Teymur Rəcəbov Azərbaycan millisi ilə Olimpiadada iştirakdan imtina etdi - FOTO
Azərbaycanlı qrosmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

Məlumata görə, bu barədə onun komanda yoldaşı Vasif Durarbəyli "Facebook” hesabında paylaşım edib.

O, Rəcəbovu bu addımına görə qınayıb:

"Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik”.

Durarbəylinin sözlərinə görə, Teymurun Hindistana yollanmaması yığmamızın medal qazanmaq şansını azaldacaq:

"Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə, hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa, Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə çatması üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azı, şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir”.

Millinin üzvü komanda yoldaşının geridə qalan müddət ərzində buna bənzər addımlara tez-tez əl atdığını da xatırladıb:

"Kimisi Məmməd Arazın "Vətən mənə oğul desə, nə dərdim, mamır olub, qayasında bitərdim” kəlamını əyani həyatımızda nümayiş etdirir. Kimisi də Rəcəbov kimi, milyonlarla yatırım alır, amma sonsuz mənəvi məsuliyyətinin olduğunu, görünür, dərk etmir. 2019-cu ildə son anda yorğunluğu bəhanə edib komandanı yarıyolda qoymaq, 2021-ci ildə səkkiz oyun mübarizəsiz heç-heçələr, indiki imtina və hələ bildiyim, amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə, Rəcəbov iki əli qanda olsa belə, özünü bu Olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.

Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. Bu, 35 yaşlı qrosmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasovdur. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaqlar.
İngiltərə millisindən AÇ-2022-də beş rekord
İngiltərənin qadınlardan ibarət yığması 2022-ci il futbol üzrə Avropa Çempionatının qrup mərhələsində beş rekorda imza atıb.

Komanda Norveçdən olan rəqiblərini 8:0 hesabı ilə məğlub edərək, turnir tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Həmçinin, ingilislər qrup mərhələsində də ən çox qol vuran milli komanda olub. Futbolçular üç matçda 14 dəfə fərqləniblər.

Bununla yanaşı, komanda ilk yarıda ən çox qol vuran (6 qol) yığma adını qazanıb.

İngiltrə millisi bir matçda və bütün oyunlar ərzində rekord izləyici sayına sahibdir. Onların ev oyununu 68 871 nəfər izləyib. Üç oyuna isə toplam 128 503 nəfər gəlib.

Qeyd edək ki, son olaraq İngiltərə seçməsi iyulun 15-də Şimali İrlandiyaya qarşı meydana çıxıb. Sauthemptondakı Sent Meri Stadionunda oynanılan qarşılaşmada ev sahibləri 5:0 üstün olublar.
“Lex”in baş məşqçisi: “Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik”

"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik”.

"Report”un məlumatına görə, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv”a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis "Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy”ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

“Lex”in baş məşqçisi: “Bizi “Qarabağ”la ağır döyüş gözləyir”

"Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

Məlumata görə, bunu "Lex”in baş məşqçisi Con van den Brom Bakıa "Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: "Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” - "Lex” oyunu saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

“Qarabağ” braziliyalı futbolçu üçün bir milyon dollara yaxın pul xərcləyəcək

"Qarabağ” Braziliyanın "Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.

Braziliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam komandasına qoşulacaq.

Bunun üçün "Qarabağ”ın qarşı tərəfə bir milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Çünki dayaq yarımmüdafiəçisinin "Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, "Qarabağ” daha əvvəl monteneqrolu hücumameyilli mərkəz yarımmüdafiəçisi Marko Yankoviçi transfer edib.

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı



Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək. 

Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq. 

Sayca 30-cu finalda "Qarabağ”la "Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu "Qarabağ” "Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir. 

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır. 

Çempionatı bürünc medalla başa vurmuş "Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün "Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək. 

Azərbaycan Kuboku

Final

27 may 19:00 

"Qarabağ” – "Zirə” 

Baş hakim: Elçin Məsiyev 

Qəbələ şəhər stadionu
Orxan Məmmədov: “Startaplardan biri bir milyonluq investisiya qazanmışdı”



"Məqsədimiz gənc və tələbə olan startapçıların bu kimi festivallarda öz layihələrini nümayiş etdirməsidir”.

Oxu.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, nümayiş etdirilən startaplar investorların diqqətini çəkir:

"Əsasən biz gənclərə maddi və mənəvi dəstək verərək startap layihələrini nümayiş etdirmələrinə dəstək oluruq. Tək yerli deyil, xaricdə keçirilən sərgilərdə də biz gənc startapçılara tam maddi dəstək göstəririk”.

O.Məmmədov qeyd edib ki, startap layihələri sırf investorların marağından asılıdır:

"50 startapçıdan təxminən 11-i sərgiyə seçilib. Ona görə də bütün bu startapçıların potensialının olduğuna güvənirik. Keçən il internet üzərindən hazırlanan startap ABŞ-dan olan investor tərəfindən bir milyonluq investisiya qazanıb. Bu bizim uğurlarımızdan sayılır. Dünyada startap sahəsində rəqəmləri götürsək, bunlardan 10 faizə qədəri investisiya cəlb edir və məbləğ yüksək olur. Biz hər bir startapa ciddi yanaşırıq”.
Azərbaycan əsilli boksçu İrəvanda erməni rəqibinə qalib gəldi - VİDEO


Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında yerli idmançıya qalib gəlib.

Oxu.Az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev ilk döyüşündə Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.

Qurban Qurbanov ölkədə fərqlənən üç futbolçunun ADINI AÇIQLADI




"Mənimlə birlikdə oynayan çox bacarıqlı futbolçular olub”.

Oxu.Az-ın xəbərinə görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) "Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis ölkə futbolunda 3 oyunçunu xüsusi fərqləndirib:

"Onlar Avropada istənilən komandada oynaya bilərdilər. Sanki Azərbaycana aid futbolçu deyildilər. Bu, Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqov idi. Hərəsinin özünəməxsus özəlliyi var idi. Bəlkə də bu qabiliyyətə malik oyunçular Avropada yoxdur”.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov son görüşlərini keçirəcək
 
 
 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin XIII turunda ağ fiqurlarla ingiltərəli Qaveyn Consla üz-üzə gələcək.

Məmmədyarov XIV turda ispaniyalı David Antonla qara, sonuncu - XV turda çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Axtarış
Xəbər lenti
Reklam