Bələdiyyə sədri kimə və nəyə güvənərək özbaşınalıq edir?

Tarix: 24-11-2022, 19:02 / Oxunub: 3462
 
 
 
 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Qusar rayon Aşağı ləyər kənd Bələdiyyəsinin sədri Ərzuman müəllim özbaşınalıq edir. Etdiyi özbaşınalıqlardan görəsən Rayon Icra Hakimiyyətinin başçısı cənab Şair Alxasov xəbəri varmı?
Ərzuman müəllim demək olar ki, işində vaxtı vaxtında tapılmır. Özü Rayonda yaşayır. Rayonla kəndin arası 18 km-dir. Buna baxmayaraq rayonda öz şəxsi işləri ilə məşğuldur. Kənd camaatını zərrə düşünmür. Bələdiyyə sədri olmağına baxmayaraq əhali onu görmür, vəzifəsini icra edə bilmir. Hara baxır dövlət orqanları, hara baxır rayon Icra Hakimiyyəti? Niyə bu özbaşınalığa dur deyən yoxdur. Ərzuman müəllim yəqinki kiməsə və nəyəsə arxayındır. Yoxsa bu özbaşınalığın başqa bir açıqlaması yoxdur.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 
Bələdiyyə sədri kimə və nəyə güvənərək özbaşınalıq edir?


Axtarış
Xəbər lenti
Reklam