Dünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar
(8-08-2023, 11:13)
(8-08-2023, 11:13)

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar.
"Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri dünya çempionatını beş medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly” üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Azərbaycanın daha üç cüdoçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.
"Report”un məlumatına görə, qızların mübarizəsində Nilgün Rzayeva (57 kiloqram) və Zeynəbxanım Əsədova (70 kiloqram), oğlanlardan isə Mehdi Abbasov (73 kiloqram) üçüncü yeri tutublar.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (50 kiloqram), Ayxan Mirzəzadə (55 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) qızıl, Xədicə Abdullayeva (40 kiloqram) və Aytən Verdiyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Avrokuboklarda dünən keçirilən matçlardan sonra yeni UEFA reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb.
"Atlılar” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi "Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik ölkə reytinqinə 0,125 xal əlavə olunmasına imkan verib. Beləliklə, ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.
Sıralamaya 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncüdür.

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb.
61 kq
Əliabbas Rzazadə amerikalı Aaron Qaretlə (11:10) argentinalı Herman Almendraya (tuş) qalib gəlib. Ancaq üçüncü görüşdə hakimlərin mübahisəli qərarı ilə ABŞ-ın digər təmsilçisi Austin Desantoya 3:4 hesabı ilə məğlub olub. Gürcüstanlı Ramaz Turmanidzeni (4:0) üstələyən Əliabbas bürünc medala sahib çıxıb.
65 kq
Hacı Əliyev polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb - 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə "tuş"la qalib gələrək turniri üçüncü pillədə başa vurub.
70 kq
Maqomed-Başir Xaniyev gürcüstanlı Sandro Sardanaşvili (11:0) və macarıtanlı Daniel Antal (10:2) üzərində inamlı qələbələr qazanaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə amerikalı Duqlas Veberə 2:6 hesabı ilə məğlub olan Xaniyev gümüş medalla kifayətlənib.
74 kq
Turan Bayramov ilk 2 görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş), Xadjimurad Qadjiyev isə gürcüstanlı Luka Çxitunidzeylə (8:1) isveçrəli Tobias Portmana (7:1) qalib gəlib. Üçüncü mərhələdə milli üzvləri bir-biri ilə qarşılaşıb. Turan Xadjimurad üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib.
Digər səbətdə yer alan Cəbrayıl Qadjiyev bolqarıstanlı Ali Paşa Umarpaşayev (10:10), polşalı Kamil Ribiçki (9:0) və Bolqarıstanın digər təmsilçisi Ramazan Ramazanovu (5:4) məyus edərək adını finala yazdırıb.
Yunanıstanlı Georgios Kuqiumtsidis xalçaya çıxmadığı üçün Xadjimurad üçüncü yeri tutub. Azərbaycan finalı isə gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Polşada çempion olub.
Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızı, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıb.

"Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz”.
"Report”un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv”a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, futbolda qaçılmaz hallar olur:
"Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar”.
O, futbolçularının çox yaxşı oyun göstərdiyini söyləyib:
"Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. "Rakuv” elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq”.
Qurbanov "Rakuv”la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib:
"Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə, kənardan fərqli görünür. Oyuna yenidən baxacağam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının haradasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. "Rakuv” oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə, bəlkə də, bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün Kosovonun paytaxtı Priştinadakı Avropa çempionatında ikinci oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, C divizionunun B qrupunda yer alan kollektiv Ermənistanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, ilk oyunda Kiprlə üz-üzə gələn milli məğlub olub - 51:65.
"Qarabağ”ın müdafiəçisi Kevin Medina Türkiyə Superliqa təmsilçisi "Çaykur Rizəspor”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
"Qafqazinfo”ya açıqlama verən kolumbiyalı müdafiəçi danışıqlar getdiyini, amma hələ hər şeyin dəqiqləşmədiyini bildirib:
"Danışıqlar gedir, amma heç nə konkretləşməyib. Təklif çoxdan var idi. Mən gedib-getməyəcəyimlə bağlı qərarımı kluba demişəm. Lakin bunu sizə açıqlaya bilməyəcəm. Yaxın günlərdə nə baş verəcəyini görəcəyik”.
"Azərbaycan futbolunun səviyyəsi yüksəlişdədir”.
Bunu "Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
"Ağ-qaralar”ın kapitanı Azərbaycan Premyer Liqasının səviyyə baxımından Rusiya çempionatına yaxınlaşdığını bildirib:
"Əvvəllər Rusiya ilə Azərbaycan çempionatları arasında böyük fərq var idi. Amma indi çempionatımızda gərgin mübarizə gedir. Rusiya çempionatı komandalarının səviyyəsinə və infrastrukturuna görə yenə də cəlbedicidir. Azərbaycan futbolu isə inkişafdadır. Hər şey ildən-ilə yaxşılaşır”.
Qeyd edək ki, E.Mahmudov Rusiyada "Saturn” və "Spartak” klublarının formasını geyinib. 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Neftçi”də çıxış edir.
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır.
Bizim.media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Albaniyanın "Eqnatia” klubunun heyətində "Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.
Təcrübəli oyunçu üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrılıb. Bu barədə futbolçunun özü məlumat verib:
"4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”.
İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək "Ararat” - "Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar