36 yaşlı Lionel Messi Argentina millisindəki karyerasını nə vaxt başa vuracaqğını açıqlayıb.
"Əminəm ki, bu, tezliklə baş verəcək. Yaşımı nəzərə alsaq, bu, məntiqlidir. Amma doğru məqamın nə vaxt gələcəyini dəqiq bilmirəm. Mən hər günü zövqlə yaşayıram, məni əhatə edən gözəllikdən həzz alıram”, - deyə hücumçu bildirib.
O qeyd edib ki, hazırda milli ilə birlikdə istədiyi hər şeyə nail olub.
"Bu nəticəni gözləyirdim. Hətta daha artığına nail olmaq istəyirdim. Moldovaya rekord üçün getmişdim”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.
Üç qızıl qazanan idmançı daha yaxşı nəticə göstərə biləcəyini söyləyib: "Yarış çox yaxşı, istədiyimiz kimi keçdi. Bundan da artığı ola bilərdi. Üç qızıl medal qazandım. Həm təkanla qaldırmaqda, həm birdən qaldırmaqda, həm də ümumi nəticədə birinci oldum”.
R.Alməmmədov qarşıdakı dünya çempionatında da uğur qazanmaq istədiyini əlavə edib: "Növbəti yarışlara hazırlaşırıq. 20 yaşlıların dünya çempionatı olacaq. Onada da özümü göstərmək istəyirəm”.
Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində start götürən U-15 Avropa çempionatında finala yüksəlib.
"Report”un məlumatına görə, 46 kq-da çıxış edən idmançı ardıcıl olaraq xorvatiyalı Ayla Kadriyi, rumıniyalı Orsolya Sover, rusiyalı Polina Boçkareva və belaruslu Ella Sudkoya qalib gəlib.
O, finalda macarıstanlı Mariya Jitovozla güləşəcək.
42 kq-da mübarizə aparan Nəzrin Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) - Mariya Qkika (Yunanıstan) görüşünün qalibi ilə qarşılaşacaq.
58 kq çəki dərəcəsində yarışan Fidan Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinanı sınağa çəkəcək.
39 kq-dakı Əfsanə İslamova isə təsnifat mərhələsində xorvatiyalı Lara Blazekoviçə "tuş”la məğlub olub.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək.
"Yarışa getməzdən öncə orada erməni idmançılarının iştirak edəcəyini bildirik”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən "Batumi Open” beynəlxalq turnirində erməni təxribatına - onların Azərbaycan bayrağının üzərinə öz bayraqlarını asmalarına imkan verməyən karateçimiz Zəki Cəfərzadə deyib.
İdmançı qeyd edib ki, ermənilərlə heç bir problem yaşamamağa çalışıblar:
"Lakin onlar bizim bayrağımızın üzərinə öz bayraqlarını qoymağa çalışdılar. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Təbii ki, etirazım nəticəsiz qalmadı. Hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı kimi bayrağımıza edilən hörmətsizliyə göz yummadım”.
Batumidə keçirilən karate çempionatında növbəti erməni təxribatı qeydə alınıb.
Azərbaycanlı karateçi Alika Semihova finalda erməni rəqibinə qalib gəlib.
Məğlub olduğu ilə barışmayan erməni karateçi ona əl uzadan idmançımızı vurub.
Qeyd edək ki, bundan öncə həmin çempionatda ermənilər öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istəyiblər. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan verməyib.

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
"Report”un məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.
İlk üçlükdə isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Əvəzində isə Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.
Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda xal sistemi üzrə sıralamada 155 xalla ikinci yeri tutub.
Oxu.Az xəbər verir ki, millinin 10 üzvündən 7-si Albaniyanın paytaxtı Tiranada keçirilmiş və bu gün başa çatmış qitə birinciliyində fəxri kürsüyə qalxıb.
4 qızıl və 3 bürünc medal əldə edən yığma komanda medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, millinin ən yaxın izləyicisi olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.
Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.
Azərbaycan Atletika Federasiyasının yaydığı məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.
O, 68,67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.
3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsində qələbə ilə start götürüblər.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumatına görə, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.
Kişilərdən ibarət milli də Maltadan güclü olub - 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.
Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.
Argentinalı hücumçu Lionel Messi Amerikanın "İnter Mayami" futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb. Messi bu haqda "Mundo Deportivo” qəzetinə açıqlamasında bildirib:
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar