Azərbaycanın iki karateçisi İslamiadaya vəsiqə qazanıb


Azərbaycanın iki karateçisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında çıxış edəcəyi dəqiqləşib.

Bu barədə Oxu.Az-a karate millimizin baş məşqçisi Qurban Tağıyev məlumat verib:

"Tural Ələkbərli 74 kq, Əli Cəfərov isə +94 kq çəki dərəcəsində İslamiadaya lisenziya qazanıb. Onların hər ikisi kikboksinq üzrə Dünya Kubokunda "Point Fighting” (yarımkontakt) növündə çıxış ediblər və bürünc medal qazanıblar. Ayxan Mamayevlə Rafiz Həsənov bu növdə az məşq etdiyindən, onlar üçün çıxış etmək çətinlik yaradıb.

İstənilən halda, onlar karatedə də Azərbaycanı İslamiadada təmsil etməyəcəklər. Çünki onların çəkisində irəlidə olan karateçilərimiz var. Həmin karateçiləri İslamiadaya aparacağıq. Buna bu ay Qaziantepdəki Avropa çempionatından sonra tam aydınlıq gələcək”.

Qeyd edək ki, 13-15 may tarixlərində İstanbulda keçirilmiş kikboksinq üzrə Dünya Kubokunda Azərbaycanın doqquz karateçisi çıxış edib. Daha yeddi karateçi Ayxan Mamayev, Orxan Heydərli, Samir Məmmədov, Rafiz Həsənov, Murad Hacızadə, Renata Ərəbli və İnci Əzizova olub. Heç vaxt kikboksinqin "Point Fighting” növündə təmsil olunmamışıq deyə, Azərbaycan Taekvondo Federasiyasından da bəzi idmançılar ora aparılıb. Nəticədə daha dörd idmançı bürünc medal qazanmaqla İslamiadaya kikboksinq adından lisenziya qazanıb.

Onu da bildirək ki, İslamiadada kikboksinq üçün 50 yer ayrılıb.
Sentyabrda Bakıda keçiriləcək beynəlxalq yarışı keçirməyə arena tapılmır
Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin internet üzərindən növbəti görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov yığıncaqda iştirak edib.

EKF-in ispaniyalı prezidenti Antonio Espinos 2022-ci ilin tədbir və yarışları barədə danışıb. O xatırladıb ki, Ukraynada məlum hadisələrlə əlaqədar bu mövsümün Moskvada nəzərdə tutulan son Karate1 Premyer Liqa mərhələsi keçirilməyəcək. Yarışın hər hansı digər şəhərdə keçiriləcəyi hələ müəyyənləşməyib və belə mötəbər turnirə hazırlıq vaxt azlığı baxımından çətin olacağından, yarışın təxirə salınması ehtimalı var. Elə olarsa, sentyabrda Bakıda keçiriləcək Karate1 Premyer Liqa turniri mövsümün son nüfuzlu yarışı ola bilər.

Espinos həmçinin Azərbaycanın Bakıda 2015-ci ildə Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil etdiyindən, Premyer Liqa kimi mötəbər yarışı da uğurla keçirəcəyinə inandığını bildirib.

Yarışa hazırlıqla bağlı danışan Yaşar Bəşirov gələn il Karate1 Premyer Liqa turnirini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilməsi təklifini verib. Antonio Espinos təkliflə bağlı rəhbərlik etdiyi beynəlxalq təşkilatın müvafiq məsul şəxsləri ilə bu barədə müzakirələr aparılacağını bildirib.

Qeyd edək ki, Bakıda 2-4 sentyabr tarixlərinə planlaşdırılan Karate1 Premyer Liqa turnirinin Milli Gimnastika Arenasında keçiriləcəyi nəzərdə tutulsa da, həmin tarixlərdə arenada yarış olduğu bildirilir. Hazırda bu məsul yarışın keçiriləcəyi yer barədə məsələ açıq qalır. Ümumdünya Karate Federasiyasının Karate1 Premyer Liqa yarışlarında 80-dək ölkədən 400-dək idmançı və müxtəlif dövlətlərdən 100-dən artıq beynəlxalq hakim iştirak edir.
13 yaşlı ingilis futbolçu matç zamanı öldü


İngiltərənin "Kavalers” klubunun 13 yaşlı futbolçusu Samuel Akvasi matç zamanı dünyasını dəyişib.

Bu barədə Nottingemşir Futbol Assosiasiyası məlumat yayıb.

Hadisə mayın 7-də "Rossonyeri” ilə ev oyununda baş verib.

Futbol Assosiasiyası Akvasinin vəfatı ilə bağlı başsağlığı verib.

Onun komandanın bütün üzvləri arasında böyük hörmətə malik olduğu bildilrib.
“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir
Sona üç tur qalmış "Qarabağ”ın ölkə çempionu olması ilə Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi də bəlli olub.

Oxu.Az xəbər verir ki, doqquzuncu dəfə Azərbaycan çempionu olan "Qarabağ” bir illik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirində oynayacaq.

Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsindən yarışa qatılacaq. Təmsilçimiz püşkatmada güclülərin yer aldığı "səpələnmişlər” səbətində yer alacaq.

Bəs "Qarabağ”ın rəqibi hansı komandalar ola bilər? Bunlardan onunun adı məlum olub.

"Səpələnməmişlər” səbətində yer alan ölkələrinin çempionları bunlardır: "Zrinski” (Bosniya və Herseqovina), "Sürix” (İsveçrə), "Şaxtyor” (Belarus), "Sutyeska” (Monteneqro), Kİ (Farer adaları), "Hibernians” (Malta), "Tobol” (Qazaxıstan), "Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), "Dinamo” (Batumi, Gürcüstan).

Bundan başqa, Polşa, Albaniya, Kosovo çempionlarının və ilkin mərhələnin qalibinin "səpələnməmişlər” səbətində yer alacağı dəqiqdir.

"Səpələnmişlər” və "səpələnməmişlər” arasında var-gəl edən və hələ ki qeyri-müəyyən olanlar isə bunlardır: "Şemrok Rovers” (İrlandiya), "Linfild” (Şimali İrlandiya), Sloveniya və Lüksemburq çempionları.

Qeyd edək ki, püşkatma iyunun 14-də olacaq. "Qarabağ” isə I təsnifat mərhələsində 5/6 iyul və 12/13 iyul tarixlərində mübarizə aparacaq.
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub


Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.

UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.

Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.

Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.
Şəhriyar Məmmədyarov Karlsenə qalib gəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirib.

37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
 

"Liverpul”un futbolçusu Məhəmməd Salah ilin oyunçusu seçilib.

 

Misirli hücumçu İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının keçirdiyi səsvermənin qalibi olub.

 

 

 

Salah karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2018-ci də ən yaxşısı seçilib.

 

Məhəmməd səsvermədə "Çelsi”nin futbolçusu Meyson Maunt, "Vest Hemlə Mikael Antonio, "Mançester Siti”dən Fil Foden və Ruben Diaş, "Lester”dən Yuri Tilemansı qabaqlayıb.

Teymur nişanlısı ilə yeni fotosunu paylaşdı
Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanan Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov onunla yeni fotosunu paylaşıb.
 
O, şəklə Annanın profilini təq edərək ürək emojisi qoyub. 
 
Tanınmışlar T. Rəcəbovu təbrik edib, cütlüyə xoşbəxtlik arzulayıb.
 
Qeyd edək ki, T. Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var. Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində  5-ci tura yekun vurulub.

İkinci oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib. Qeydə alınan nəticələrdən sonra daha 5 komanda 1/8 finala yüksəlib.

 

Bunlar "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Sportinq" (Portuqaliya), "Real" (İspaniya) və İtaliya "İnter"idir. Türkiyənin "Beşiktaş" klubu isə ardıcıl 5-ci matçında da uduzaraq avrokuboklarla vidalaşıb.


Dortmund "Borussiya"sı, "Şerif" (Moldova) və "Zenit" (Rusiya) isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.


Qeyd edək ki, daha əvvəl "Ayaks" (Niderland), "Bavariya" (Almaniya), "Mançester Yunayted", "Liverpul", "Çelsi" (hər üçün İngiltərə) və "Yuventus" (İtaliya) 1/8 finala vəsiqəni rəsmiləşdirib.

 

A qrupu

"Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya) - 0:5
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:1

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4,  "Brügge" - 4,


B qrupu

"Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - 0:1
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0


Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, , "Milan" - 4, "Atletiko" - 4


C qrupu


"Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2
"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1


Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.


D qrupu


"İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0
"Şerif" (Moldova) - "Real Madrid" (İspaniya) - 0:3
 

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.


 
Azərbaycan Universal Döyüş Federasiyasının yeni zalı açıldı

İlk yarış 8 noyabr Zəfər gününə həsr olunub

Azərbaycan Universal Döyüş Federasiyasınınyeni zalı Bakının Nərimanov rayonunda açılıb. Artıq həmin məkanda ilk yarış da keçirilib. Belə ki, ilk olaraq yeni zalda Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş Klublararası Turnir təşkil olunub. Uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən yarışda Universal Döyüş Federasiyasının 8 komandasını – "Qartal”, "Pik”, UDK, "Golden Ring”, "Modern”, "İlkin” FK, "Rasim” FK və "Melissa” komandalarını təmsil edən 80 idmançı iştirak edib. Qaliblər Universal Döyüş Federasiyası tərəfindən diplom, medal, kubok, yaxa nişanları və qiymətli hədiyyələrlə təltif ediliblər.

aia.az
 
 

 
 
 
 
Axtarış
Xəbər lenti
Reklam