Türkiyədə gənc futbolçu və atası eyni gündə ölüb.
Regional həvəskarlar liqasının futbolçusu 17 yaşlı Enes Bülent dünən axşam saatlarında Ədirnədə keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.Atası onun cansız bədənini tarlada tapıb.
Oğlunun ölüm xəbərini alan ata,47 yaşlı Ramazan Bülent kədərdən infarkt keçirib və bu səhər dünyasını dəyişib.
Bir-birinin ardınca dünyasını dəyişən ata və oğul bu gün dəfn edilib.
Rusiyanın Kurqan vilayətində baş verən yanğınlar nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Bu barədə TASS məlumat yayıb.
Bu gün daha bir nəfərin meyiti tapılıb.
Yanğın nəticəsində 612 ev zərər görüb.
Biləsuvar sakini toyda qəfil vəfat edib.
Rayonun Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halı qəflətən pisləşib.
O, anidən yerə yıxılıb və dünyasını dəyişib.
"Qafqazinfo” xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halı qəflətən pisləşib.
Bakıda itkin düşmüş qadın 2 ildir tapılmır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
"Onun əlamətləri belədir: Boyu təxminən 156 sm, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
İtaliyanın maliyyə qvardiyası üç tona yaxın dondurulmuş kokain aşkar edib.
Kokain partiyası Gürcüstanın Batumi limanı vasitəsilə Ekvadordan Ermənistana göndərilən bananların olduğu konteynerlərdə imiş.
Kokain partiyasının təxminən 800 milyon avro dəyərində olduğu ehtimal edilir.
Şəhid Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.
II Qarabağ müharibəsi şəhidi Xudayarın ailəsinə ağır itki üz verib. Belə ki, şəhidin babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib.
Bu haqda aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib:
Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.
Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Antalyanın Serik rayonunda 31 il əvvəl baş verən qəza nəticəsində hər iki qolu amputasiya edilən Bülent Bodur (44) qızının köməyi ilə oyun oynayarkən zərfi ağzı ilə seçki qutusuna atıb.
Qəza nəticəsində hər iki qolu amputasiya edilən Bülent Bodur həyat yoldaşı və qızı ilə səsverməyə gəlib.
Serik Qızlar Anadolu Peşə Liseyində qızının köməyi ilə oyundan istifadə edən Bülent Bodur zərfi ağzı ilə qutuya qoyub. Qollarının arasına aldığı qələmlə imzasını qoyan Bodur, "Türkiyəyə, ölkəmizə, millətimizə təbrik edirəm.",- deyib.























