Bir müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilmişdi.
C.Hüseynov həmin məsələ ilə bağlı həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb, onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki, N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu da zədələyib.