Zelenski 3 nəfəri vəzifədən azad etdi

Tarix: 15-03-2023, 16:00 / Oxunub: 335





Ukrayna prezidenti Vladimir Zelenski üç regional hərbi administrasiya rəhbərini vəzifəsindən azad edib.

Müvafiq sərəncamlar dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Məlumatda  qeyd  edilir  ki,  Luqansk OVA-nın rəhbəri Sergey  Qayday, Odessadan Maksim Marçenko və Xmelnitskidən  Sergey Qamalıy tutduqları vəzifələrdən azad ediliblər.

Hər üç sərəncamda qeyd olunur ki, işdən azad olunmaq üçün idarə rəhbərləri özləri müraciət ediblər.



Axtarış
Xəbər lenti
Reklam