Parisdə etirazlar keçirilir

Tarix: 15-03-2023, 15:30 / Oxunub: 334


Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı kütləvi etiraz aksiyası keçirilir.

Bu barədə TASS-ın hadisə yerindəki müxbiri məlumat verib.

Məlumatda deyilir ki, nümayişçilər islahatdan əl çəkməyi və ya iri biznes sahələrindən gələn yığımları artırmaqla, əlavə mənfəətdən vergi tətbiq etməklə pensiya sistemində tarazlığa nail olmağı tələb edirlər.

Həmçinin əlavə olunub ki, bu gün Fransanın pensiya sisteminin dəyişdirilməsi ilə bağlı qanunun qəbuluna etiraz olaraq keçirilən aksiya sayca səkkizincidir.



Axtarış
Xəbər lenti
Reklam