Şəhid Nail Orucovun həyat yoldaşı və oğlu tələbə adını qazanıblar - VİDEO


Şəhid Nail Orucovun həyat yoldaşı və oğlu tələbə adını qazanıblar.

Nail Orucovun həyat yoldaşı Nigar xanım Bakı Dövlət Universitetinə (BDU), oğlu Əlihəsən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.

Əlihəsən universitetə daxil olması ilə bağlı xəbəri "YAŞAT” düşərgəsində olarkən anasından aldığını bildirib.

Daha ətraflı süjetdə:

Abituriyentlərə MÜJDƏ - Qəbul balları daha da aşağı düşəcək




Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Bəzi universitetlərdə keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub. Belə ki, bu il 200 balla ADNSU-da və BDU-da Geologiya və geofizika mühəndisliyi ixtisasına dövlət sifarişli (pulsuz) qəbul olan tələbələr var. Bəs görəsən, bu ballarla ali məktəblərə qəbul ölkədə kütləvi savadsızlığın başlandığına işarə ola bilərmi?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a təhsil eksperti Kamran Əsədov danışıb. O, bunun plan yerlərinin sayının artırılması ilə əlaqəli olduğunu bildirib:

"Bu il təhsil müəssisələrinə qəbul yeri 55800 olanda proqnozlaşdırılırdı ki, daha aşağı ballarla ali məktəblərə qəbul olmaq mümkün olacaq. Xüsusən I ixtisas qrupunda plan yerlərinin sayı 18 minə qalxdı və bunun 13 mini ödənişsiz ixtisaslar idi. Təbii ki, abituriyentlərin sayına nəzər yetirəndə 200 balla dövlət universitetlərinə ödənişsiz qəbul olmağının mümkünlüyünü görürdük, hətta bu haqda mən dəfələrlə mətbuata da açıqlama vermişdim.

Bu isə ali təhsilin əlçatanlığını təmin etmək məqsədi güdür. Bu gün Azərbaycanda ali təhsilli insanların sayı çox deyil, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir, bu isə yetərli deyil. Bu rəqəm aşağıdır və qarşıya qoyulmuş strategiyada faizin yuxarı qaldırılması nəzərdə tutulub".

Onun sözlərinə görə, qəbul balları savadsızlığın göstəricisi ola bilməz, çünki güclü mütəxəssisi ali məktəblər yetişir:

"Aşağı ballarla ali məktəblərə qəbul aparmaq savadsızlıq göstəricisi ola bilməz. Savadlılıq göstəricisi oxuyub-yazma bacarığıdır ki, bunu minimum ballarla yoxlayıb ölçürlər. Biz mütəxəssisi ali məktəblərə qəbul üçün keçirilən imtahanda formalaşdırmırıq. 50 balla belə qəbul olunsanız sizin gələcəkdə mütəxəssis olub-olmamağınız ali məktəblərdə müəyyənləşir. 690 bal toplayan da, 200 bal toplayan da eyni universitetə qəbul olur, onlar kadr olaraq universitetin içində formalaşır.

Bizim problemimiz universitetlərlə bağlıdır. Bu gün ali təhsil müəssisələrinin əksəriyyəti əmək bazarının ümumi standartlarına cavab verən kadrlar hazırlamırlar, onların hazırladıqları kadr tələblərə uyğun deyil. Həmin universitetə 700 balla da qəbul olsanız, heç bir işə yaramır, əgər təhsil ocağında xammalı məhsula çevirə bilməyəcəksinizsə, balın önəmi yoxdur. Test bilik göstəricisi deyil, sadəcə seçim üsuludur. Testlə çoxsaylı insanların bilik və bacarıqlarını, analiz etmə qabiliyyətlərini yoxlayıb onları universitetlərə yerləşdirirlər. Bundan sonrası ali məktəblərin öhdəliyidir, onlar kadr yetişdirməlidir. Bu il 150 balla IV, 175-lə I, 160-la II ixtisas qrupuna qəbul mümkün olub. Bəli, 700 bal üzərindən bu, kifayət qədər aşağıdır, amma onları mütəxəssis kimi yetişdirən ali məktəblər olacaq.

Biz plan yerlərinin artdığını biləndə bu cür problemlərin olacağını onsuz da gözləyirdik. Gələn il qəbul plan yerləri 60 mini keçəcək və bundan da aşağı ballarla ali məktəblərə qəbul olanları görəcəyik".
Bulvarda dənizə düşən şəxs xilas edilib

Bakıda dənizə düşən şəxs xilas edilib.

APA xəbər verir ki, hadisə Dənizkənarı Bulvarda baş verib. Dərhal əraziyə xilasedicilər cəlb ediliblər.

Hadisə yerinə cəlb olunan xilasedicilərin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu gün yeddi rayonda qaz kəsiləcək


Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və Bakının Sabunçu rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 31-də saat 09:00-dan "Alabaşlı” Qaz Paylayıcı Stansiyadan (QPS) qidalanan qaz kəməri üzərində, "Ağköynək” AQPS-in ərazisində, həmçinin "Qaz İxrac” İdarəsi tərəfindən "Şəmsabad” QPS-in ərazisində yerləşən istismara yararsız siyirtmələrin yenisi ilə əvəzlənməsi, saat 09:00-dan "Əliabad” və saat 10:00-dan "Füzuli-Horadiz” ölçü qovşaqlarından qidalanan qaz kəmərlərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Azəriqaz” İB TTİ tərəfindən Sabunçu rayonu ərazisində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, eləcə də saat 11:00-dan "Qaz İxrac” İdarəsi tərəfindən "Yardımlı” QPS-də görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 Şəki rayon, Biləcik kənd ərazisində qanunsuz kömür istehsal edən şəxs kimdir? Şəki Regional Ekologiya idarəsinin rəisi Akif müəllim hara baxır?
 
 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəki rayon, Biləcik kənd ərazisində olan meşələr məhv edilir, ağaclar qırılır. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində aydın oldu şikayət həqiqətən əsaslı imiş. Sözügedən ərazidə ağac soyqırımı davam edir. Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları, meşələri bu günə qoya. Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.
 
İnsanlara təmiz hava bəxş edən meşəliyin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verir?
 
 
Bu qanunsuz işlə məşğul olan insanlar əsasən meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların mebel və parketə yararsız hissəsi isə əhaliyə odun kimi satılır. Bununlada bu cür vicdansız insanlar yalnız və yalnız öz ciblərini düşünərək hərəkət edirlər. Onu da qeyd etmək istəyirik ki, kömür düzəltmək kantraban işidir. Bunun arxasında kimlər durur çox maraqlıdır.
 
 
Artıq hər birimizə məlumdur ki, "meşə soyqırımı” ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılsalar da, heç bir tədbir həyata keçirmirlər. Maraqlısı budur ki, Şəki Regional Ekologiya idarəsinin rəisi Akif müəllim yazının və çəkilişin yayıma gedəcəyini bildikdən sonra əl-ayağa düşüb, sözügedən ərazinin ünvanını axtarır. Həmin əraziyə baxan ekologiya işçisinin bütün bu qanunsuzluqlardan xəbəri var. Ya rəisdən gizlədir, ya da rəis özü də bilir ama özünü bilməməzliyə vurur.
 
Ay Akif müəllim tutaq ki, cərimələdin. Adama deyərlər indiyə kimi niyə bir tədbir görmürdün? İndi niyə düşmüsən əl-ayağa? Əziz Muxtar Babayev sizindəmi xəbəriniz yoxdu? Burdan belə nəticəyə gəlmək olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirimiz həmçinin nazirliyin əməkdaşları işlərinə laqeyd yanaşırlar. Amma dövlətin onlar üçün ayırdığı maaşı rahatlıqla yeyə bilirlər.
 
Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.Ekologiyamız günü-gündən məhv olur, uçuruma gedir. Buna bir dur deyən olacaqmı? Yazıb xahiş edirik ki, Şəki rayon, Biləcik kənd ərazisində meşə soyqırımı araşdırılsın, bu işi icra edənlər barəsində ciddi bir tədbir görülsün.
 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 
 
Daha 13 ailə Laçında məskunlaşdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma ellərinə qovuşmağın sevincini yaşayıblar.

"Report” xəbər verir ki, Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 laçınlının yurd həsrəti sona çatıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran Rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.

Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxslə bağlı QƏRAR



Ali Məhkəmədə Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev yeddi il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə 2021-ci il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində qəfildən maaşının azaldılmasına, sonra isə işdən azad edilməsinə görə gərgin olmasının hadisənin baş verməsinə gətirib çıxardığını demişdi.
Laçının daha 52 sakini doğma yurduna yola düşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.

"Report” xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 52 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorıuğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Ağstafa sakini qonşusuna bizlə xəsarət yetirib



Ağstafa sakininə bizlə xəsarət yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Zülfiqar İsayev kürək nahiyəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib,vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Z.İsayevi qonşusu bizlə vurub. Faktla bağlı araşdırma aparılır.
Axtarış
Xəbər lenti
Reklam