Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Ucar şəhərinin Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini Mirsadiq Tağıyevin idarə etdiyi "Saipa” markalı minik maşını ilə Mircəlal Mirmövsümovun idarə etdiyi "VAZ-21010” markalı avtomobil toqquşub.

Nəticədə 4 nəfər rayon sakini- sürücü, Mircəlal Mirmövsümov, sərnişinləri- 2006-cı il təvəllüdlü Ülvü Şüküroviç Lətifov, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov və 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Mircəlal Mirmövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Valuyski rayonunun Sobolevka kəndini atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb, 2 nəfər həlak olub”. Bu barədə teleqram kanalında vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. 


AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 


Bir neçə gün öncə itkin düşən Cəlilabad sakini tapılıb.  Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib. 


Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.




Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.


Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib. Aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib.


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən  daxil olan müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.


Bir neçə il əvvəl hakimlik fəaliyyətinə xitam verilən Bəhram Şükürov vəfat edib.

Böyrək çatışmazlığından əziyyət çəkən keçmiş hakim Bakıda dünyasını dəyişib.

Bəhram Şükürov Apellyasiya Məhkəməsinin ilk hakimlərindən olub.

Lakin sonradan fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilərək səlahiyyətlərinə xitam verilib.

 


Axtarış
Xəbər lenti
Reklam