Qərbi Azərbaycanın Urmiya şəhərində mərkəzi həbsxanada üç məhbus edam olunmaq üçün təkadamlıq kameraya salınıb. Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Oxu24.com un xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 


Yazar Günel Eminli vəfat edib.

Bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar. Qeyd edilib ki, bu gün eyni zamanda mərhumun doğum günü imiş. 

G.Eminli uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qeyd edək ki, o, ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edirdi, bir neçə kitabın müəllifi idi.


İstanbul jandarma idarəsi 1 milyard dollarlıq saxta pul çap edərək Afrika ölkələrinə göndərmək istəyən şəxsləri saxlayıb.

Əməliyyat zamanı bir Türkiyə vətəndaşı, üç İsveç vətəndaşı, bir Böyük Britaniya vətəndaşı və bir Qana vətəndaşı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda axtarış aparıb və seyflərdən 1 milyard dollar dəyərində saxta 100 dollarlıq əskinas götürüblər.


Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib.

Məhkəmədə onun istintaq ifadəsi elan edilib.

Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: "Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli "Niva” markalı avtomobilə minərək uzaqlaşdı".

Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: "Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu”.

"Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.


Rusiyada saunada baş verən yanğın zamanı iki qadın ölüb. Bu barədə Rusiya DİN Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib. Məlumata görə, ölənlər yerli mağazada işləyən 36 yaşlı və 21 yaşlı qadınlardır. Məlumata görə, ölənlər yerli mağazada işləyən 36 yaşlı və 21 yaşlı qadınlardır.


Bakı şəhərinin Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

 Bu barədə   FHN-dən bildirilib.

 Yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

 

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 


Bakıda intihara cəhdin qarşısı alınıb.Metronun "Koroğlu" stansiyasının yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs fikrindən daşındırılıb. İntihara cəhd edən şəxs körpüdən düşürülüb.


Boşandığı qadının avtomobilinə bomba qoydu

 Çorumda bir müddət yaşayıb ayrılan Hatun Dəmirin maşınının altına bomba yerləşdirən Kadir Karadağ və ona kömək edən Şükrü Gül 14 il 7 ay həbs cəzası alıb.

Hadisə 2022-ci il yanvarın 7-də Ulukavak Məhəlləsi Sakarya 3-cü küçəsində baş verib. Park etdiyi avtomobilinin altına bomba qoyulduğunu anlayan Hatun Dəmir polisə xəbər verib.

Aparat bomba zərərsizləşdirilməsi mütəxəssisləri tərəfindən təhlükəsiz əraziyə aparılaraq detonatorla işə salınıb. Partlayış zamanı 3 avtomobilə ziyan dəyib. Hatun Dəmirin birlikdə yaşadığı və ayrıldığı Kadir Karadağ və ona kömək edən Şükrü Gülün avtomobilə bomba  yerləşdirməsi ittihamı ilə saxlanılaraq həbs edilib.

1-ci Ağır Cəza Məhkəməsində Kadir Karadağ və Şükrü Gülə qarşı 'öldürməyə cəhd' və 'təhlükəli malları icazəsiz saxlama və ya dəyişdirmə' ittihamları ilə 23 ilə qədər həbs cəzası gözlənilən iddia qaldırılıb.


Əfqanıstanda qubernatora bombalı hücum olub

Əfqanıstanın şimal-şərqindəki Bədəhşan vilayətinin qubernator müavini və qubernator vəzifəsini icra edən Mövləvi Nisar Əhməd Əhmədi sui-qəsd nəticəsində dünyasını dəyişib.

Bədəxşan Valiliyinin Mədəniyyət və İnformasiya Direktoru Maazeddin Ahmedi bildirib ki, əyalətin mərkəzi rayonu Feyzabadın Məhkəmə Meydanında yerli vaxtla saat 08:15-də baş verən partlayış qubernator müavini Əhmədinin daşıdığı avtomobili hədəf alıb.

Əhmədi partlayış nəticəsində Bədahşan Qubernator müavini və Qubernator müavini Mövləvi Nisar Əhməd Əhmədinin və daha bir nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Axtarış
Xəbər lenti
Reklam