Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


 


Bu gün haqqında danışmaq istədiyimiz şəxs Qəbələ rayon Regional Meşə İdarəsinin rəisi Əkrəm Babayevdir. Əkrəm Babayev daha öncə Şəki Regional Meşə İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Daha sonra Qəbələyə təyin olunmuşdur. Daha aydın desək Şəkini yarıtdı, qaldı Qəbələ. 

Əkrəm müəllim Şəki rayon Regional Meşə idarəsində rəis vəzifəsində çalışdığı zaman çox qanunsuz işlər görmüşdür. Meşələri talan etmiş, ağacları kəsdirirdi. Satırdı. Gələn puluda qoyurdu cibinə. Gözü doymurdu. İndi məsələ o qədər maraqlıdır ki. Şəkini talan etdi, keçib indi Qəbələyə. Bütün şəhid və qazi ailələrinin qarşısında baş əyir, onlara ömrümüzün sonuna qədər borclu olduğumuzu bildiririk. Lakin onu da bildirmək istəyirik ki, Əkrəm müəllim qazi olduğundan istifadə edərək, öncə Şəki rayonunu bərbad vəziyyətə qoydu, indidə keçib Qəbələyə. Daha maraqlı məqam odur ki, hara baxır bizim Ekologiya və Təbii Sərvətlər Nazirimiz Cənab Muxtar Babayev? Şəkini yaxşı talan etdi deyəmi Əkrəm müəllimə mükafat verib onu Qəbələyə göndəriblər? Bəlkə Əkrəm Babayevin Nazir Muxtar Babayev ilə hansısa qohumluğu var? Bəlkə ortada hansısa dostluq münasibəti var bilmədiyimiz. Yoxsa cənab Nazirə belə kadrlarmı lazımdır ki, ona böyük etimad göstərib Qəbələ kimi böyük rayona gətirib. Şəki rayonunda fəaliyyət göstərən zaman KİV Əkrəm Babayev və onun qanunsuzluqları barəsində nə qədər çəkirdilər, yazırdılar, ictimailəşdirirdilər. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirimiz Muxtar Babayev buna bir məhəl qoymadı, görməzdən geldi. Buradan belə nəticəyə gəlmək olur ki, ölkəni talamaq üçün Əkrəm müəllim lazımi kadrdır. Əsasəndə Muxtar Babayev üçün. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb, ictimailəşdirib xahiş edirik ki, Əkrəm  Babayevin gördüyü bütün işlər ciddi araşdırılsın. Barəsində lazımi tədbirlər görülsün. Əgər bu məsələ tezliklə həll yolunu tapmasa Əkrəm Babayev kimi insanlar ölkəmizi talayıb, uçuruma aparacaqlar. 



Rusiya Amerikalı jurnalistin həbs müddətini uzadıb.

 Moskvanın Lefortovo Məhkəməsi casusluqda ittiham olunan Amerikanın "The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin həbs müddətini uzadıb.

"Moskvanın Lefortovski Rayon Məhkəməsinin 23 may tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviçin həbs müddəti üç ay bir gün uzadılıb,Bununla da jurnalist 2023-cü il avqustun 30-dək həbsdə qalacaq”, -  deyə  məhkəmədə bildirilib.

 


Şəki rayonunun Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayır.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

 Baş Qərargahı səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, "İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 "Şahed” kamikadze PUA-sı tətbiq edib.

 

 

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

"Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 "Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, - deyə məlumatda bildirilir.

Gümrüdə 27 yaşlı kişi əlində qumbara ilə polis idarəsinə girərək özünü partlatmaqla hədələyib.

Ermənistan mediasının məlumatına görə, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə deyil, hökumətlə, ictimai sektorun nümayəndələri ilə problemləri olduğunu və hakimiyyətin siyasətinə qarşı çıxdığını etiraf edib.

Bildirilir ki, o, dərhal saxlanılıb və hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi başlanıb.

Məmləkət Partiyasının sədri, türkiyə prezidentliyinə keçmiş namizəd Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.

Bu barədə siyasətçi "Twitter”də məlumat verib.

O, palatada siyasətdən kənar olduğunu bildirib.


"Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır”. Bunu açıqlamasında Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib.

Onun sözlərinə görə, güneyli milli fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır: "Mütəmadi olaraq Ə. Obalının həyat yoldaşı Nahidə xanımla əlaqə saxlayıram. Nahidə xanım bildirib ki, hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək. Həm Ə. Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. Ə. Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Ə. Obalı və oğlunun olduğu otağa buraxmırlar”.

F. Pənahovа bildirib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürmək imiş: "Nahidə xanım ağır psixoloji sarsıntı keçirib. O, yoldaşının, oğlunun və özünün təhlükəsizliyi ilə bağlı qorxu içindədir. Ümid edirik ki, ABŞ polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.





Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

 Bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış.

 Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Axtarış
Xəbər lenti
Reklam