Ararat Mirzoyan: "Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb"

Tarix: 22-05-2023, 17:00 / Oxunub: 319


Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: "Biz qalan maddələr haqqında səmimi danışa bildik. Danışıqlar zamanı tərəflərin bir-birini daha yaxşı başa düşdüklərini də qeyd etmək istərdim”.

A.Mirzoyan əlavə edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.



Axtarış
Xəbər lenti
Reklam