Ukrayna Rusiyanın nəzarətində olan Xerson yaxınlığındakı bəndin Rusiya qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

 Rusiya hakimiyyət orqanları hücumun terror aktı olduğunu bəyan edərək, ittihamları rədd edib. 

Təxliyyələrin başlanmasından sonra 5 saat ərzində bölgədə suyun səviyyəsinin kritik həddə çatacağı ilə bağlı xəbərdarlıq edilib.

Rusiya dövlət xəbər agentliyi bəndin ciddi şəkildə zədələndiyini və su altında qaldığını açıqlayıb.

Nova Hakovkada ən azı 600 evi su basıb.

Bildirilib ki, hazırda Zaporojya AES-də heç bir risk yoxdur.

Rusiya rəsmiləri bildiriblər ki, Nova Kaxovka bəndinin dağılması səbəbindən Şimali Krım kanalının quruması təhlükəsi yoxdur.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çərşənbə axşamı Tvitter hesabında bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Nova Kaxova bəndində baş verən partlayışla bağlı təcili iclas keçirəcək.

Rusiyanın Kaxovka bəndini dağıtması təsdiq edir ki, Moskva qüvvələri bütün Ukraynadan "qovulmalıdır”, - Zelenski Telegram mesajlaşma proqramında deyib.


Paytaxtın Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov tutulub. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.

Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Onun üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.

Cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”, - məlumatda qeyd edilib.


Gəncə şəhərində yerli sakin özünü binadan atıb.

Hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.


Başı konserva qutusuna ilişmiş pişik xilas edilib

 Kayserinin Kocasinan rayonunda başı konservaya ilişən pişik yanğınsöndürənlər tərəfindən xilas edilib.

Turqut Rəis Məhəlləsi Şinasi küçəsində başı konservaya ilişən pişiyi görənlər 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Əraziyə yanğınsöndürənlər göndərilib.

Komandalar 15 dəqiqəlik araşdırma ilə pişiyin başını konservdən çıxarıb.

Pişiyin vəziyyətinin yaxşı olduğu bildirilib.


Son günlər bəzi rayonlarımızı cənginə alan təbii fəlakət əsl fəlakət gətirib. Leysan və sel bəzi rayonlarda canlar da alıb. İnsanlar evlərini itirib, əkin sahələri məhv olub.

Bunu son illər ölkəmizdə baş verən ən güclü təbii fəlakət adlandırmaq olar. Bəs təbiətin qəzəbinə tuş gələn bölgələrdə insanların dərdinə kim dərman olacaq?

Artıq müvafiq qurumlar tərəfindən həmin əarzilərdə dağılmış infrastrukturun bərpasına başlanılıb. Amma fərdi evlərin dövlətin hesabına bərpa ediləcəyi ilə bağlı qərar hələ ki, yoxdur.

Hələlik sakinlər ciddi ziyan dəyən evlərində yaşamağa məcburdurlar.

Əkin sahələri məhv olan fermerlərə gəlincə, onların problemi dəyişməyib: həmin sahələrin sığortası yoxdur. Niyə? Çünki bu insanlar sığortaya inanmır. 


Ermənistanda baş naziri Nikol Paşinyanın ünvanına "Satqın Nikol” deyən Akob Berberyan İrəvan şəhərinin Kentron polis idarəsinə aparılıb.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukdakı səhifəsində yazıb.

"Akop Berberyanın səhifəsində onun baş nazirin ünvanına "Nikol satqındır” qışqırdığı, sonra kimsə ona "yaxınlaşdığı”nı (ehtimal ki, polis və ya mühafizəçi) əks etdirən video var, bundan sonra Aakobla əlaqə kəsilib. Yəqin ki, o, həbs olunub.

Hazırda Akobdan heç bir xəbər yoxdur”, - o qeyd edub.

Qeyd edilir ki, parlamentin deputatları Kristine Vardanyan və Asram Krpeyan polis idarəsinə müraciət ediblər.

Eyni zamanda qeyd edilir ki, vətəndaşlar Baş Polis İdarəsinin yaxınlığında toplaşır.


Saatlıda 18 yaşlı oğlan xalasının ərini öldürüb.

Hadisə gecə saatlarında Saatlı şəhərində baş verib. Saatlı şəhər sakini, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu münaqişə zəminində xalasının əri, şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu bıçaqla qətlə yetirib.



Tərtərdə arvadını və evində usta işdəyən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.

Məhkəmənin hazılıq iclası iyunun 13-ə təyin edilib.


Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürtə həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, "Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib.

Əraziyə təcili yardım briqadası çağırılsa da gec olub.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Onun ölüm səbəbi araşdırılır.

Axtarış
Xəbər lenti
Reklam