
Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.
"Report”un Cənub bürosunun məlumatına görə, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan narkotik vasitəni qeyri-qanuni yolla, onlayn qaydada əldə edərək rayon ərazisinə gətirib satan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis şöbəsinə gətirilən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyevin üzərinə baxış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı heroin aşkar edilərək götürülüb. R.Əliyevin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona məxsus avtomobilə də baxış keçirilib və oradan 3 kiloqram 190 qram çəkidə heroin və 1 kiloqram 80 qram çəkidə tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 24-28, gündüz 37-40, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 30-40% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44 dərəcə isti, dağlarda isə gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir:
"Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə kütləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır. Havanın hazırda müşahidə olunan yüksək temperaturu isə kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.
Qeyd olunanları, xüsusən də qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, FHN bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla, açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir”.
Yalan məlumat yayan Xəbər saytları araşdırılmalı, barələrində ciddi tədbir görülməlidir
(10-08-2023, 18:10)
(10-08-2023, 18:10)

Redaksiya olaraq bu gün nəzərinizə çatdırmaq istəyirik ki, Siyəzən rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Gülnar İlyasova barəsində bəzi Xəbər Portalları əsassız, şər və böhtan xarakterli xəbərlər dərc etmişlər.
Belə ki, daha aydın desək, Gülnar İlyasovanın diplomunun saxta olması iddia edilir. Adının açıqlanmasını istəməyən rayon sakini müraciət edərək şöbə müdirinin diplomunun saxta olmasını iddia edib.
Məsələyə aydin gətirmək üçün redaksiyamız özü birbaşa araşdırma aparmışdır. Nəticədə məlum oldu ki, şikayət əsassız imiş. Belə ki, Gülnar İlyasova barəsində sorğu keçirdik. Sorğuda hər kəs onun necə işgüzar, qabiliyyətli, savadlı olmasından söz açdılar.
Bir məsələni də qeyd etmək istəyirik ki, Gülnar xanım özü məhz Dövlət İdarəetmə Akademiyasının tələbəsidir, hal hazırda orada təhsil alır. Oxuya oxuya dövlət qurumunda da çalışır. Gülnar İlyasova öz işinin öhdəsindən layiqincə gəlir. Verilən bütün tapşırıqları yüksək peşəkarlıqla icra edir.
Gülnar İlyasova barəsində yalan və böhtan xarakterli xəbər paylaşan xəbər portalları hər biri layiqincə araşdırılmalı, yerindəcə cəzalandırılmalıdır.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Bakıda kriminal həyat tərzi keçirən şəxslər arasında dava olub? - RƏSMİ AÇIQLAMA
(10-08-2023, 12:45)
(10-08-2023, 12:45)

Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Mirəli Mirəlövsət oğlu Bəhmənovun orada yaşayan 1971-ci il təvəllüdlü Ədalət Mirzətulla oğlu Həmidova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb.
Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər.
Bu barədə Publika.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideynləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir: "Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Naxçıvan Muxtar Respublikası Təhsil, İqsadiyyat nazirlikləri və şəhər, rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən ənənəvi məktəbli yarmarkaları bu il də davam etdiriləcək. Yarmarkalarda digər məktəbli ləvazimatları ilə yanaşı, məktəbli formalarının satışı da həyata keçiriləcək.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli "Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideynlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideynlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq".

Bakıda falçılıq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Publika.az report-a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri məhkəməyə gəlməyib.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini G.Qasımova zərərçəkmişlərin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib.
O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
G.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınırlar.
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar