"Zirə", "Kəpəz" və "Turan Tovuz" cərimələnib

Tarix: 14-03-2023, 17:30 / Oxunub: 341


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda yaşananlara hüquqi qiymət verib.

 "Zirə" klubu 800 manat məbləğində cərimələnib.

Komitə görüşdən əvvəl oyun günü planının pozulmasına görə Gəncə təmsilçisinə eyni məbləğdə cərimə tətbiq edib.

"Turan Tovuz" isə 1600 manat məbləğində ziyana düşüb. Tovuz klubunun azarkeşləri "Qəbələ" ilə heç-heçə (1:1) etdikləri qarşılaşmada meydana yad əşyalar atıblar.




Axtarış
Xəbər lenti
Reklam