Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürtə həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, "Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.

Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.

Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.


Ukrayna zenit raketləri istehsal edəcək. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram hesabında xəbər verib.
O bildirib ki, hazırda zenit-raket komplekslərinin istehsalı məsələsi müzakirə edilir: "Ukraynada lazımi raketlərin tədarükü və istehsalı ilə bağlı bütün detalları müzakirə etdik. Ukrayna davamlı olaraq lazım olan hər şeylə təmin edilməlidir”.


Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Valuyski rayonunun Sobolevka kəndini atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb, 2 nəfər həlak olub”. Bu barədə teleqram kanalında vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. 


Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 29 "Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya PUA-larla Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərə hücum həyata keçirib.


İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb. Bunu şəhərin meri Sergey Sobyanin deyib. Yaralılara tibbi yardım göstərilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.

Məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü Soçidə baş tutacaq.

Rusiya Daxili İşlər Nazirliyi(DİN) ABŞ senatoru Lindsi Qremi rəsmən axtarışa verib.

 Rusiya DİN L.Qremi "rusofob açıqlamalar verməkdə” günahlandırıb.

Belə ki, senatorun mayın 26-da Kiyevdə səfərdə olarkən Prezident Volodimir Zelenski ilə görüşdə ABŞ-ın Ukraynaya maliyyə yardımı barədə danışarkən, rusiyalıların ölümündə maraqlı olduğuna dair açıqlama verdiyi bildirilir.

"Heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”.

Bunu İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri "Xabar” internet kafedəki çıxışında bildirib.

Onun sözlərinə görə, hələ də Urmiya gölünün bərpasına əhəmiyyət verməyən insanlar ola bilər, ancaq bu göl bərpa olunmasa, Təbriz kimi böyük və əhəmiyyətli bir şəhərin boşaldılması riski var. O bildirib ki, Urmiya gölünün bərpasına gedən yol çətin olmaqla, texniki problemlərlə üzləşməklə yanaşı, siyasi təzyiqlərin də təsirinə məruz qalmışdı.

 
 

 

İ.Kələntəri vurğulayıb ki, Qərbi Azərbaycan əyaləti başçısının bəzi nümayəndələrinin uğursuz fəaliyyəti səbəbindən ən azı bərpa proqramının bəzi bəndləri heç yerinə yetirilməyib.

O qeyd edib ki, onlar üçün bu dayaz və duzlu göl təəssüratı bağışlasa da, oradan havaya sovrulan duz tozları Azərbaycan regionunun həyatını təhlükə altına sala bilər: "Urmiya gölü ətrafında yaşayan heyvanlarda dəri xərçəngi 20 faiz artıb. Belə ki, Urmiya gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatı məlumat vermişdi ki, Urmiya gölünün şimal-qərbində yerləşən Salmas bölgəsində heyvanlarda dəri xərçəngi 20 dəfəyə qədər çoxalıb”.

Sabiq sədrin qənaətincə, Urmiya gölü quruyarsa, yay və qış mövsümləri arasında temperatur fərqi 7 dərəcə artacaq: "Bu, 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblarda nə kimi dəyişikliklərə səbəb olacağı məlum deyil".

Axtarış
Xəbər lenti
Reklam