Volodimir Zelenski: “Müharibə bitərsə, gələn il seçkilər olacaq”
Müharibə bitərsə, Ukraynada gələn il prezident seçkiləri keçirilə bilər.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.

"Bu, qlobal məsələdir. Biz qalib gəlsək, onda olacaq. Deməli, hərbi dövr olmayacaq, müharibə olmayacaq”, - deyə Zelenski bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna qanunvericiliyinə görə, seçkilər sülh şəraitində, müharibə olmayan vaxtda keçirilməlidir.

"Mən çox istəyirəm ki, gələn il sülh olsun və həyat müharibədən əvvəlki kimi davam etsin”, - deyə o əlavə edib.

Qeyd edək ki, müharibə başlamazdan əvvəl Ukraynada parlament seçkilərinin bu ilin oktyabrında, prezident seçkilərinin isə 2024-cü ilin martında keçirilməsi nəzərdə tutulmuşdu.
Köhnə dünya dağıldı: yenisi necə olacaq?


Son bir neçə ayda baş verən hadisələr onu göstərdi ki, bizim tanıdığımız köhnə dünya geri dönməz şəkildə dəyişib.

Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Delyaqin danışıb.

"Son dövrlərin əsas dəyişikliyi dünyanın faktiki olaraq qloballaşmasını dayandırmassı olub. Eyni miqyasda bir neçə böyük müstəqil və azad zonalara parçalandı. Hesab edirəm ki, bu proses daha da dərinləşəcək.

Bütün maliyyə, informasiya və texnoloji bazarlar qapalı regional bloklarda sürətlə formalaşacaq. Yeniliklərin inkişafı xaricdən oyunçuların iştirakı olmadan yalnız onların daxilində baş verəcək.

Müasir həyatın ən mühüm komponentinə, yəni xüsusi mülkiyyətə yanaşma dəyişəcək. Yəni bir şəxs yalnız öz regional mərkəzi daxilində tanınacaq və təyin ediləcək",- iqtisadçı deyib
Tibb dünyasında inqilabi ixtira: Diaqnozu mümkün olmayan xəstəliyi qan analizi ilə müəyyənləşdirmək oldu
Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.

Araşdırmanın nəticələri "Pharmaceutics” jurnalında dərc olunub.

Glioma - beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.

Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar bunun üçün Raman spektroskopiyasından istifadə ediblər. Bu üsul qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verir.

Alimlərin sözlərinə görə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.
Rusiya hərbi əsirləri bu ölkəyə verdi, Ukrayna isə...


Rusiya tərəfindən Macarıstana təhvil verilən üç ukraynalı hərbi əsir ölkələrinə aparılıb.

Bu barədə Publika.az Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenkoya istinadən məlumat yayıb.

"Ukraynanın Budapeştdəki səfirliyi Macarıstandan üç ukraynalı hərbi əsir çıxarmağa nail olub. Onlar artıq Ukrayna ərazisindədirlər, onlara hər cür dəstək göstərilir", - Nikolenko yazıb.

O, həmçinin qeyd edib ki, ukraynalı diplomatlar Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı ilə birlikdə Rusiyadan Macarıstana aparılan qalan ukraynalı məhbusların azad edilməsi üçün tədbirləri davam etdirirlər
Saakaşvili: “Putinin hərbi əsiriyəm”


"Bu gün mən məhkəmə iclasında çıxış etməli idim - insanlar görəcəkdilər ki, ağır fiziki vəziyyətə baxmayaraq, məni ruhən sındıra bilməyiblər və həmişəkindən daha şənəm, bu da onların bütün təbliğatını məhv edəcəkdi”.

Bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün "Facebook” səhifəsində  bəyan edib.

O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını deyərək, bunun Rusiya hakimiyyətinin çökdüyünün göstəricisi adlandırıb.

"Bugünkü nümunə həm də mənim (RF Prezidenti Vladimir) Putinin və onun yerli marionetlərinin hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə Saakaşvili əlavə edib.


Siyasətçinin sözlərinə görə, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.
Rusiya Belarusdan nüvə silahını çıxarmağın şərtini açıqlayıb


"Rusiyanın nüvə silahları Belarusda qeyri-müəyyən müddətə yerləşdirilib, lakin ABŞ və NATO Moskva və Minskin suverenliyi ilə bağlı mövqelərini dəyişsələr, bu müddət qısaldıla bilər”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ikinci departamentinin direktoru Aleksey Polişşuk deyib.

"Əlbəttə, bizim belə bir addım atmağımız üçün Amerikanın bütün nüvə silahları tam şəkildə ABŞ ərazisinə çıxarılmalı, Avropadakı müvafiq infrastruktur ləğv edilməlidir”, - deyə o qeyd edib.


Polişşuk həmçinin bildirib ki, Qərbin Ukraynaya yardımı və Rusiyanın təhlükəsizlik zəmanətləri məsələsində şərtlərini qəbul etmək istəməməsi Belarusda nüvə silahının yerləşdirilməsi qərarını tətikləyən amillərdən olub.
Rusiya BMT humanitar missiyasının Xerson bölgəsində çarəsiz qalan əhaliyə kömək etməsinə icazə vermədi



Rusiya Federasiyası BMT-nin humanitar missiyasının Kaxovka Su Elektrik Stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki əraziyə girişinə icazə verməyib.

Bununla da qeyd edilən bölgədə hadisədən zərərçəkən insanlara yardım edilməsinə imkan yaratmayıb.    

Bu barədə BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bəyanat verib.

"BMT Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş bütün insanlara humanitar yardımın effektiv şəkildə çatdırılması üçün Ukrayna və Rusiya hökumətləri ilə əməkdaşlıq edir.

Rusiya hökuməti onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş tələbimizi hələlik rədd etdi”, - deyə o bildirib.

Braunun bəyanatında, həmçinin qeyd olunub ki, BMT Xerson bölgəsinin sol sahilindəki insanlara çıxış tapmaq üçün fəaliyyətini davam etdirəcək.


"Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq”, - deyə BMT koordinatoru vurğulayıb.

Xatırladaq ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba və BMT-nin Ukraynadakı sistem üzrə koordinatoru Denis Braun Dnepr çayının sol sahilindəki işğal olunmuş ərazilərə humanitar yardım göstərilməsi və insanların təxliyəsi üçün bölgəyə göndəriləcək qruplar yaradılması ilə bağlı razılığa gəliblər.

Yardım tədbirlərinin həyata keçirilməsi üçün Rusiya Federasiyasının bölgəyə giriş icazəsi və təhlükəsizlik zəmanətləri verməsi gözlənilirdi.
Rusiya ordusu İran PUA-ları ilə HÜCUMA KEÇDi

Rusiya ordusu İran istehsalı olan "Şahed” pilotsuz uçan aparatları (PUA) ilə Ukraynanın cənub və şərq ərazilərinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri teleqramda məlumat yayıb.

Məlumata görə, ölkənin şərq və cənub bölgələrində hava xəbərdarlığı elan olunub.

Hərbi Hava Qüvvələri Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərində raket təhlükəsi barədə xəbərdarlıq edib. Daha sonra Odessa və Nikolayev vilayətlərində raket təhlükəsi barədə məlumat verilib.

Rusiyanın ballistik raket hücumu təhlükəsi Xarkov, Donetsk və Luqansk vilayətlərində də açıqlanıb.
Malatyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb


Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 4,4 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin yaydığı məlumata görə, zəlzələ iyunun 19-da yerli vaxtla saat 03:30-da qeydə alınıb. Zəlzələnin ocağı 3,3 kilometr dərinlikdə olub.
Zelenski Rusiyanın məğlubiyyətinin əsas şərtini açıqladı
"Müdafiəçilərimiz əks-hücumda uğur qazansa, Rusiya Ukraynaya qarşı müharibəni uduzacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News”a müsahibəsində deyib.

"Qəhrəman xalqımız, cəbhə xəttindəki qoşunlarımız çox sərt müqavimətlə üzləşirlər. Çünki Rusiyanın Ukraynadakı bu kampaniyanı (Ukraynalı müdafiəçilərin əks-hücumunu - red.) uduzması, deyərdim ki, əslində, müharibəni uduzmaq deməkdir”, - dövlət başçısı bildirib.

O, həmçinin aydınlıq gətirib ki, indi cəbhə xəttindən gələn xəbərlər "ümumiyyətlə müsbətdir”, amma vəziyyət çox mürəkkəbdir.
Axtarış
Xəbər lenti
Reklam