə edib.
Paytaxtda plana düşən binanın boşaldılmadan sökülməsi iddiasına RƏSMİ CAVAB


Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binadakı mənzillərin artırmalarının təzminat ödənilmədən sökülməsi ilə bağlı rəsmi açıqlama verilib.

Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Nizami rayonu, Ordubadi küçəsi 1 ünvandakı 0,0529 hektar torpaq sahəsində ötən əsrdə inşa edilmiş 36 mənzilli dördmərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olmasına, istismara yol verilməzliyinə, tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsinə dair 17 may 2021-ci il tarixli texniki rəy verilib.

Qeyd edilib ki, texniki rəyə əsasən. aidiyyəti qurumların müvafiq qərarı və icazəverici sənədlərinə uyğun olaraq yaşayış kompleksinin tikintisi məqsədilə həmin ərazidəki qəzalı və istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binasının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə ayrılmış torpaq sahəsi "Orbita” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib.

"Lakin qeyd olunan yaşayış binasının bir neçə sakini tərəfindən binaya bitişik özbaşına tikililər inşa edildiyindən, həm qanunsuz özbaşına tikililərin, həm də zəbt olunmuş ərazilərin əvəzinə reallığa uyğun olmayan kompensasiyanı tələb etmələri səbəbindən sözügedən qərarın icrasını həyata keçirmək mümkün olmayıb. Tikinti ilə bağlı qərarın icrasının həyata keçirilməsi məqsədilə sakinlər tərəfindən maneələrin aradan qaldırılması və qeyd olunan sərəncamın icrasına mane ola biləcək digər hərəkətlərin cavabdehlərə qadağan edilməsi ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən 14 avqust 2023-cü il tarixli Qərarla qəbul edilib və icraya yönəldilib. Eyni zamanda, sakinlər də öz növbəsində mənzillərinin qarşısındakı torpaq hissəsində qanunsuz inşa etdikləri tikililərin və zəbt etdikləri əraziləri 10 gün müddətində özləri tərəfindən sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsinə dair yazılı öhdəliklər götürüblər.

Qeyd olunan müddət ərzində sakinlərin öz üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar Nizami Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli Qərardadının məcburi icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilərək qanunsuz inşa edilmiş yardımçı tikililərin və zəbt olunmuş ərazilərin təmizlənməsi planlaşdırılıb”, - deyə məlumatda qeyd olunub.
Axtarış
Xəbər lenti
Reklam