Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
Tarix: 24-01-2023, 13:18 / Oxunub: 326
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni əhalisi separatçı-terrorçu rejimin yaratdığı vəziyyətdən ciddi şəkildə əziyyət çəkir.
Publika.az xəbər verir ki, Laçın yolunda aksiyanın başlanmasından sonra qondarma rejim "humanitar fəlakət” görüntüsü yaratmaq məqsədilə erməni əhalisinə qarşı anti-humanist addımlar atır.
Aksiya ərazisindən hər gün onlarla humanitar yardım və digər ləvazimatlar daşıyan yük maşınları keçir. Demək olar ki, daşınan yüklər aksiya başlanmamışdan əvvəlki həcmdədir. Bununla yanaşı, Qarabağda ərzaq, yaxud hansısa digər məhsulun defisiti yaşanmayıb. Bunu ermənilərin açıqlamaları da təsdiq edir. Lakin separatçı-terrorçu rejim "humanitar fəlakət” iddialarını təsdiq etmək naminə əhalinin həyat şərtlərini çətinləşdirir. Xüsusilə qondarma "dövlət naziri” Ruben Vardanyan müxtəlif qərarlarla ermənilərə əziyyət verir.
Xankəndi və ermənilərin yaşadığı digər ərazilərdəki son vəziyyət insanların Vardanyanın oyunlarının qurbanına çevrildiyini təsdiq edir.
İntensiv şəkildə qazın verilişi dayandırılır və buna görə Azərbaycan ittiham olunur. Qaz təchizatı bərpa edilməsinin ardınca elektrik enerjisi məqsədli şəkildə kəsilir. Misal üçün, Xankəndində gün ərzində üç dəfə üç saat olmaqla elektrik enerjisi kəsilir.
Ərzaq məhsullarının talonla satışına başlanmasından sonra mağazalarda növbələr yaranıb. Son məlumata görə, yüzlərlə mağazanın önündə ermənilər ərzaq əldə etməyə çalışır.
İki gün öncə bazara istifadə müddəti keçmiş ərzaqlar daxil edilib. Xüsusilə düyüdən kəskin qoxu gəlməsi ermənilərin narazılığına səbəb olub və alınan malların qaytarılması üçün mağazalarda növbələr yaşanıb.
Erməni əhalisi hər gün Qarabağa daşınan humanitar yüklərin hara yoxa çıxdığını soruşurlar, lakin konkret cavab verilmir. Laçın yolundan daşınan yüklərin Qarabağdakı aqibəti müəmmalıdır. Misal üçün, "Ermənistan” Fondu separatçıların İrəvandakı nümayəndəliyinə 100 ton ərzaq məhsulu bağışlayıb. Bu yardımın hara aparıldığı haqda dəqiq məlumat yoxdur.
Daşınan malların məqsədyönlü şəkildə gizlədildiyi və erməni əhalisinin həyatının çətinləşdirilməsi üçün bütün vasitələrdən istifadə edildiyi istisna deyil. Malların sülhməramlılar və separatçılar tərəfindən mənimsənilərək, satıldığı da versiyalardan biridir.
"Birinci xəbər” saytının məlumatına görə, sülhməramlı kontingentinin rəhbərliyi mövcud vəziyyətdən istifadə edərək, bir çox məhsulun baha qiymətə satılmasını həyata keçirir.
Separatçı rejim iş yerlərini də kütləvi şəkildə ixtisar edir. İndiyə qədər heç bir əsas gətirilmədən 4700 nəfər işdən çıxarılıb.
Bütün bu oyunların Ruben Vardanyan tərəfindən təşkil edildiyini ermənilər də təsdiq edir.
Separatçı rejimin keçmiş qondarma "nazirlərindən” biri Mikael Hayriyan bildirib ki, Vardanyan Qarabağı və erməniləri öz ambisiyalarının əsirinə çevirir.
"Bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkərana şəkildə Rusiya vətəndaşlığından imtina etdi və "bizi xilas etmək üçün” "arsax”a gəldi. Mümkün problemləri və riskləri dəyərləndirməyən, heç bir geosiyasi mərkəzdən dəstək almayan Vardanyanın müəyyən qüvvələrə xidmət etdiyi və başqa məqsədlər naminə bura köçdü bəllidir. Üç ay sonra anladıq ki, o, öz ambisiyaları naminə hər kəsi çətin vəziyyətə salıb. Bir neçə sözlə bütün iqtisadiyyatı, sistemi məhv etdi. Elə vəziyyət yaranıb ki, vəziyyətin daha da pisləşməməsi üçün onun danışmamasını istəyirik”, - Hayriyan deyib.
Keçmiş qondarma "nazirlər”dən digəri Hayk Xanumyan da Vardanyanı ittiham edib. Bildirib ki, o, populist çıxışlar edir və bütün addımları özünün reklamına hesablanıb.
"Vardanyan şou göstərir və bu şousuna erməni əhalisini də çətinliklərin yaranması bahasına qoşmağa çalışır”, - Xanumyan bildirib
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
28-01-2023, 10:54

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
28-01-2023, 10:48

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 48-ci günü
28-01-2023, 10:47

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür
28-01-2023, 10:45

Terror yuvası İran - VİDEO
28-01-2023, 10:41

Putindən KRİTİK QƏRAR: Rusiya ərazisini yeni istiqamətdə genişləndirəcək
28-01-2023, 10:21

Xırdalanda su kəsiləcək
28-01-2023, 10:20

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək
28-01-2023, 10:17

Baydendən İrana XƏBƏRDARLIQ: "Hərbi yolla..."
26-01-2023, 15:04

Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
26-01-2023, 15:03

Kartof kəskin bahalaşdı - VİDEO
26-01-2023, 15:01

Vardanyanın axmaq tapıntısı: dronları Qarabağa göndərmək istəyirlər
26-01-2023, 15:00

Daşaltı əməliyyatından 31 il ötür
26-01-2023, 14:58

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”
26-01-2023, 14:57

ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
26-01-2023, 14:56

Sabah hava çiskinli olacaq
26-01-2023, 14:54

Müəllimlərin maaşları nə zaman artacaq?
26-01-2023, 14:53

Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
25-01-2023, 14:56

Professor xəbərdarlıq etdi: Yeni pandemiyaya hazırlaşın
25-01-2023, 14:52

ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır
25-01-2023, 14:51

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA/VİDEO
25-01-2023, 14:48

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
25-01-2023, 14:46

Politoloq: “İllərlə Ermənistanı ayaqda saxlayan İran olub” - VİDEO
25-01-2023, 14:44

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
25-01-2023, 14:43

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
25-01-2023, 14:42

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU
24-01-2023, 13:22

ABŞ İranın kəşfiyyat nazirinin müavini və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib
24-01-2023, 13:21

Berlin hava limanı fəaliyyətini dayandıracaq
24-01-2023, 13:19

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
24-01-2023, 13:18

Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
24-01-2023, 13:16

Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
24-01-2023, 13:14

İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
24-01-2023, 13:13

"Avropa faktiki olaraq müharibə vəziyyətindədir"
24-01-2023, 13:12

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib
24-01-2023, 13:10

Bu həftə məktəblilərin qış tətili başlayır
Reklam

Ən çox oxunanlar