
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan "Əl-Nəsr” – "Əl-Tai” matçı yanvarın 6-na təxirə salınıb.
Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır.
Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, dekabrın 31-də "Əl-Nəsr” portuqaliyalı hücumçu Kriştianu Ronaldonun transferini elan edib, yanvarın 4-də isə futbolçu komanda ilə ilk məşqinə çıxıb.
Kadi Borges "Qarabağ”dan ayrılıb.
Bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın "Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra "Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ”da oynayırdı.
(19-12-2022, 10:25)

Qətərdə keçirilən dünya çempionatının ən sərrast futbolçusu bəlli olub.
Oxu.Az-ın məlumatına görə, bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe sahib çıxıb.
Argentina ilə final matçında (3:3) het-trik edən 24 yaşlı hücumçu mundialı 8 qolla başa vurub.
Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçının ən yaxı futbolçusu seçilib.
35 yaşlı hücumçu həlledici qarşılaşmada 2 qolla yadda qalıb.
Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar.

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku 2023-cü il İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.
Beynəlxalq Şahmat Federasiyasından (FIDE) verilən məlumatına görə, Azərbaycan paytaxtındakı yarışda ilk 3 pilləni tutan qrossmeysterlər şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.
İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, "Grand Swiss” turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmeyster olacaq.
Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.
"Azərbaycandakı işimi xatırlayıram: Futbolçular hər toqquşmada yerə yıxılırdı”.
Bunu "Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Qətərdə keçirilən dünya çempionatında hakimlərin oyunun əsas vaxtına 10 və daha çox dəqiqə əlavə etməsi barədə "Sport-express” nəşrinə müsahibəsində deyib.
75 yaşlı mütəxəssis bu qərarı çox bəyəndiyini bildirib:
"Bunu ona görə edirlər ki, futbolçular özlərini tez-tez yerə atmasınlar. Bu, hər yerdə, bir çox liqalarda olur. Azərbaycanda olarkən itirilən vaxtı hesablayırdım. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Futbolçulara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız. Belədə futbolun dinamikası ölür”.
Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ”yə başçılıq edib.

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt” stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş
Baş hakim: Sezar Ramos
"Əl Bayt” stadionu
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.
"Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.
Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
"Lusail” stadionu
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.


































