Polis ömrü...
Bu, polis ömrüdür. Hər anı təhlükə dolu olsa da öz həyatını riskə atıb həyat qurtarır. Onun üçün soyuq, sazaq, isti fərqi yoxdur. İçdiyi anda sadiqliyini nümayiş etdirmək, Vətən sevdalı olduğunu sübuta ehtiyacı yoxdur bizim qəhrəmanlarımızın.
Xalqa xidmətçi olduğunu Vətən müharibəsində də gördük, yenidən tanıdıq onları. Ön cəbhədə döyüşən əsgərlər sevdiklərim qardaşlarıma, polisə əlamətdir deyib ölümün üstünə getdilər.
Bu, polis ömrüdür, acısı ilə, şirini ilə. Geyindiyi mundirin, daşıdığı paqonların altında Vətən, millət sevdalı bir ürəyə sahibdirlər.
Tovuz RPŞ-nin rəisi, polis-polkovniki Habil Əmiraslanov, əməliyyat işləri üzrə rəis müavini polis-polkovik leytenantı Anar Xəlilov və xidməti işlər üzrə rəis müavini Orxan Məmmədovun simasında bütün polisləri qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, çətin peşələrində ancaq və ancaq uğurlar diləyirik.
Qaynar-xet.az
Zaur Əhmədov




































