Türkiyəli meteoroloq Fırat Çukurçayır ölkədə rekord temperaturlar proqnozlaşdırıb. O, bildirib ki, 2024-cü ildə havalar əhəmiyyətli dərəcədə isti olacaq.
Ekspert Türkiyədə temperaturun 2023-cü ilin oktyabr ayına qədər normadan yüksək həddə qalacağını, Egey, Aralıq dənizi, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində temperaturun daha kəskin olacağını söyləyib.
"El-Nino fenomeninin temperatura təsiri adətən onun başlanmasından bir il sonra nəzərə çarpır. Buna görə də Türkiyənin hazırda 2023-cü ildə yaşadığı istilərin 2024-cü ildə özünü daha kəskin göstərməsi ehtimalı var”, - Çukurçayır vurğulayıb.
O əlavə edib ki, 2016-cı il ölkə tarixində ən isti il olub. Lakin bir il sonra 2016-cı ildə müəyyən edilmiş temperatur rekordunun keçiləcəyi proqnozlaşdırılır.
2023-cü ilin avqustunda dünyanın əksər yerlərində ekstremal istilər davam edəcək.
Bunu Ümumdünya Meteorologiya Təşkilatının müşaviri Con Neyrn proqnozlaşdırıb.
"Biz bu cür isti dalğalarının avqust ayında da davam edə biləcəyini nəzərə almalıyıq”, - deyə Nern bildirib.
Müşavirin sözlərinə görə, dünyada qlobal temperatur artımı tendensiyası müşahidə olunur. İqlim dəyişikliyi fonunda istilik dalğaları daha da intensivləşə bilər.
Qeyd edək ki, NASA-nın Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun iqlimşünası Hevin Şmidt də 2023-cü ilin iyulunun tarixin ən isti ay ola biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bütün dünyada hava dəyişiklikləri baş verir.
Rusiya rəsmisi “Taxıl sazişi”nin uzadılması tələbləri barədə:“Şərtlərimiz sadədir, yerinə yetirin, davam edək”
(22-07-2023, 10:47)
(22-07-2023, 10:47)
"Taxıl sövdələşməsi” üzrə birgə işin davam etdirilməsi yalnız Rusiyanın qanuni tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür”.
Bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin brifinq zamanı deyib.
"Bu şərtləri yerinə yetirin, onlar sadədir - beş şərt və "Taxıl sazişi” üzrə birgə işin davam etdirilməsi mümkün olacaq. Amma yalnız nəticəyə baxılaraq”, - deyə o bildirib.
Sergey Verşininin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi müvafiq düstur tamamilə aydındır: əvvəlcə Rusiyanın qanuni tələblərinin yerinə yetirilməsi, ondan sonra isə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi maraqları naminə bəzi razılaşmaların bərpasının mümkünlüyü.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ təyyarədaşıyan gəmisi və qırıcılarının Hörmüz boğazına göndərilməsinin İranla müharibəyə hazırlıqla bağlı olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Miller əlavə edib: "Biz İranı dünya neft tədarükünün təxminən 20%-ni daşıyan bu kritik dəniz yolu boyunca azad ticarəti təhdid edən, sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq".
Miller ABŞ-ın bölgədəki hərbi varlığının artmasının səbəbi kimi davam edən təhdidləri göstərib. O, həmçinin vurğulayıb ki, bu, Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirilir.
Bundan əvvəl Pentaqonun sözçüsü Sinq ABŞ-ın Hörmüz boğazına "F-16" və "F-35 qırıcıları, həmçinin USS Thomas Hudne esminesi göndərəcəyini açıqlamışdı.
Belə bir tədbirin məqsədi ABŞ-ın maraqlarının qorunması və naviqasiya azadlığı adlandırılıb.
Bu avadanlığın boğaza göndərilməsinə səbəb kimi Hörmüz boğazında son vaxtlar baş vermiş bir neçə narahatedici hadisə göstərilib.
Esminesin boğazda qalma müddəti müəyyən edilməyib
Asteroidlər Yerə yeni həyat formaları gətirə bilər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun (IPA) baş elmi işçisi Nikolay Jeleznov asteroidlərin molekulyar birləşmələrin də daşıyıcısı ola bildiyini və sonradan yeni həyat formaları yaranmasının mümkün olduğunu bildirib.
"Əlbəttə, heç nəyi inkar etmək olmaz”, - deyə Jeleznov müvafiq suala cavab verib. O qeyd edib ki, indiyədək asteroidlərin köməyi ilə ən azı birhüceyrəli həyatın yaranmasına dair 100% təsdiq yoxdur.
Buna baxmayaraq, onun sözlərinə görə, meteoritlərin bir çox fraqmentlərində həyat izləri yox, onun "kərpicləri" - amin turşuları tapılıb. Bu, asteroidlərdə mürəkkəb molekulyar birləşmələrin mövcud ola biləcəyini düşünməyə əsas verir.
Jeleznov xatırladıb ki, Yer üzündə həyatın yaranması ilə bağlı fərziyyələrdən biri suyun bizə kometlər tərəfindən gətirildiyini nəzərdə tutur
İyulun 18-də gecə saatlarında Rusiya Qara dənizdən kamikadze-dronlar və "Kalibr” raketləri ilə Ukraynaya hücum edib.
Bu barədə Ukraynanın "Yuq” Əməliyyat Komandanlığı məlumat verib.
Hücumun əsas hədəfləri Ukraynanın cənub bölgələri, xüsusən də Odessa və Nikolayev şəhərləri olub.
Odessa üzərinə atılan altı "Kalibr”in hamısı vurulub, Odessa vilayəti üzərində 21 "Shahed”, Nikolayev üzərində 4 "Shahed” kamikadze-dronu hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
"Vurulan raketlərin qırıntıları və partlamanın təsir dalğası ilə liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan dəyib. Yaşlı kişi öz evində yaralanıb və xəstəxanaya aparılıb”, - deyə "Yuq” Əməliyyat Komandanlığından bildirilib.
Həmçinin Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim qeyd edib ki, hücum nəticəsində şəhərdə yanğın baş verib.
Ermənistan Müdafiə Nazirliyinin təsərrüfat bazasının hərbi hissəsinin komandiri 19 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət aldığı üçün həbs edilib.
Erməni mediasının məlumatına görə, yüksək rütbəli zabit anbar rəisi vasitəsilə "Masis” tikiş fabrikinin rəhbərliyindən rüşvət alıb.
Pul müqabilində hərbi qulluqçuları geyimlə təmin etmək məhz həmin fabrikə tapşırılıb. Ancaq sonradan məlum olub ki, fabrikdən alınan bütün məhsullar (alt paltarları, ayaqqabılar) pula qənaət etmək üçün yalnız kiçik ölçülərdə alınıb.
Türkiyə və Ukrayna arasında memorandum imzalanıb.
Memorandum çərçivəsində ölkələr birlikdə pilotsuz təyyarələrin istehsalını inkişaf etdirməyə davam edəcəklər.
Sənədi Ukrayna lideri Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı iki ölkənin sənaye nazirləri Aleksandr Kamışin və Mehmet Fatih Kacır imzalayıblar.
Qeyd olunur ki, memorandum Ukrayna və Türkiyə şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığa təkan verəcək.
Əməkdaşlıq əsasında müxtəlif tipli PUA-ların istehsalının inkişafı, o cümlədən avtonom sistemlər, kosmik və strateji sənaye sahələrinin inkişafı üçün zəruri olan digər texniki əməkdaşlıq sahəsində tədqiqat və təkmilləşdirmə işləri nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə danışıqlardan sonra Ankaranın Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sona çatması üçün səylərini davam etdirəcəyini bildirmişdi.
Elm adamları həyəcan təbili çalıb, dünya iqlim rekordlarını yeniləyir.
Publika.az "CNN”ə istinadən xəbər verir ki, 2023-cü il rekord istilərin ola biləcəyi ehtimalı artır. İqlim böhranı havanı ciddi şəkildə dəyişdirə bilər.
Alimlər qlobal temperaturun son sıçrayışını bir neçə üsulla təsvir ediblər. Havanı qeyri-adi, dəhşətli və təsvir edilməmiş adlandırıblar. Bu həftə planetin orta gündəlik temperaturu ABŞ və Avropada iki iqlim agentliyinin statiskasına görə, yüksək səviyyəyə qalxıb.
Qeydlər yalnız 20-ci əsrin ortalarına aid olan məlumatlara əsaslansa da, demək olar ki, planetin uzun müddət ərzində gördüyü ən isti havadır. Yəqin ki, ən azı 100.000 il əvvəl belə isti olub.
Araşdırmalar Mərkəzinin baş elmi işçisi bildirib ki, bu həftə dünyada rekord isti günləri kimi qeydə alınıb. Ötən gün dünya üzrə orta temperatur 17.23°C-ə (63.01°F) yüksəlib. Bundan əvvəlki ən isti orta sutkalıq temperatur rekordu 2016-cı il avqustunda olub
ABŞ-nin keçmiş yüksək rütbəli məmurları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli görüş keçiriblər.
Bu barədə Birləşmiş Ştatlar mətbuatı yazır.
Qeyd olunur ki, məxfi görüşün məqsədi Ukrayna ilə Rusiya arasında nəzərdə tutulan sülh danışıqlarının "təməlini qoymaq” olub.
Mənbə iddia edib ki, görüş Nyu-Yorkda baş tutub. Lakin görüşün digər detalları barədə əlavə məlumat verilmir.
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar