Ukraynalı tennisçi Elina Svitolina Rolan Qarros kortlarında Fransa Açıq çempionatının dördüncü tur matçından sonra rusiyalı Daria Kasatkina ilə əl sıxmayıb.

 Görüş 6:4, 7:6 (7:5) hesabı ilə ukraynalının xeyrinə başa çatıb. Eyni zamanda, qarşılaşma başlayandan sonra Kasatkina Svitolinaya baş barmağını göstərərək, onu bəyənib.

 Eyni hadisə mayın 19-da Romada keçirilən WTA turnirinin yarımfinalında da baş verib. Ukraynalı tennisçi Ancelina Kalinina rusiyalı rəqibi Veronika Kudermetova ilə əl sıxışmayıb. Ukraynalı qadın əl sıxmağı qəbuledilməz adlandırıb. Jurnalistlərə müsahibəsində tennisçi bildirib ki, tennis təkcə idman deyil, həm də "siyasi bir şeydir”.





Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin köməkçisi bəlli olub.

Bu vəzifəni Gençer Yarkın yerinə yetirəcək.

O, yığmada fiziki hazırlıq üzrə məşqçi olacaq.

Qeyd edək ki, Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin "Qalatasaray” klubunda eyni vəzifəni icra edib.



Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onu Abdullah Avcının əvəzləyəcəyi bildirilib. İddiaya görə, məşqçilər heyətində yığmanın sabiq futbolçuları Burak Yılmaz və Egemen Korkmaz da yer alacaqlar.

Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinə başçılıq edirdi.

Bu gün səhər saat 8:00-dan etibarən Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

"Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”, - DYP rəsmisi vurğulayıb.

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq.

Bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:

"Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.



2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb.

Bunu  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb.


Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar.

Bəyanatda yarışda iştirakdan imtina edildiyi bildirilib.

İRƏVANDAKI İDMANÇIALARIMIZ YARIŞDAN İMTİNA ETDİLƏR - Səbəbini açıqlayan BƏYANAT



Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evinə qonaq edib.

Xuan Polkan adlı fanat bu barədə "Infobae" nəşrinə müsahibəsində bildirib.

Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun yanından keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.

Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib: "Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı".


"PSJ”nin argentinalı hücumçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib.

Messi Fransa çempionatının 30-cu turunda "Nitsa” ilə oyunda qol vuraraq buna nail olub.

Bu qol Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu "Barselona”nın heyətində 672, "PSJ”də isə 30 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldonun isə 701 qolu var ("Real Madrid”də 450, "Mançester Yunayted”də 145, "Yuventus”da 101, "Sportinq”də 5).


Axtarış
Xəbər lenti
Reklam