Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə - heroin aşkarlanıb.


Mayın 27-də və 28-də Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Bildirilib ki, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.





Şəkidə 17 yaşlı qız ad günündə itkin düşüb.
Faktla bağlı Şəki ŞRPŞ- də araşdırma aparılır.


Şabran rayonunda 65 yaşlı kişi itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov mayın 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mercedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Bakıda 4 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. Hadisə Binəqədi rayonunda baş verib. 4 yaşlı Rəhim Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib. Lakin bu zaman manqalın onun üstünə düşməsi nəticəsində xəsarət alıb.





Mayın 27-29-da Bakıda bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin aparılması ilə əlaqədar olaraq həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Bakıda fəaliyyət göstərən "Səhhət-M” MMC və "Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb.

 Hadisə Daşkəsən rayonunda baş verib.

Faciəvi şəkildə həyatını itirən 20 yaşlı Davud Fuad oğlu Məmmədlinin fotosunu təqdim edirik:

 



Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Hadisə mayın 22-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi "Ford Transit” minik markalı avtomobillə hərəkətdə olarkən piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub. Qadın bədən xəsarətlərindən mayın 23-də müalicə aldığı klinikada ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


3 cinayətdə şübhəli bilinən  qadını polis  çarpayının arxasından tapıb.

Kayseri bölgəsində axtarışda olan qadın həbs edilib.

Müəyyən edilib ki,axtarışda olan  qadın  bir  sıra  ağır cinayətdə ittiham olunub.

 Əməliyyat zamanı yataq otağında çarpayının altında gizlənən 34 yaşlı A.U  adlı qadın həbs edilib.

Axtarış
Xəbər lenti
Reklam