Rusiya PUA istehsalına başlayır.
"Financial Times” Ağ Evin bəyanatına istinadən xəbər verir ki, Rusiya öz ərazisində İran pilotsuz təyyarələri istehsal etməyi planlaşdırır.
Əvvəllər Tehran Moskvanı Xəzər dənizi üzərindən hazır pilotsuz təyyarələrlə təmin edirdi.
Amma indi Birləşmiş Ştatlar, ehtimal ki, Tatarıstanda dron istehsalı sahəsinin tikintisi üçün
Tehranın material tədarükünü təmin edir.
Taliban qüvvələri Əfqanıstanın İranla sərhədində yerləşən Nimroz əyalətində ağır silahlarla hərbi təlimlər keçirib.
Bu barədə Nimroz vilayətindəki 3-cü batalyonun komandiri Məhəmməd Nəbi Molla Vurur Taliban xəbər agentliyi Bakhtar-a məlumat verib.
Onun sözlərinə görə, təlimlər peşəkar təlimatçılar cəlb edilməklə Zaranc rayonunda keçirilib. Müxtəlif növ ağır silahların cəlb olunduğu manevrlərin məqsədi Taliban qüvvələrinin döyüş hazırlığını artırmaqdır.
Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən bəri Əfqanıstan-İran sərhədində İran sərhədçiləri ilə vaxtaşırı toqquşmalar baş verir.
ABŞ Ukraynaya milyardlar ayırıb.
ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Paketə hava hücumundan müdafiə vasitələri, hava hücumundan müdafiə sursatları və artilleriya mərmiləri daxildir.
"Dəqiq demək olar ki, Ukraynanın hücumu başlayıb".
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Ukraynanın strateji ehtiyatlardan istifadə etməsinin bunu sübut etdiyini deyib.Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Hakan Fidan ilə bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olduğu bildirilib.
Görüş zamanı S.Lavrovun nazir Fidanı yeni vəzifəsi münasibətilə təbrik etdiyi bildirilib.























