Rusiya Ukraynada yaşayış binasını vurdu: Ölənlər var



Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində yaşayış binalarına iki raket zərbəsi endiriblər.

Publika.az xəbər verir ki,bu barədə vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, zərbələr bir neçə dəqiqəlik fasilələrlə endirilib. Hücum nəticəsində doqquz və beşmərtəbəli binalara, həmçinin digər yaşayış evlərinə, hotelə, mağazalara və inzibati binalara ziyan dəyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak iki nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, daha dörd yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

"Rusiya terrorunu dayandırmaq lazımdır. Ukraynanın azadlığı uğrunda mübarizə aparan hər kəs insanların həyatını xilas edir. Dünyada bizimlə birlikdə Ukraynaya kömək edən hər kəs terrorçuları məğlub edəcək. Rusiya bu dəhşətli müharibədə etdiyi hər şeyə görə cavabdeh olacaq”, - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisəni şərh edərək yazıb.
Ukrayna nümayəndəsi: “Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq”



"Hazırda Bakıya bizimlə valideynləri cəbhədə olan və həlak olmuş hərbçilərinin uşaqları gəliblər”.

Oxu.Az-ın məlumatına görə, bunu uşaqlarla Bakıya gələn Ukrayna nümayəndəsi Olya Melnik jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kiyevdən Bakıya 30 uşaq gəlib:

"İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq, maraqlı ekskursiyalar və psixoloji reabilitasiya gözləyir”.

O qeyd edib ki, eyni zamanda, gələnlər arasında ailəsi əsirlikdə olan və itkin düşən uşaqlar da var. Həmin uşaqlar Azərbaycanda reabilitasiya keçəcəklər:

"Kiyev vilayəti elə bir bölgədir ki, çox atəşə tutulur və bundan uşaqlar əziyyət çəkir. Uşaqlarımıza dincəlmək və ölkəmizdə baş verən olaylardan uzaqlaşmaq imkanı verən bütün təşkilatçılara çox minnətdaram. Çünki bunlar artıq valideynlərini itirmiş və ya hər an itirmək stresi ilə yaşayan uşaqlardır. Əziz dostlar, dəstəyə görə çox sağ olun”.
Zelenski: “Müharibə Rusiya ərazisinə qayıdır, bu qaçılmaz prosesdir”
Rusiyanın Ukraynada başlatdığı müharibə öz ərazisinə keçməyə başlayır. Bu təbii və qaçılmaz bir prosesdir.

Bunu Ukrayna Prezident Volodimir Zelenski öz videomüraciətində deyib.

Dövlət başçısı bəyan edib ki, Ukraynadakı döyüş meydanında Rusiyanın təcavüzü iflasa uğrayıb.

"Bu gün 522-ci gündür ki, Rusiya rəhbərliyinin bir-iki həftəyə sona çatacağına ümid etdiyi "xüsusi hərbi əməliyyat” adlanan əməliyyatı davam edir. Ukrayna güclənir. Tədricən müharibə yenidən Rusiya ərazisinə qayıdır. Bu, qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”, - Ukrayna Prezidenti vurğulayıb.

Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, rusiyalılar qışda yenidən enerji terroruna əl ata bilərlər.

"Biz bilməliyik ki, həm keçən il, həm də bu qış Rusiya terrorçuları bizim enerji sektorumuzu və kritik obyektləri vura bilərlər”, - prezident əlavə edib.

Xatırladaq ki, bu gün naməlum pilotsuz təyyarələr Moskvanın mərkəzinə hücum edib. Xüsusilə, dronlardan biri Rusiya Federasiyasının bir sıra nazirliklərinin ofislərinin yerləşdiyi "Moskva Siti” kompleksinin qülləsinə düşüb.
ABŞ Xankəndiyə ərzağın Ağdamdan daşınmasını dəstəklədi - Ermənilər dalana dirənib



ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında "Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb.

Vaşinqton Laçın postunun açılmasını istəyir, amma həm də humanitar yüklərin daşınması üzrə alternativ marşrutları da dəstəkləyir.

Rəsmi Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır. Bu, Vaşinqtonun Laçın postu ilə bağlı istəyinə uyğundur, yaxud ABŞ-ın belə bir istəyinə qarşı yolun açıq olduğunu təqdim edir. Eyni zamanda, yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Bu kontekstdə Blinkenin açıqlamasını ABŞ-ın Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Ağdam marşrutunu dəstəkləmişdi. Lakin Ermənistanın sərhəddə "humanitar şousu”ndan sonra Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel İrəvanın mövqeyini müdafiə edən məntiqsiz açıqlama verdi. Bu, rəsmi Brüsselin mövqeyində dəyişiklik kimi görünsə də, həlledici və əsas deyil, istisna deyil ki, Borrel həm də balans yaratmaq məqsədilə bu mövqeyi sərgilədi. Aİ rəhbəri Şarl Mişelin mövqeyi isə dəyişməyib və Ağdam marşrutuna Brüsselin dəstəyindən sonra ABŞ-dan da dəstək gəlməsi rəsmi Bakının əlinin güclənməsi baxımından əhəmiyyətlidir. Bu həm də ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir.

Buna paralel olaraq, Rusiyanın da mövqeyi təhlükəli deyil. Ermənistanın sərhəddəki şousuna Moskva ciddi reaksiya verməyib, həmçinin, xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra Lavrovun reinteqrasiyanın dəstəklənməsinə yaxın mövqe sərgiləməsi diqqətdən yayınmadı.

Beləliklə, danışıqların aparıldığı hər üç platformada – ABŞ, Aİ və Rusiya – Xankəndiyə ərzağın Ağdam yolundan daşınması qəbul edilir.
Moskvanın hava limanlarında 32 reys təxirə salınıb



Moskvanın üç hava limanında 32 reys təxirə salınıb.

Məlumata görə, Vnukovo hava limanında dörd təyyarənin uçuşu gecikib, bir reys ləğv edilib. Domodedovo hava limanında 19 reys təxirə salınıb, Şeremetyevo hava limanında beş reys təxirə salınıb və daha üç reys ləğv olunub.

Jukovski hava limanında dəyişikliklərlə bağlı xəbər yoxdur.

Qeyd edək ki, paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi məlum deyil.
Ukraynada döyüşmək istəyən azərbaycanlı saxlanıldı



Rusiyanın Orlov vilayətində Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən sakin saxlanılıb.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs 39 yaşlı milliyyətcə azərbaycanlı Ramil Əziz oğlu Dəmirovdur. Onun Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırdığı və fəal şəkildə Ukrayna hərbi birliyinin nümayəndələri ilə əlaqə qurduğu bildirilir. Həmçinin, Dəmirovun Ukraynanın Təhlükəsizlik Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinə müraciət edərək ölkədən çıxış qaydası ilə bağlı məlumatlar əldə edib.

Saxlanılan şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 30 (cinayətə hazırlıq) və 205.5 (terror təşkilatının fəaliyyətində iştirak) maddəsi ilə cinayət işi başladılıb.
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi



Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin Volnovaxsk rayonunun Staromayorski kəndini Rusiya ordusundan azad edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı kanalında bildirib.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin ölkənin cənubundakı Staromayorsku azad etdiyini əks etdirən video yayımlayıb.

"Bizim cənub! Bizim oğlanlar! Yaşasın Ukrayna", - Zelenski yazıb.

Öz növbəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar kəndin təmizlənməsi barədə məlumat verib.

"İndi müdafiəçilərimiz kəndi təmizləməyə davam edirlər", - o, teleqram kanalında yazıb.
Qarabağ savaşını işıqlandıran jurnalist Ukraynada yaralandı


Ukraynada AFP informasiya agentliyinin jurnalisti Dilan Kollins yaralanıb.

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə hücumun şahidi olan AFP müxbirləri məlumat yayıb.

Kollins Donetsk vilayətindəki Baxmut yaxınlığında yerləşən meşədə Ukrayna artilleriyasının mövqeyindən reportaj hazırlayarkən PUA hücumu nəticəsində yaralanıb.

Qeyd edək ki, Livanda yaşayan ABŞ vətəndaşı olan jurnalist 2018-ci ildən AFP-də işləyir, hazırda agentliyin Livan və Suriya üzrə video koordinatorudur. O, Yaxın Şərqdə münaqişə zonalarında çalışıb və 2020-ci ildə Qarabağ müharibəsini işıqlandırıb.
Moskvaya dronlarla hücum olub
İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum olub.

"Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - deyə Moskva meri Sergey Sobyani "Telegram” kanalında bildirib.

Rusiya KİV-də yayılan məlumata görə, birinci dron hücumu zamanı Komsomol prospektində yerləşən bina zərər görüb. Məlumat üçün əlavə edək ki, zərər çəkən bina Rusiya Müdafiə Nazirliyinin inzibati binasının yaxınlığındadır.

Digər PUA isə Lixaçev prospektində yerləşən binaya çırpılıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

İlkin məlumata görə, hər iki hücum nəticəsində insan itkisi qeydə alınmayıb.
Ukrayna ordusunun əsk-hücumu yeni mərhələyə keçə bilər
Ukrayna Silahlı Qüvvələrinin hücumunun yeni mərhələsi iyulun sonuna planlaşdırılıb və avqustun ortalarına qədər davam edəcək.

Bunu "Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi qüvvələrini cəbhə xəttində cəmləşdirməkdə davam edir, əks-hücumun yeni mərhələsi üçün ehtiyatlar hazırlayır və sahələri təmizləyir.

Roqov əlavə edib ki, Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Dnepr çayını Enerqodara doğru keçməyə və ikinci cəbhə xəttini açmağa cəhd edə bilər.
Axtarış
Xəbər lenti
Reklam