DÇ-2022: Niderland və ABŞ start heyətini açıqlayıb
 
 
 
 

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib




Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. "Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahının ilk yarısında qərarlaşıb.

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.

"Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.
Azərbaycan əsilli futbolçu və ailəsi İranda təhdid olunurlar - FOTO
 
 

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei və ailəsi təhdid edilirlər.

Bu barədə o, "Instagram” hesabında yazıb.

Daei bildirib ki, bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən çox sayda təhdidlər alır.

Qeyd edək ki, Əli Daei bundan əvvəl İrandakı vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini açıqlayıb.

 

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti AÇIQLANDI



Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, ilk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) yer alıb.

Bu idmançılardan Tsurtsumia daha öncə (2019) dünya çempionu, Abuladze, Levay, Berdimuratov, Bisultanov və Milov son mundialın gümüş, Sultangali, Kulik, Knistautas bürünc medalçısı olub. Xetsuriani isə 5-ci yeri tutub.

Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləriylə mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna noyabrın 6-da yekun vurulacaq.
DYP “Qarabağ”ın oyunu ilə bağlı azarkeşlərə müraciət etdi



"Oktyabrın 13-də azarkeşlər "Qarabağ” – "Olimpiakos” oyununun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin IV oyununda Azərbaycan çempionu "Qarabağ” Yunanıstanın "Olimpiakos” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız "Qarabağ” klubuna uğurlar arzulayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun "Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.
Metropoliten “Qarabağ”ın oyununa görə gücləndirilmiş iş rejiminə keçir



Sabah "Bakı Metropoliteni” QSC-nin "Gənclik” stansiyasında UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində "Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.

Ehtiyat tədbirlər "Nəriman Nərimanov” və "28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq


Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığma baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu ilə təmsil olunacaq. Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaq.

Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.
“Qarabağ”ın dünya reytinqində yeri açıqlanıb



Klubların dünya sıralaması müəyyənləşib.

IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır. 305 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız "Qarabağ” təmsil edir. Ötən ay reytinqdə geriləyən "Qarabağ” bu dəfə yerində qalıb. Ağdam təmsilçisi aktivindəki 130,5 xalla 91-ci pillədədir.

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Olimpiakos”da geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb. Ondan fərqli "Frayburq” (126-cı yerdən 83-cü pilləyə) və "Nant” (151-ci yerdən 130-cu pilləyə) cədvəldə irəliləyib.

Reytinq cədvəlində lider dəyişməyib. Braziliya klubu "Palmeyras” (308 xal) zirvədəki yerini, Cənubi Amerika ölkəsinin digər təmsilçisi "Flamenqo” (301) isə ikinciliyini qoruyub. Yalnız İspaniya "Real”ı iki pillə irəliləyərək (280) 3-cülüyə qədər yüksəlib. İngiltərə klubları "Mançester Siti” 4-cü (272), "Liverpul” (271) isə 5-ci yerdədir.

İlk "10-luğ”da digər pillələrdə müvafiq olaraq "Çelsi” (İngiltərə), "Atletiko Paranaense” (Braziliya), "Reyncers (Şotlandiya), "Atletiko Mineyro” (Braziliya) və "İnter” (İtaliya) qərarlaşıb.
“Qarabağ”ı və futbolçularını fərqləndirən göstəricilər



UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu raundda Yunanıstanda "Olimpiakos”u məğlub edən "Qarabağ” ən çox qol vuran komandalar arasındadır. "Atlılar” 3 matçda 7 qol vurub və 3-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu ilə yanaşı, "Midtüllan” (Danimarka), "Frayburq” (Almaniya) və "Betis”in də 7 qolu var. Bu komandalar isə müvafiq olaraq 2, 4 və 5-ci pillədə yer alıblar. Göstərici üzrə lider Niderland "Feyenoord”udur - 10 qol.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3 matçın 2-də qapısını toxunulmaz saxlayıb. "Atlılar” bu göstəricidə "Frayburq”, "Braqa” (Portuqaliya), "Real Sosyedad” (İspaniya) və "Şturm” (Avstriya) ilə birlikdə 1-4-cü sıraları bölüşüb. "Qarabağ” UEFA-nın siyahısında ilk sırada qeyd edilib.

"Qarabağ”ın hücumçusu Kvabena Ovusu 3 matçda qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Qanalı forvard 7 dəfə hədəfə vurub və bunların 1-i qolla nəticələnib. Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borqes isə 2 məhsuldar ötürmə ilə assistentlər arasında 4-cüdür.

"Qarabağ”ın daha bir futbolçusu Şahruddin Məhəmmədəliyev də statistik göstəriciləri ilə diqqət çəkməyi bacarıb. Qolkiper 3 oyunda 12 qurtarış edib və ən yaxşı qapıçılar arasında 6-cıdır.
Qurban Qurbanov: Çox vacib 3 xal əldə etdik

Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunları çərçivəsində səfərdə Yunanıstanın "Olimpiakos” komandasını məğlub edən Ağdamın "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, "Olimpiakos" haqqında mənfi düşüncəm yoxdur. Matçdan əvvəl 5-li müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər.
"Çox vacib 3 xal əldə etdik. Dünən də fikirlərimdə qeyd etmişdim ki, çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayacağıq. Belə atmosferdə oynamaq bizim üçün xoşdur. "Olimpiakos”a uğurlar arzulayıram. Rəqib komandanın futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər”, - deyə Q.Qurbanov əlavə edib.
Q.Qurbanov üçüncü qoldan sonra futbolçuların "Olimpiakos”un tribunalarına tərəf yaxınlaşmasına və əl hərəkətləri etməsinə də toxunub: "Biz elə ölkədə yaşayırıq ki, iğtişaş haqqında, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. "Qarabağ” klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqqında xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir”.
Qeyd edək ki, "Olimpiakos” – "Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 9 xal olan "Frayburq” qrupda birinci pillədə qərarlaşıb. "Qarabağ” 6 xalla ikinci, "Nant” isə 3 xalla üçüncü yerdədir. "Olimpiakos”un isə hesabında xal yoxdur. Azərbaycan çempionu ilk oyununu səfərdə "Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. İkinci turda "Qarabağ” klubu "Nant”ı qəbul edib və 3:0 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 13-də doğma meydanda "Olimpiakos”a qarşı keçirəcək.
Axtarış
Xəbər lenti
Reklam