Keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs ələ keçdi

Tarix: 14-03-2023, 15:00 / Oxunub: 3103





Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə saxlanılıb.

O, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Belə ki, mart ayının 13-də keçmiş həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.




Axtarış
Xəbər lenti
Reklam