Moskvada yaşayan, əslən Azərbaycanlı olan tanınmış biznesmen və xeytiyyəçi, "Ağdam” batalyonun tam təminatçısı olmuş Fuad Rzayev birinci vitse-prezident Mehriban əliyevaya müraciət ünvanlayıb.
Müraciətin tam mətnini təqdim edirik:
Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Hörmətli Mehriban xanım!
Mən, Rzayev Fuad Bakıda doğulub boya-başa çatmışam. İş adamı olmuşam. Birinci Qarabağ savaşında Ağdam batalyonunun bir il tam təchizatını öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.
Azərbaycan kinosunun həmin illərdə tənəzzülə uğradığını görduyum üçün "Bəxt üzüyü” filminin tək və tam sponsoru olmuşam, həm də yaradıcılıq fəaliyyətində də iştirak etmişəm.
Hal-hazırda Qarabağda böyük quruculuq işləri aparılır. Bu gün yaşlandigim üçün aktiv bizneslə məşğul ola bilməsəm də, Moskvanın ən gözəl yerlərindən birində tikilmiş Azərbaycan Beynəlxalq Universitetinin böyük binasının və ərazisinin satılaraq əldə olunan vəsaitin "Yaşat” və ya digər ictimai fondlara köçürülməsinə qərar vermişəm. Lakin, bütün sənədlər hazırda Azərbaycan CM- nin213.2.2 ( Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma,qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə), 311.3.2 (təkrar törədildikdə), 311.3.3 (külli miqdarda törədildikdə), 312.2 (Vəzifəli şəxs tərəfindən bilə- bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 29 (Cinayət etməyə cəhd) maddələri ilə təqsirləndirilən və axtarışda olan sabiq rektor, hal- hazırda elmi və siyasi rəhbəri olmuş ermənilər vasitəsilə Fransada siyasi mühacir adı altında gizlənən, pullarını erməni fondlarına yönəltmiş satqın Elşad Abdullayevin adındadır.
Satqın Elşad Abdullayevin adındadır.
Mən, ABU-nun Moskva filialının açılmasında böyük əməyi və zəhməti olmuş bir təqaüdçü (pensioner) olaraq bu binanı və torpaq ərazisini Vətənimə halal edirəm və xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bu işi öz nəzarətinə götürərək, bazar qiyməti 100 milyon olan bu əmlakı dövlətimizin ehtiyaclarına, Qarabağ savaşında şəhid olmuş namuslu kişilərin ailələrinə, sağlığını itirmiş qazilərimizə sərf etsinlər.
Bu 100 milyonluq əmlak Elşad Abdullayevin adına olduğu üçün qanunla müsadirə edilib, dövlətin vergi borcu ödənilməlidir.
Çünki, əminəm ki, tezliklə bu tikili və onun ərazisi Elşad Abdullayevin erməni şərikləri tərəfindən onların adına keçiriləcəkdir. Azərbaycan bürokratik maşınının çox ləng işləməsi səbəbindən sözügedən 100 milyon vəsait öz sahibinə – Azərbaycana deyil, Ermənistan büdcəsinə qismət olacaqdır. Mən bunun əleyhinəyəm. Çünki, bu pullar ABU-nun tələbə qəbulundan yığılan pullardir. 5000 diplom almamış ailənin pullarıdır.
Bu işi Prezidentdən gizlədən, hələ bu gün də Elşad Abdullayevin maraqlarını güdən şəxslər bilsin ki, hər biri haqqında müfəssəl məlumat vardır.
Xahiş edirəm, bu əmlakın Azərbaycan insanının halalı olduğunu bilərək, bu vəsaiti Vətənimizə qaytarmağa kömək edəsiniz!
AZƏRBAYCANREALLIĞI.COM
Tanınmış biznesmen və xeriyyəçi Fuad Rzayev Mehriban Əliyevaya müraciət etdi
Tarix: 18-05-2023, 18:00 / Oxunub: 3361
|
|
|
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar