(29-05-2023, 17:00)
Rusiya Daxili İşlər Nazirliyi(DİN) ABŞ senatoru Lindsi Qremi rəsmən axtarışa verib.
Rusiya DİN L.Qremi "rusofob açıqlamalar verməkdə” günahlandırıb.
Belə ki, senatorun mayın 26-da Kiyevdə səfərdə olarkən Prezident Volodimir Zelenski ilə görüşdə ABŞ-ın Ukraynaya maliyyə yardımı barədə danışarkən, rusiyalıların ölümündə maraqlı olduğuna dair açıqlama verdiyi bildirilir.
Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı "45-li Yol İstismarı” MMC–yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.
Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.
Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.
Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.
Mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.























