Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki "Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də "Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.


  • Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ulduz futbolçu Lionel Messinin transferində israrlıdır. 
Ərəblər keçidin baş tutması üçün şərtləri dəyişməyə və məbləği artırmağa hazırdır. 
 
"Marca" yazır ki, "Əl Hilal" Argentina millisinin üzvünə ilinə 220 milyon avro ödəməyə razıdır. 
Messi klubu PSJ ilə sözləşməni hələ yeniləməyib. Onun atası Xorxe Messi ərəblərlə danışıqlar üçün ötən gün Ər-Riyada səfər edib. 
 
Keçid baş tutarsa, Messi Kriştianu Ronaldu "Əl Nəsr"də aldığı kimi, ilinə 220 milyon avro qazanacaq. 



Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.



AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verib.

 "Zirə" klubu 800 manat məbləğində cərimələnib.

Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.

"Turan Tovuz" isə 1600 manat məbləğində ziyana düşüb. Tovuz klubunun azarkeşləri "Qəbələ" ilə heç-heçə (1:1) etdikləri qarşılaşmada meydana yad əşyalar atıblar.


 

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ”-"Gent” (Belçika) oyununa bilet satışı davam edir.

 

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq bu oyuna 21 min bilet satılıb.

Qeyd edilir ki, satışda bütün kateqoriyalar üzrə biletlər qalıb. Biletləri Iticket.az və kassalardan ala bilərsiniz. Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Xatırladaq ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.


Azərbaycan yığmasının üzvü həbsxanadan ÇIXDI



Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb.

Publika.az Aut.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın BTV nəşri yayıb. Bildirilib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu azadlığa çıxıb.

Bir ili dəmir barmaqlıqlar arxasında keçirən idmançının hələ də bunun şokunda olduğu qeyd olunub.

Bu üzdən o, Asenovqraddakı evini tərk etmir. Kostova əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, ardından isə Slivendə 4 ay həbsdə olub.

Boyanka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 – 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub
Ronaldunun yeni klubunun oyunu təxirə salındı
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun yanvarın 5-də Ər-Riyadda keçirilməli olan "Əl-Nəsr” – "Əl-Tai” matçı yanvarın 6-na təxirə salınıb.

Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Qərar güclü yağış nəticəsində ev sahibinin stadionunda elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır.

Qarşılaşma cümə günü Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, dekabrın 31-də "Əl-Nəsr” portuqaliyalı hücumçu Kriştianu Ronaldonun transferini elan edib, yanvarın 4-də isə futbolçu komanda ilə ilk məşqinə çıxıb.
“Qarabağ” Avropanın məğlubedilməz klubları SİYAHISINDA


Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu "Qarabağ” da var.

Publika.az xəbər verir ki, ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar "Qarabağ”la yanaşı, Yunanıstanın "Panatinaikos”, Uelsin TNS, İtaliyanın "Napoli”, Andorranın "Atletik Eskaldes” və Serbiyanın "Srvena Zvezda” klublarıdır.

Bu komandalar arasında ən yaxşı göstərici "Srvena Zvezda” və "Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. "Srvena Zvezda”dan 1 oyun az keçirən "Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var
Kadi Borges “Qarabağ”dan ayrıldı
 
 
 

Kadi Borges "Qarabağ”dan ayrılıb.

Bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın "Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra "Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ”da oynayırdı.


“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır
"Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report”un əldə etdiyi məlumata görə, vinger "Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi "Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez "Real Madrid”in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı, PSJ, "Las Palmas”, "Stok Siti”, "Betis”, "Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı "Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.
Axtarış
Xəbər lenti
Reklam