Hollivudda pullarını ala bilməyən ssenaristlər üsyan edirlər.
11500 yazıçını birləşdirən ABŞ yazıçılar gildiyasının mayın 2-də başlatdığı etiraz aksiyası davam edir. Son dəfə 100 gün davam etmiş aksiyanın Kaliforniya iqtisadiyyatına 2,1 milyard dollar zərbə vurduğu bildirilir.
Bildirilir ki, strimiq platformaların inkişafı və süni intellektin insan həyatına daha sıx müdaxiləsi Hollivud ssenaristlərinin əmək haqqının 4 dəfə azalması ilə nəticələnib.