Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.

Bu barədə "Ölkə.az”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub”, – Mərkəzin mətbuat xidməti diqqətə çatdırıb.
Azərbaycanda təbiət hadisəsi ilə bağlı xəbərdarlıq edildi




"Proqnoz kimi deyə bilərəm ki, Azərbaycanda gələn il vulkan püskürəcək”.

Publika.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır:

"Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelaqında səkkiz palçıq vulkanı mənşəli adalar mövcuddur. Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır”.

Azərbaycanın palçıq vulkanlarının diyarı olduğunu qeyd edən A.Əliyev vurğulayıb ki, ölkəmizdəki palçıq vulkanları təbii sərvətlər qaynağıdır. Azərbaycan palçıq vulkanlarının vətəni sayılır:

"Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir. Palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyil ki, palçıq vulkanlarını bəzən "yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət Nazirliyinə təqdim olunub”.
Yeni maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ


Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont gözlənilən maqnit qasırğasının hava şəraitindən asılı olan insanlar və avadanlıqlar üçün mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, oktyabrın 12-də "Zvezda” telekanalına müsahibə verən alim elektromaqnit aktivliyinə həssas olan insanları diqqətli olmağa çağırıb.

O, izah edib ki, insanın ürək-damar sistemi belə hadisələrə tam uyğunlaşmır, ona görə də müvafiq xəstəlikləri olan xəstələr öz həkimlərinin tövsiyələrinə əməl etməlidirlər.

Bundan əlavə, maqnit qasırğası elektronikanın işinə güclü təsir göstərə bilər. Xüsusilə, elektrik xətlərində qəza riski artacaq, kosmik peyklər də mənfi təsirlənəcək. Siqnalın adətən zəif olduğu yerlərdə rabitə ilə bağlı problemlər də ola bilər - əlaqə tamamilə kəsilə bilər.

Natan Eysmont, gözlənilən maqnit qasırğasının gücdə mümkün olan 9 baldan 6-ya çata biləcəyinə aydınlıq gətirib

Xatırladaq ki, bəzi alimlər maqnit qasırğalarının insanların vəziyyətinə təsir etmədiyinə inanırlar.
Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib


2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.

Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdiriliblər. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.

Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.
Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı




Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sentyabrda güclü maqnit qasırğaları olacaq - TARİXLƏR AÇIQLANDI


Sentyabrda Yer kürəsini maqnit qasırğaları bürüyəcək.

Bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.

Məlumata görə, geomaqnit sahəsinin ən yaxın pozulması artıq 6-8 sentyabrda gözlənilir.

Ay ərzində daha üç maqnit qasırğası dalğası müşahidə olunacaq.

"Geomaqnit sahəsinin növbəti daha aktiv həyəcanını sentyabrın 14-də gözləmək lazımdır. Sonrakı günlərdə, yəni sentyabrın 15-dən 17-dək də maqnit qasırğaları mümkündür, lakin daha az intensivlikdə”, - məlumatda deyilir.

Eyni zamanda, bu ayın son maqnit qasırğası sentyabrın 23-də proqnozlaşdırılır.
Bulvarda dənizə düşən şəxs xilas edilib

Bakıda dənizə düşən şəxs xilas edilib.

APA xəbər verir ki, hadisə Dənizkənarı Bulvarda baş verib. Dərhal əraziyə xilasedicilər cəlb ediliblər.

Hadisə yerinə cəlb olunan xilasedicilərin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Türkiyədə beş bal gücündə zəlzələ oldu


Türkiyənin  Malatya vilayətinin Yeşilyurt rayonunda zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, beş bal gücündə zəlzələ yeddi kilometr dərinlikdə baş verib.

Zəlzələ yerli vaxtla 08:35-də (Bakı vaxtı ilə 09:35 - red.) qeydə alınıb.
Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilişi dayandırılıb



Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report”un Qərb bürosunun məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Bəzi küçələrdə piyadaların və avtomobillərin hərəkətində çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.
Türkiyəli meteoroloq: “İstidən ölənlərin sayı artacaq”
Türkiyəli meteoroloq Fırat Çukurçayır ölkədə rekord temperaturlar proqnozlaşdırıb. O, bildirib ki, 2024-cü ildə havalar əhəmiyyətli dərəcədə isti olacaq.

Ekspert Türkiyədə temperaturun 2023-cü ilin oktyabr ayına qədər normadan yüksək həddə qalacağını, Egey, Aralıq dənizi, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində temperaturun daha kəskin olacağını söyləyib.

"El-Nino fenomeninin temperatura təsiri adətən onun başlanmasından bir il sonra nəzərə çarpır. Buna görə də Türkiyənin hazırda 2023-cü ildə yaşadığı istilərin 2024-cü ildə özünü daha kəskin göstərməsi ehtimalı var”, - Çukurçayır vurğulayıb.

O əlavə edib ki, 2016-cı il ölkə tarixində ən isti il ​​olub. Lakin bir il sonra 2016-cı ildə müəyyən edilmiş temperatur rekordunun keçiləcəyi proqnozlaşdırılır.
Axtarış
Xəbər lenti
Reklam